Enerji içkisi əzələ böyüməsini bloklayır? - MÜTƏXƏSSİS RƏYİ

Son illərdə yayılan “enerji içkisi içmək əzələ böyüməsinin 90%-ni bloklayır” iddiası elmi baxımdan doğru deyil. Avtosfer.az Sfera.az-a istinadən xəbər verir ki, lakin mütəxəssislər xəbərdarlıq edir ki, gündəlik enerji içkilərinin istifadəsi bədənin bərpa prosesinə mənfi təsir göstərə bilər. Ekspertlər bildirir ki, enerji içkilərinin əsas tərkibi olan kofein qısa müddətli performansı artırsa da, davamlı yüksək istifadəsi kortizol (stress hormonu) səviyyəsini yüksəldir, yuxu ritmini poza bilər, bu da əzələlərin bərpasını və böyüməsini zəiflədir. Bundan əlavə, çox enerji içkilərində olan yüksək şəkər və süni əlavələr uzun müddətdə iltihablanma riskini artırır, kofein isə yüngül sidikqovucu təsir göstərərək susuzlaşmaya səbəb ola bilər. Mütəxəssislər vurğulayır ki, əzələ böyüməsi üçün əsas amillər məşqlərin düzgün təşkili, balanslı qidalanma və keyfiyyətli yuxudur. Enerji içkiləri isə yalnız nadir hallarda və ölçülü istifadə olunmalıdır.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












