Azərbaycanda intensiv yağıntılar sürüşmə riskini artırdı

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu tərəfindən bu ilin aprel–may aylarında Azərbaycanda, xüsusilə dağlıq və dağətəyi rayonlarda intensiv yağıntılar, torpaq qatının həddindən artıq nəmlənməsi, çay vadilərində eroziya proseslərinin güclənməsi və geoloji dayanıqsızlıq səbəbindən bir sıra sürüşmə hadisələri qeydə alınıb. Bu proseslər xüsusilə Böyük Qafqazın cənub yamacı, Kiçik Qafqazın şimal-şərq hissəsi, Talış dağ sistemi və Abşeron yarımadasının bəzi sahələrində daha qabarıq müşahidə olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə institutdan məlumat verilib. Qeyd olunub ki, hadisələr yaşayış məntəqələri, kənd təsərrüfatı torpaqları, avtomobil yolları, kommunikasiya xətləri və sosial infrastruktur üçün ciddi təhlükə yaradıb. Mütəxəssislər bildirirlər ki, mövcud məlumatlara əsasən, 2026-cı ilin yaz mövsümü son illərin ən yüksək geomorfoloji risk dövrlərindən biri kimi xarakterizə oluna bilər.
Tədqiqatçılar vurğulayırlar ki, Azərbaycan ərazisində sürüşmələrin intensivləşməsi ilk növbədə meteoroloji amillərlə bağlıdır. Mart, aprel və may aylarında normadan artıq yağıntılar torpaq qatında su ilə doyma səviyyəsini yüksəldib, yamac süxurlarının sürtünmə müqavimətini zəiflədib və kütləvi yerdəyişmə proseslərini sürətləndirib. Dağlıq rayonlarda qar örtüyünün sürətlə əriməsi də bu prosesi gücləndirib. Xüsusilə gil və lyoss tipli süxurların üstünlük təşkil etdiyi ərazilərdə torpaq sürüşmələri daha intensiv qeydə alınıb.
Bununla yanaşı, mütəxəssislərin fikrincə, bəzi ərazilərdə antropogen təsirlər, o cümlədən yamaclarda plansız tikinti, meşə örtüyünün zəifləməsi, yol tikintisi zamanı geoloji balansın pozulması və drenaj sistemlərinin yetərsizliyi sürüşmə riskini artıran əsas amillər sırasındadır.
Bakıda metro ilə bağlı QƏRAR - Sərnişinlərin diqqətinə!
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ











