Müəllimlərə ŞAD XƏBƏR: Sertfikasiya balları ARTIRILIB

İyunun 17-də başlayan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin tərkib hissəsi olaraq, iyunun 24-də tarix müəllimlərinin sertifikatlaşdırma imtahanı keçirilib. İmtahandan sonra müəllimlər təqdim olunan bəzi suallarda yanlış cavabların doğru cavab kimi qəbul edildiyini bildirərək narazılıqlarını ifadə ediblər.
Avtosfer.az xəbər verir ki, tarix müəllimlərinin sözlərinə görə, 52, 54 və 57-ci suallarla bağlı ciddi etirazları var. Onlar hesab edirlər ki, həmin suallar üzrə düzgün cavablar qiymətləndirmədə nəzərə alınmayıb və yanlış cavablar doğru kimi qəbul edilib.
Məsələ ilə bağlı AzEdu.az-ın sorğusunu cavab olaraq ARTİ-dən bildirilib ki, 17-25 iyun tarixlərində dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilib:
"35 imtahan mərkəzində baş tutan imtahanlarda ümumilikdə 22 mindən çox müəllim iştirak edib, davamiyyət göstəricisi 96 faiz təşkil edib.
Sertifikatlaşdırma prosesinə Azərbaycan dili, rus dili, Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat, fransız dili, alman dili, təsviri incəsənət, musiqi, fizika, kimya, biologiya, riyaziyyat, coğrafiya, informatika, ingilis dili, ibtidai sinif, tarix, fiziki tərbiyə və texnologiya fənlərini tədris edən təhsilverənlər cəlb olunublar.
Test imtahanı mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbulu 26 iyul saat 12:00-da başa çatdıqdan sonra daxil olan bütün müraciətlər aidiyyəti üzrə ekspertlər tərəfindən yenidən nəzərdən keçirilib və test tapşırıqları ətraflı təhlil edilib. Ekspertlər test tapşırıqlarının tərtibatında müvafiq çərçivə sənədləri və tədris vəsaitləri ilə hər hansı bir uyğunsuzluq olmadığını müəyyənləşdiriblər. Eyni zamanda, bəzi suallarda texniki problemlərin olduğunu qeyd ediblər.
Belə ki, 24 iyun tarixində keçirilmiş imtahanda tarix fənni üzrə Azərbaycan və rus bölmələrində 2, 24 iyun tarixində keçirilmiş imtahanda riyaziyyat fənni üzrə Azərbaycan və rus bölmələrində 1, 25 iyun tarixində keçirilmiş imtahanda texnologiya fənni üzrə Azərbaycan bölməsində 1 və fiziki tərbiyə fənni üzrə rus bölməsində 1 test tapşırığı ilə bağlı qiymətləndirməyə təsir edən texniki xarakterli uyğunsuzluq müəyyən olunub.
Texniki səhvlər nəzərə alındıqdan sonra həmin test tapşırıqları üzrə müvafiq bal düzəlişləri sualların təqdim olunduğu müəllimlərin xeyrinə hesablanıb.
Yenilənmiş nəticələr artıq müəllimlərin portal.edu.az platformasındakı şəxsi kabinetlərinə göndərilib. Müəllimlər platformanın “Sertifikatlaşdırma” bölməsinə daxil olaraq apellyasiya nəticələri ilə tanış ola bilərlər".
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












