Ən çox turist bu rayona gedib

2026-cı ilin ilk rübündə Azərbaycanın bir sıra rayonlarında turizm göstəricilərində yüksək artım qeydə alınıb. Ən yüksək dinamika işğaldan azad edilmiş ərazilərdə müşahidə olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən məlumat verilib.
Turizm gəlirlərinin artım tempinə görə Cəbrayıl ilk sırada qərarlaşıb. Rayonda gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 320 faiz artaraq 226,7 min manatdan 952,7 min manata yüksəlib.
Füzulidə bu göstərici 239 faiz, Zəngilanda 160 faiz, Laçında 126 faiz, Şuşa və Ağdamda isə 97 faiz olub.
Bakıda da turizm gəlirləri ötən ilin ilk rübü ilə müqayisədə 37 faiz artaraq 543,9 milyon manatdan 743 milyon manata çatıb.
Turist sayında da oxşar dinamika müşahidə olunub. Belə ki, Cəbrayıla gedən turistlərin sayı ötən ilin ilk rübündəki 914 nəfərdən 8 min 215 nəfərə yüksələrək 799 faiz artıb.
Zəngilanda turist sayı 929 nəfərdən 6 min 290 nəfərə (577 faiz), Füzulidə 3 min 290 nəfərdən 16 min 563 nəfərə (403 faiz), Ağdamda 7 min 629 nəfərdən 21 min 312 nəfərə (179 faiz), Şuşada isə 15 min 279 nəfərdən 36 min 255 nəfərə (137 faiz) çatıb.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












