Erkən pensiyaya çıxmağın formulu tapıldı - Hətta 31 yaşında da mümkündür

Son illərdə dünyada getdikcə daha çox insan ənənəvi pensiya yaşını gözləmədən maliyyə azadlığı əldə edib erkən pensiyaya çıxmağa çalışır. Bu yanaşma xüsusilə gənclər arasında sürətlə yayılır. Avtosfer.az "Konkret.az"a istinadən xəbər verir ki, bu sistemin əsasını FIRE (Financial Independence, Retire Early – Maliyyə Müstəqilliyi və Erkən Pensiya) hərəkatı təşkil edir. Məqsəd işlədiyi illərdə gəlirin böyük hissəsini yığmaq və investisiya etmək, sonradan isə həmin investisiyaların gəliri ilə yaşamaqdır.
FIRE modelini seçənlər:
- Gəlirlərinin 50–70 faizini qənaət edirlər;
- Lazımsız xərcləri minimuma endirirlər;
- Yığımlarını səhmlərə, indeks fondlarına, istiqrazlara və digər investisiya alətlərinə yönəldirlər;
- Borclanmaqdan mümkün qədər uzaq dururlar.
Bu sistemi uğurla tətbiq edən bəzi insanlar 30–40 yaşlarında işləmək məcburiyyətindən qurtularaq yalnız investisiya gəlirləri hesabına həyatlarını davam etdirirlər. Hətta nümunələr arasında 31 yaşında maliyyə müstəqilliyinə çatan şəxslər də var.
Bununla belə, mütəxəssislər xəbərdarlıq edirlər ki, bu model hər kəs üçün uyğun deyil. Erkən pensiyaya çıxmaq üçün:
- Yüksək gəlir,
- Uzunmüddətli maliyyə planı,
- Güclü qənaət intizamı,
- Düzgün investisiya strategiyası lazımdır.
Əks halda inflyasiya, bazarlardakı enişlər və gözlənilməz xərclər maliyyə planını poza bilər. Buna görə də FIRE modeli ciddi planlaşdırma və risklərin düzgün idarə olunmasını tələb edir.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












