Bakıda bir otaqlı ev almaq neçəyə başa gəlir? - Fantastik rəqəmlər

Bakıda və şəhərə yaxın ərazilərdə bir otaqlı mənzillərə tələbat ciddi şəkildə artıb. Xüsusilə sadə təmirli və münasib qiymətli evlər bazarda ən çox maraq göstərilən mənzillər hesab olunur. Qiymətlər isə ərazidən, binanın növündən və mənzilin vəziyyətindən asılı olaraq dəyişir. Hazırda şəhər mərkəzinə yaxın yerlərdə bir otaqlı ev almaq əvvəlki illərlə müqayisədə daha yüksək büdcə tələb edir. Buna baxmayaraq, paytaxta yaxın bəzi ərazilərdə daha münasib qiymətə mənzil tapmaq hələ də mümkündür.
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı iqtisadçı ekspert Vüqar Oruc Demokrat.az-a bildirib ki, Bakı və Abşeron yarımadasında son dövrlərdə ən çox tələb olunan məhz bir otaqlı mənzillərdir:
"Həm yeni tikililər, həm də köhnə tikililər arasında bir otaqlı mənzillərə maraq yüksəkdir. Köhnə tikililərdə bir otaqlı mənzillərin qiyməti orta hesabla təxminən 100 min manat civarındadır. Bu qiymət əsasən 100-110 min manat arasında dəyişir. Yeni tikililərdə isə həm sahənin daha geniş olması, həm də binaların yeni olması səbəbindən qiymətlər 150 min manatdan başlayır. Hətta şəhərin mərkəzi ərazilərində bir otaqlı mənzillər üçün 250 min manata qədər təkliflər də mövcuddur".
Ekspert deyib ki, köhnə layihəli bir otaqlı mənzillərin sahəsi təxminən 29 kvadratmetrdən 40 kvadratmetrə qədər dəyişir:
"Mənzilin kvadratına və layihəsinə uyğun olaraq qiymətlərdə də fərqlər yaranır. Ən bahalı ərazilər isə təbii ki, şəhər mərkəzinə yaxın yerlərdir. Buraya Nəsimi, Səbail, Nərimanov, Xətai və Yasamal rayonlarını misal göstərmək olar. Həmin ərazilərdə yeni tikililərdə mənzillərin qiyməti əsasən 150-200 min manat arasında dəyişir. Bəzi hallarda isə təmir vəziyyəti və yerləşməsindən asılı olaraq qiymətlər 250 min manata qədər yüksəlir. Köhnə tikililərlə yeni tikililər arasında orta hesabla təxminən 50 min manat fərq var və bu da kifayət qədər ciddi rəqəmdir. Daha münasib qiymətə ev almaq istəyənlər isə əsasən Xırdalan, Masazır və Saray ərazilərinə müraciət edə bilərlər. Bundan əlavə, Pirallahı və Lökbatan ərazilərində də uyğun qiymətə mənzillər mövcuddur. Həmin ərazilərdə bir otaqlı mənzillərin qiyməti təxminən 60-70 min manat civarındadır. Hazırda ən çox tələb məhz bir otaqlı mənzillərə olduğu üçün onların bir kvadratmetr üzrə qiyməti bəzi hallarda iki otaqlı mənzillərlə müqayisədə daha yüksək təklif olunur",- deyə o qeyd edib.
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat










