İçdiyiniz suyu dəyişin, əks halda... – XƏBƏRDARLIQ

Gündəlik istifadə etdiyimiz suyun göründüyü qədər təmiz olub-olmaması insanları narahat edir. Tərkibində xlor, ağır materiallar və digər görünməyən qarışıqların olması suyun keyfiyyətini sual altında qoyur. Bu səbəbdən su filtrlərinə maraq artır.
Bəs, filtr suyun tərkibini necə dəyişir? Filtrlənmiş su adi sudan nə ilə fərqlənir və həqiqətən təmizdirmi?
Avtosfer.az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında insan orqanizmi üçün vahid su tərkibi ilə bağlı elmi qənaətin olmadığını vurğulayıb:
“10 il bundan öncə Marseldə keçirilən “Ümumdünya Su Konqresində” iştirak edərək suyun özəllikləri ilə bağlı çoxlu məlumatlar əldə etmişəm. Hansı orqanizmə hansı yodluqda və tərkibdə su lazım olduğunu elm hələ sübut etməyib. Suyu araşdırmaq üçün onun 300-ə qədər parametri araşdırılmalıdır. Heç kəs deyə bilməz ki, “a” suyu bir ailənin beş üzvündən neçəsinə uyğundur, neçəsinə uyğun deyil. Filtrlər isə suda olan yodluluğu və minaralları azaldır, suyu bəzi elementlərdən və əlavələrdən təmizləyir. Biz deyə bilmərik ki, filtrlənmiş su bir adama xeyir etsə, digərlərinə də uyğun olacaq”.
Ekspert son olaraq insanlara içdikləri suyu dəyişərək müxtəlif növ sulardan istifadəni məsləhət görüb.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












