Magistraturada ən yüksək nəticəni bu universitetin məzunları göstərdi

2025-ci ildə magistraturaya qəbul imtahanlarının nəticələri əsasında ali təhsil müəssisələrinin məzunlarının göstəriciləri təhlil olunub. Avtosfer.az “AzEdu.az”a istinadən xəbər verir ki, bu barədə məlumat DİM-in nəşr etdiyi 2025-ci il üzrə “Abituriyent” jurnalının 12-ci sayında yer alıb. Məlumata görə, magistraturaya qəbul imtahanında Azərbaycan Respublikasının 60 ali təhsil müəssisəsinin məzunları iştirak ediblər. Təhlillər göstərir ki, imtahanda ən azı 10 məzunu iştirak edən ali təhsil müəssisələri arasında ən yüksək nəticəni Bakı Ali Neft Məktəbinin (BANM) məzunları əldə ediblər.
Belə ki, BANM məzunlarının qəbul imtahanında topladığı orta bal 76,4 olub. Onlar ayrı-ayrı fənlər üzrə də ən yüksək göstəricilərə imza atıblar. Bakı Ali Neft Məktəbi məzunlarının xarici dil üzrə orta balı 21,6, informatika üzrə 17,3, məntiq üzrə isə 37,5 bal təşkil edib.
Xarici dil fənni üzrə yüksək nəticə göstərən ali təhsil müəssisələri sırasında ADA Universiteti (19,9 bal), Moskva Dövlət Universitetinin Bakı filialı (16,7 bal), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (16 bal), Dövlət Gömrük Komitəsinin Akademiyası (14,3 bal), Azərbaycan Tibb Universiteti (14,3 bal) və Azərbaycan Dillər Universiteti (14,3 bal) yer alıb.
İnformatika fənni üzrə Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları 14,7 bal, Dövlət İdarəçilik Akademiyasının məzunları 14,3 bal, Azərbaycan Tibb Universitetinin məzunları isə 13,1 bal orta nəticə göstəriblər.
Məntiq fənni üzrə isə Dövlət Gömrük Komitəsinin Akademiyası (32,1 bal), Azərbaycan Tibb Universiteti (31,6 bal), Dövlət İdarəçilik Akademiyası (31,4 bal) və Fövqəladə Hallar Nazirliyinin Akademiyası (30,8 bal) məzunları fərqləniblər.
Təhlillər göstərir ki, magistraturaya qəbul imtahanında ən aşağı nəticə Azərbaycan Milli Konservatoriyası və Bakı Xoreoqrafiya Akademiyasının məzunları arasında qeydə alınıb. Belə ki, imtahanda Azərbaycan Milli Konservatoriyasının 178, Bakı Xoreoqrafiya Akademiyasının isə 46 məzunu iştirak edib. Həmin məzunların bütün fənlər üzrə topladıqları balların orta göstəricisi müvafiq olaraq 32,6 və 30,8 bal olub.
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?












