Dünya cəhənnəmə ÇEVRİLİR?

Bu yay xüsusilə Avropada kəskin istilərin insanlara verdiyi zərər son 70 ildə ilk dəfədir ki, bu həcmdə müşahidə olunur. Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, xüsusilə yayı sərin keçən ölkələrin qızmar günəşin altında “əriməsi” istiyə dözümü olmayan insanlar arasında ağır qarşılanır. Hər gün dözülməz istilərin fəsadları, ölüm sayı ilə bağlı xəbərlər yayımlanır. Alimlər 1950-ci ildən bu yana olan məlumatları təhlil ediblər. Belə qənaətə gəliblər ki, həddindən artıq temperatur son illər daha tez-tez olur, daha uzun müddət davam edir və yeni ərazilərə yayılır. İstilik dalğaları bəşəriyyət üçün təhlükəyə çevrilir.
Temperatur xüsusilə hava qaraldıqdan sonra sərinləmək yerinə daha boğucu olur. Araşdırmalardan belə məlum olub ki, hər onillikdə maksimum gündüz temperaturu təxminən 0,27 dərəcə, gecə temperaturu isə 0,32 dərəcə artır. Nəticədə, hər 10 ildən bir əlavə həddindən artıq isti günlər əlavə olunur. Avropada ən isti günlər 1970-ci illə müqayisədə dörd-beş artıb. Subtropiklərdə indi hər il yarım əsr əvvəlkindən 50 gün çox həddindən artıq isti olur. Təhlükəli temperaturla üzləşən insanların sayı da artır. Əgər 1970-ci illərdə dünya əhalisinin 55%-i ildə ən azı 90 gün şiddətli istilik stressi yaşayırdısa, indi bu rəqəm 70%-ə yüksəlib.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












