Bakıda bu ərazilərdə işığın verilişində fasilə yaranacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 27-də aşağıda adı çəkilən ərazilərdə təmir-təftiş işləri aparılacaq.
"Azərişıq" ASC-dən Avtosfer.az-a verilən məlumata görə, görüləcək işlərlə əlaqədar Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Nəriman Nərimanov prospekti və Qədirli küçəsinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Xətai rayonunda Xətai Rüstəmov, Neapol və Sarayevo küçələrində saat 09:00-dan 11:00-ddək elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Həmçinin Hövsan qəsəbəsində saat 10:00-dan 15:00-dək Oqtay Şabanov küçəsində elektrik enerjisinin verilişinə məhdudiyyət tətbiq ediləcək.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












