Kürdə suyun səviyyəsi artdı

Kür çayının Aran bölgəsindən keçən hissəsində suyun səviyyəsi yüksəlib. Bu, Mingəçevir su anbarında artan səviyyəyə nəzarət məqsədilə çaya buraxılan suyun həcminin artırılması ilə bağlıdır. Avtosfer.az-ın “Unikal”a istinadən məlumatına görə, maksimal tutumu 83 metr olan anbarda hazırda suyun səviyyəsi 80 metr 14 santimetrdir. Səviyyəni tənzimləmək üçün son iki gündə anbardan Kür çayına axıdılan suyun həcmi saniyədə 500 kubmetrdən 700 kubmetrə qaldırılıb.
Mütəxəssislər bildirir ki, havaların isinməsi və dağlarda qarın əriməsi nəticəsində anbara daxil olan suyun həcmi arta bilər. Bu səbəbdən səviyyəyə nəzarət gücləndirilib.
Artım Yevlax, Ağdaş və Zərdab ərazilərindən keçən hissələrdə daha aydın müşahidə olunur. Yevlaxda su səviyyəsi 1 metr 20 santimetrdən 3 metr 35 santimetrə, Zərdabda isə 4,5 metrdən 8 metr 77 santimetrə yüksəlib. Ağdaş ərazisində də oxşar dinamika qeydə alınır.
Sahilboyu ərazilərdə suyun qalxması nəzərə çarpsa da, mütəxəssislər vəziyyətin müvəqqəti olduğunu və ciddi narahatlıq üçün əsas olmadığını bildirirlər.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












