Bir ildən çoxdur yolu qazıb altını üstünə çeviriblər - AÇIQLAMA - VİDEO

“Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində 9 nömrəli məktəbin qarşısından keçən yol 1 il 2 aydır ki, bərbad vəziyyətdədir. Yolu təmir adı ilə qazıb altını üstünə çeviriblər. Ərazidə texnika da var, amma yolu düzəldən yoxdur. Gedib-gələ bilmirik, xüsusən yağış yağanda palçıq dizə qədər olur”.
Avtosfer.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya həmin ərazidə yaşayan sakinlər müraciət ediblər.
Onlar bildirib ki, yolda yeraltı kanalizasiya və su xətləri dəyişdirilib, lakin yol hələ də təmir olunmayıb. Sakinlərin iddiasına görə, bu müddətdə yolun təxminən 10 metrə qədər hissəsi təmir edilib. Qalan hissə isə hər iki istiqamətdə bağlıdır.
Problemlə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən sorğumuza belə cavab aldıq: “Sumqayıt şəhərində tullantı sularının idarə olunmasının əsaslı təmiri, kanalizasiya kollektorlarının və xətlərinin çəkilməsi ilə bağlı layihəyə uyğun olaraq tikinti-quraşdırma işləri aparılan ərazilərdə qazılmış asfalt örtüklü yolların tez bir zamanda barpa olunması təmin ediləcək.
Sözügedən ərazidə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin podratçı təşkilatı tərəfindən mərkəzləşdirilmiş kanalizasiya xəttinin çəkilməsi işləri həyata keçirilir. Layihənin icrası yekunlaşdıqdan sonra həmin ərazidə mövcud narahatlıqlar tam aradan qalxacaq”.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirildi ki, ərazidə yaxın günlərdə işlər bərpa olunacaq: “Qeyd olunan ərazidə müəyyən səbəblərdən 1-2 ay olar ki, işlər dayandırılmışdı. 2-3 gün ərzində işlər bərpa olunacaq. Layihə üzrə plana uyğun olaraq tikinti-quruculuq işləri davam etdiriləcək”.
Əhaliyə pul köçürmələri ən çox bu ölkələrdən gəlir
Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA
Bakıda su bu qrafiklə verilir - Saatlar açıqlandı
Kondisioner, sərinkeş... - Yayda işıqpulunu necə azaldaq?
Çimərliklərə gedənlərə ÇAĞIRIŞ - Bu təhlükədir!
Azərbaycana yay fəsli daxil olub
Külək güclənəcək, şimşək çaxacaq və dolu düşəcək - SABAHIN HAVASI
Bakı Beynəlxalq Avtovağzal Kompleksində musiqi alətlərinin satışı həyata keçirilir - VİDEO
Azərbaycanda İNTENSİV YAĞINTI BAŞLADI - Bu ərazilərə dolu düşdü
Bu rayonda işləmək istəyənlərin DİQQƏTİNƏ! - Əmək yarmarkası keçiriləcək
Çıxarışsız mənzil alanlara XƏBƏRDARLIQ










