Avtobusda sərnişinin kartından bir bilet üçün 29 dəfə pul tutulub - FOTOFAKT

Avtobusda “Birbank” tətbiqi vasitəsilə bilet alan sərnişinin kartından ardıcıl olaraq 29 dəfə vəsait çıxılıb. Avtosfer.az "Konkret.az"a istinadən xəbər verir ki, bu barədə tanınmış jurnalist Vüsal Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, əgər hesabdakı məbləğ bitməsəydi, kartdan hətta daha çox pul çıxılacaqdı. Jurnalistin sözlərinə görə, sərnişin məsələ ilə bağlı “Kapital Bank”a müraciət edib. Bankdan ona “BakuBus”a müraciət etməsi tövsiyə olunub. “BakuBus” isə məsuliyyət daşımadıqlarını bildirərək “141” qaynar xəttinə yönləndirib. “141” xidmətindən isə sərnişinə *4343 nömrəsinə zəng etməsi məsləhət görülüb. Sərnişin əlavə olaraq bu zəng üçün 1 manat 20 qəpik xərcləyib. Lakin ona “həftəsonudur, bazar ertəsi əlaqə saxlayın” cavabı verilib.
Vüsal Məmmədov məsələ ilə bağlı aidiyyəti qurumların laqeyd münasibətini tənqid edib:
“Əvvəla, işinizi düzgün qurun! İkincisi, vətəndaşın şikayətinə düz-əməlli cavab verin, ötür-ötür oyunu oynamayın! Sizin yarıtmaz işinizə görə insanın həm vaxtı getməlidir, həm pulu, həm də əsəbləri?!”. Jurnalist vətənfaşlara imkan daxilində nəqliyyat kartlarından istifadə etməyi tövsiyə edib.
Fotoları təqdim edirik:


İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












