Bu binalarda evi olanların diqqətinə - 50 faizlik artım olacaq?

“Xruşşovka” tipli köhnə binaların bazar dəyəri son illərdə artma tendensiyası göstərir. Bu artımın arxasında bir neçə iqtisadi və sosial amil dayanır. Xüsusilə söküntü ilə bağlı gözləntilər və kompensasiya imkanları bazara təsir edir. Eyni zamanda yeni tikililərin yüksək qiyməti köhnə binalara tələbatı artırır. Bu faktorlar birlikdə daşınmaz əmlak bazarında qiymətlərin formalaşmasına ciddi təsir göstərir.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Vüqar Oruc Demokrat.az-a bildirib ki, “Xruşşovka” tipli köhnə binaların söküləcəyi ilə bağlı gözləntilər özlüyündə qiymət artımına səbəb olan amillərdən biridir:
"Bunun səbəbi ondan ibarətdir ki, bir sıra vətəndaşlar və investorlar düşünürlər ki, söküntü zamanı yüksək kompensasiya almaq mümkündür və ya həmin ərazilərdə yeni binalar tikildiyi halda, müvafiq sahəyə uyğun olaraq yeni mənzil əldə etmək olar. Bu isə hazırda “Xruşşovka” tipli binaların qiymətinin ən azı 50 faiz artmasına gətirib çıxara bilər. Lakin bu yanaşma risklidir, çünki söküntünün nə vaxt baş verəcəyi, həmin ərazidə yeni binanın tikilib-tikilməyəcəyi və ya veriləcək kompensasiyanın kvadratmetr üzrə hazırkı bazar dəyərindən nə qədər yüksək olacağı hələlik qeyri-müəyyən məsələlərdir".
O deyib ki, bahalaşmanın başqa bir səbəbi yeni tikili binaların həddən artıq yüksək qiymətlə bazara çıxarılmasıdır:
"Bu vəziyyət vətəndaşları ya həyət evlərinə, ya da köhnə binalara yönəldir və nəticədə köhnə binalara tələbatın davam etməsinə gətirib çıxarır. Beləliklə, həm söküntü ehtimalları, həm də yeni binalara maddi imkan çatmayan vətəndaşların köhnə binalara üz tutması qiymət artımını formalaşdıran əsas səbəblərdir. Üçüncü amil isə köhnə binaların hələ də ipoteka predmeti kimi istifadə olunmasıdır. Halbuki şəhərin yenilənməsi məqsəd qoyulursa, yeni binaların daha çox təşviq olunması daha məqsədəuyğun olar. Köhnə binalar isə zamanla mərhələli şəkildə sökülərək şəhər mühitinin yenilənməsinə şərait yaratmalıdır".
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA












