Evin qarşısında gül əkmək və maşın saxlamaq niyə qadağandır? - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Fərdi yaşayış evlərinin qarşısında, xüsusən hasardan kənarda qalan ərazilərdə gül-çiçək əkilməsi və ya maşın saxlanılması hüquqi məsuliyyət yaradır. Qanunvericiliyə əsasən, əgər evin hasarından kənarda qalan torpaq sahəsi sənəd üzərində mülkiyyətçiyə aid deyilsə, həmin hissədən şəxsi məqsədlər üçün istifadə edilməsi qadağandır. Sakinlərdən biri yaranmış vəziyyətlə bağlı narazılığını belə ifadə edib: "Kimsə qapısının ağzında gül əkir, əlbəttə, bu, təmizlik və gözəllikdir. Həyəti olanlar maşınlarını orada saxlaya bilirlər. Bəs həyəti olmayanlar avtomobillərini harada saxlasınlar?!"
Avtosfer.az-ın məlumatına görə, hüquqşünas Mircavid Miriyev Baku TV-yə bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, mülkiyyətin üç forması (dövlət, bələdiyyə və xüsusi) mövcuddur. Küçələr, səkilər və ümumi istifadədə olan ərazilər dövlətə və ya bələdiyyəyə məxsusdur. Vətəndaşlar yalnız özlərinə məxsus həyətyanı sahə daxilində sərbəst fəaliyyət göstərə bilərlər.
Hüquqşünasın sözlərinə görə, mülkiyyət sərhədindən kənarda icazəsiz gül əkmək, dirək basdırmaq və ya ərazini zəncirləməklə hərəkəti məhdudlaşdırmaq digər vətəndaşların hüquqlarının pozulmasıdır:
"Bu növ fəaliyyətlərlə məşğul olan şəxslər İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsinə əsasən, torpağın təyinatına uyğun istifadə edilməməsinə görə məsuliyyət daşıyırlar. Bu xətaya görə fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər isə 3000 manat məbləğində cərimə edilir".
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA












