Dünyada həyat keyfiyyəti ən yüksək olan ölkələr - Azərbaycan neçəncidir?

2026-cı ildə həyat keyfiyyətinin ən yüksək olduğu ölkələrin reytinq siyahısı açıqlanıb.
Avtosfer.az Ölkə.az-a istinadən xəbər verir ki, siyahı beynəlxalq tədqiqatların nəticələrinə və rifah indekslərinə (Global Citizen Solutions və Numbeo indeksləri daxil olmaqla) əsassən tərtib olunub.
Bu zaman təhlükəsizlik, səhiyyə və təhsil səviyyələri, iqtisadi imkanlar, dövlət xidmətlərinin və sosial infrastrukturun keyfiyyəti kimi amillər nəzərə alınıb.
Ümumilikdə, Avropa ölkələri reytinq siyahısında ilk yerləri tutublar. Cədvəldəki ilk 30 ölkədən 20-si qoca qitəni təmsil edir. Həyat keyfiyyətinə görə ilk 10-luqda İsveç, İsveçrə, Norveç, Danimarka, Finlandiya, Hollandiya, Almaniya, Kanada, Lüksemburq, Avstriya qərarlaşıb.
Siyahıda Azərbaycanın da adı var. Ölkəmiz cinayətkarlığın səviyyəsinin aşağı olduğu dövlətlərdən biri kimi qiymətləndirilib və 148 ölkə arasında 34-cü sırada qərarlaşıb.
Azərbaycan investisiya mühitinə görə 54-cü, biznes mühitinə görə 47-ci, təhsil sisteminə görə 79-cudur (167 ölkə arasında”.
Hesabatda qeyd olunub ki, ölkəmizdə əhalinin savadlılıq səviyyəsi maksimaldır (100 bal), lakin ali təhsilin qlobal rəqabətliliyi hələ orta səviyyədədir.
Səhiyyə sistemində isə Azərbaycan 167 ölkə arasında 85-ci yerdə qərarlaşıb.
Bildirilib ki, icbari tibbi sığortanın tətbiqi ilə tibbi xidmətlərə əlçatanlıq artıb və səhiyyə sisteminin keyfiyyəti üzrə islahatlar davam edir.
Azərbaycan dünya xoşbəxtlik indeksinə görə 102-ci, təhlükəsizlik reytinqində isə 93-cü, yaşayış şəraitinə görə 81-ci yerdədir.
Hesabatda həmçinin qeyd olunub ki, Cənubi Qafqaz regionu (Azərbaycan, Gürcüstan və Ermənistan) dünyanın ən təhlükəsiz bölgələrindən biri hesab olunur. Azərbaycan cinayətkarlığın aşağı olmasına görə böyük qonşuları olan Rusiya və Türkiyəni çox qabaqlayır.
Dövlət idarəçiliyinin səmərəliliyini ölçən nüfuzlu Chandler Good Government İndex 2026 hesabatında Azərbaycan 57-ci, Ermənistan 64-cü, Türkiyə 75-ci, Rusiya isə 78 yerdə qərarlaşıb.
Reytinq siyahısında həyat keyfiyyətinin ən aşağı olduğu ölkələr də yer alıb. Siyahının ən aşağı pillələrində yerləşən ölkələr eyni problemlərlə xarakterizə olunur: uzun sürən silahlı münaqişələr, zəif dövlət qurumları və iqtisadi qeyri-sabitlik. Bu amillər əsasən onların beynəlxalq qavrayışını müəyyən edir. Bu siyahıda sonuncu yerlərdə Ukrayna, İran və Livan gəlir.
Skuterlər qadağan olunacaq, yoxsa sərt cəzalar gəlir? – Ekspektdən AÇIQLAMA
Skuterlə avtobusa minmək qadağandır? - Hüquqşünas izah etdi
Binada yaşayanların NƏZƏRİNƏ: 300 manat cəriməsi var
Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb - ADY-dan valideynlərə çağırış - VİDEO
Bakının mərkəzində bəzi EVLƏR UCUZLAŞIB - Mənzil bazarında son vəziyyət
Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası - Yazışmaları göstərdi - VİDEO
Türkiyədə 50 dərəcə isti olacaq – Əhali və tursitlərə çağırış edildi
Baş nazir qərar imzaladı
AZZA-nın tortundan görün nə çıxdı - VİDEO
Kəlbəcərdə nəhəng ilan aşkarlandı - VİDEO
Hirkan Milli Parkında xoşagəlməz görüntülər - VİDEO










