Azərbaycanda 518 min nəfərə 1 manat ödənilib - RƏSMİ

Azərbaycanda ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği 2,36 milyard manat olub.
Avtosfer.az xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun Maliyyə departamentinin direktor müavini Aygün Balıyeva Milli Mətbuat Günü ilə bağlı təşkil edilmiş Dialoq və Əməkdaşlıq Forumunda deyib.
O qeyd edib ki, bütün ləğv prosesində olan 19 bank üzrə ümumilikdə 651 768 əmanətçi olub:
"Əmanətlərin ümumi məbləği 2 milyard 364 milyon 255 min manat təşkil edib. Bu əmanətçilərdən 63 min 888-nə ödəniş həyata keçirilib. Ümumi əmanətlərin 1 milyard 761 milyon 564 min manatı qorunan, yəni sığortalanan və kompensasiya olunan əmanətlərdir. Həmin məbləğin 1 milyard 729 milyon 887 min manatı əmanətçilərə ödənilib ki, bu da 98% təşkil edir".
Onun fikrincə, əmanətçilərin sayına gəldikdə isə nəzərə almaq lazımdır ki, 518 min müştərinin hesabında qalıq 1 manat və ya ondan aşağı olub: "Buna görə də əmanətçilərin ümumi sayı yüksək görünsə də, ödəniş alanların sayı nisbətən azdır. Bunun əsas səbəbi həmin 518 min əmanətçinin hesabında cəmi 1 manat və ya daha az vəsaitin olmasıdır".
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ












