Kommunal ödənişlərdən kimlər azad oluna bilər? - VACİB AÇIQLAMA

Azərbaycanda sosial müavinət alan şəxslərin kommunal xidmət haqlarından tam və ya qismən azad edilməsi məsələsi vaxtaşırı ictimai müzakirələrə səbəb olur.
Bəs mövcud qanunvericilik belə bir güzəşti nəzərdə tuturmu və gələcəkdə bunun tətbiqi mümkündürmü?
Avtosfer.az-ın məlumatına görə, mövzunu "Konkret.az"a şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, hazırda Azərbaycanda sosial müavinət alan şəxslərin kommunal xidmət haqlarından tam və ya qismən azad olunmasını nəzərdə tutan hüquqi norma mövcud deyil.
Onun sözlərinə görə, belə bir güzəştin tətbiqi yalnız qanunvericilik təşəbbüsü əsasında mümkün ola bilər:
“Bu, qanunvericilik təşəbbüsünə bağlı məsələdir. Hazırda ölkəmizdə belə bir norma yoxdur. Əgər Nazirlər Kabineti bununla bağlı parlamentə təqdimat versə və Milli Məclis müvafiq qanun qəbul etsə, o zaman sosial müavinət alan şəxslər üçün kommunal ödənişlərlə bağlı güzəştlərin tətbiqi mümkün ola bilər”.
İqtisadçı hesab edir ki, bu məsələdə vahid yanaşmadan daha çox diferensial mexanizmlərin tətbiqi məqsədəuyğun olar.
“Fərqli bölgələrin sosial-iqtisadi şəraiti nəzərə alınmalıdır. Məsələn, ucqar dağ kəndlərində və bəzi rayonlarda yaşayan əhali üçün qaz və elektrik enerjisinin tarifi yarı qiymətlə hesablanarsa, bu, daha ədalətli yanaşma olar. Dünyanın bir sıra ölkələrində də məhz belə diferensial tarif sistemi tətbiq edilir”, – deyə Natiq Cəfərli vurğulayıb.
İqtisadçının fikrincə, kommunal güzəştlərlə bağlı mümkün dəyişikliklər hazırlanarkən həm sosial vəziyyət, həm də yaşayış bölgələrinin xüsusiyyətləri nəzərə alınmalı, dövlət dəstəyi həqiqətən ehtiyacı olan əhali qruplarına yönəldilməlidir.
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ












