Banner

Bu yerlərdə işıq olmayacaq - YENİLƏNİB

Sosial 4 Noyabr 2026 09:48
Bu yerlərdə işıq olmayacaq   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 4-də paytaxtın Yasamal və Nizami rayonlarında, həmçinin Abşeron və Binəqədi rayonlarının bəzi ərazilərində təmir və yenidənqurma işləri aparılacaq.

Bu barədə Avtosfer.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində transformator məntəqəsində (TM) aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Balababa Məcidov, Cəfər Cabbarlı, Əli bəy Hüseynzadə, İbrahim Əbilov, Murtuza Muxtarov və Zərgərpalan küçələrində, eləcə də Birinci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq.

Nizami Rayon RETSİ-nin xidməti ərazisində yerləşən transformator məntəqəsində aparılacaq təmir və təftiş işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək Tofiq Abbasov küçəsi, 15 ünvanında elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) xidməti ərazisində 35/6 kV-luq 93 saylı yarımstansiyadan çıxan 6 kV-luq “Aşağı Sulutəpə” hava xətti üzrə naqillər yenilənəcək. Yenidənqurma işləri ilə əlaqədar saat 10:00-dan 16:00-dək Binəqədi rayonunun Sulutəpə qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində planlı fasilə olacaq.

Bundan başqa, Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində yerləşən Abşeron RETSİ-nin bir sıra yaşayış sahələrində də elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq.

Belə ki, 110/35/10 kV-luq “Masazır” yarımstansiyasından çıxan 10 kV-luq hava xəttinin yuvasında aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək Heydər Əliyev, Zərifə Əliyeva, Babək, Üzeyir Hacıbəyov, Mirzə İbrahimov, Cəfər Cabbarlı, Əliağa Vahid, Afiq Əbdülhüseynov, Nazim Həsənov və Hamlet Həşimov küçələrinin müəyyən ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Həmçinin 35 kV-luq “Qobu” hava xəttindən qidalanan transformator məntəqələri və komplekt transformator məntəqələrində aparılacaq təmir və təftiş işləri ilə əlaqədar saat 12:00-dan 15:00-dək Qobu qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq.

Qeyd edək ki, görülən işlər elektrik enerjisinin verilişinin keyfiyyət göstəricilərinin yüksəldilməsinə, eləcə də artan yük tələbatının qarşılanmasına xidmət edir.

***

Noyabrın 4-də Naxçıvan, Ağdaş və Göyçay rayonlarının bir sıra kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.

Avtosfer.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, Naxçıvanda 154/110/35 kV-luq "Arpaçay" yarımstansiyasında aparılacaq təmir-bərpa işləri ilə əlaqədar saat 13:00-dan 15:00-dək 35 kV-luq "Xanlıqlar" və "Mahmudkənd" hava elektrik xətlərində enerjinin verilişi dayandırılacaq.

Bu səbəbdən Şərur rayonunun Cəlilli, Mahmudkənd, Oğlanqala, Yeni Havuş, Xətai, Oğuz, Aşağı Daşarx, Tənənəm, Danyeri, Xanlıqlar, Püsyan, Təzəkənd, Stansiya Daşarx, Ələhli, Vərməziyar, İbadulla, Qışlaq Abbas və Tumaslı kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bundan başqa, Ağdaş və Göyçay rayonlarında da təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Belə ki, Ağdaş Elektrik Şəbəkəsinin xidməti ərazisində saat 10:00-dan 14:00-dək Abad, Ağcaqovaq, Eymur, Ərəbşəki və Qaradeyin kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq.

Göyçay rayonunun Cəyirli, Çayarxı və Kürdəmiş kəndlərinin bəzi ərazilərində isə saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.

Qeyd edək ki, işlər enerji təchizatı sisteminin etibarlılığının artırılması və artan yük tələbatının qarşılanması məqsədilə həyata keçirilir. Təmir-bərpa işləri başa çatdıqdan sonra abonentlərin elektrik enerjisi ilə daha keyfiyyətli və dayanıqlı təmin olunması nəzərdə tutulur.

***

Daşkəsən, Tovuz və Şəmkir rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Avtosfer.az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, "Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri və aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar noyabrın 4-də saat 09:00-dan etibarən işlər başa çatanadək aşağıdakı ərazilərdə qaz təchizatı dayandırılacaq:

- Daşkəsən rayonunun Qaraqollar, Qazaxyolçu, Zağalı və Xoşbulaq kəndləri;

- Tovuz rayonunun "Alakol Sənaye" ölçü qovşağı;

- Şəmkir rayonunun "Çinarlı Sənaye" ölçü qovşağı.

Qaz təchizatında fasilə qeyd olunan ölçü qovşaqları üzrə qeyri-əhali abonentlərinə şamil olunacaq.

Oxunub : 154
ŞƏRH YAZ
Ad

E-mail

Şərh