Azərbaycanda yeni sığorta modeli gəlir – Vətəndaşlar nə qazanacaq?

Azərbaycanın maliyyə sektorunda rəqəmsal transformasiyanın növbəti mərhələsi kimi 2030-cu ilədək “Açıq sığorta modeli”nin tətbiqi nəzərdə tutulur. Yeni model sığorta xidmətlərinin daha çevik, əlçatan və fərdiləşdirilmiş şəkildə təqdim olunmasına imkan yarada bilər.
Bəs açıq sığorta modeli nədir və vətəndaşlara hansı üstünlükləri vəd edir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Konkret.az"a danışan sığorta eksperti Emil Ağabağırov bildirib ki, açıq sığorta modeli 2027–2030-cu illəri əhatə edən inkişaf proqramı çərçivəsində həyata keçiriləcək.
Ekspertin sözlərinə görə, hazırda layihə üzrə beynəlxalq təcrübə öyrənilir və tətbiq mexanizmləri hazırlanır:
“Bu çərçivədə maliyyə institutlarının hazırlıq səviyyəsi qiymətləndiriləcək. Növbəti mərhələdə hüquqi baza formalaşdırılacaq və daha sonra sığorta şirkətlərinin ən azı 50 faizinin açıq sığorta modelini tətbiq etməsi planlaşdırılır. Proqramın mühüm istiqamətlərindən biri də mikrosığorta bazarının inkişaf etdirilməsi və bu sahənin stimullaşdırılmasıdır”.
Onun sözlərinə görə, mikrosığorta aşağı gəlirli əhali qrupları üçün sığorta xidmətlərinin daha əlçatan olmasına xidmət edir:
“Mikrosığorta daha az gəliri olan vətəndaşların aşağı sığorta haqqı ödəməklə müəyyən sığorta növlərindən yararlanmasına imkan verir. Məsələn, standart sığorta məhsulunda 200 manat sığorta haqqı müqabilində 10 min manat təminat verilirsə, mikrosığorta çərçivəsində vətəndaş 20 manat ödəməklə 2-3 min manat məbləğində təminat əldə edə bilər. Yəni eyni risk üzrə daha az sığorta haqqı ödəməklə daha məhdud təminat məbləği əldə olunur”.
Ekspert vurğulayıb ki, açıq sığorta modeli genişmiqyaslı layihədir və hazırda konsepsiya üzərində işlər davam edir. Onun sözlərinə görə, layihə rəsmiləşdirildikcə ictimaiyyətə daha ətraflı məlumat təqdim olunacaq.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












