Gəncliyi səssizcə məhv edən qidalar

Bəzi qidalar orqanizmin daha tez qocalmasına səbəb olur. Avtosfer.az Ölkə.az-a istinadla xəbər verir ki, bu barədə rusiyalı diyetoloq və endokrinoloq Anastasiya Çernıx danışıb. Onun sözlərinə görə, gəncliyini qorumaq istəyənlər üçün ən zərərli məhsullar yüksək şəkər tərkibli qidalardır. “Şəkərin orqanizmi sürətlə qocaltdığı artıq sübut olunub. Bundan əlavə, o xroniki stressə də səbəb olur. Şirin qidalar insulin səviyyəsini artırır, buna cavab olaraq isə stress hormonu olan kortizol ifraz edilir”, - deyə həkim bildirib.
Endokrinoloq qeyd edib ki, bu vəziyyət davamlı yorğunluq və xroniki stress yaradır. Həkim şirniyyatları şəkərsiz fitnes batonları ilə əvəz etməyi də məsləhət görməyib. Onun sözlərinə görə, bu məhsullarda şəkərin yerinə çox vaxt fruktoza istifadə olunur. Fruktozanın həddindən artıq qəbulu artıq çəkiyə və qaraciyərin piylənməsinə səbəb ola bilər. O əlavə edib ki, yağlı yeməklər və yüksək temperaturda qızardılmış qidalar da qocalmanı sürətləndirir. Həkimin sözlərinə görə, qızartma zamanı yaranan qlikasiya məhsulları böyrəklərə, damarlara və ürəyə zərər verir, həmçinin qırışların yaranmasını sürətləndirir.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












