Payızda bu məhsullar bahalaşa bilər - AÇIQLAMA

Yay mövsümünün başa çatması və payız aylarının yaxınlaşması ilə bazarlarda qiymət dəyişiklikləri yenidən gündəmə gəlir. Mövsümi amillər, yeni tədris ilinin başlaması, kənd təsərrüfatı məhsullarının təklifindəki dəyişikliklər və inflyasiya kimi faktorlar bəzi məhsulların bahalaşmasına səbəb ola bilər. Bu isə ailələrin aylıq büdcəsinə birbaşa təsir göstərir.
Payız aylarında ən çox hansı məhsulların qiymətində artım gözlənilir?
Avtosfer.az xəbər verir ki, İqtisadçı Ruslan Atakişiyev Demokrat.az-a açıqlamasında payız aylarının sonlarına doğru, xüsusilə noyabr ayından etibarən kənd təsərrüfatı məhsullarının qiymətlərində artım müşahidə olunmağa başladığını deyib:
“Bunun əsas səbəbi yerli istehsalda açıq sahə təsərrüfatçılığının payının azalması və hava şəraitinin dəyişməsi ilə əlaqədar istehsalın daha çox qapalı şəraitə, yəni istixanalara keçməsidir. Bu da kənd təsərrüfatı məhsullarının maya dəyərinə və nəticədə qiymətlərinə təsir göstərir. Bundan əlavə, qarşıdan Yeni il dövrünün gəlməsi, bayram tətilləri və bu mövsümdə ənənəvi olaraq artan tələbat da qiymətlərin yüksəlməsinə səbəb olan amillərdəndir.
Ümumiyyətlə, hər il mövsümi dəyişikliklər kənd təsərrüfatı məhsullarının qiymətlərində özünü göstərir”.
İqtisadçı əlavə edib ki, hazırda, avqust-sentyabr aylarında kənd təsərrüfatı məhsulları qiymət baxımından ən aşağı səviyyədə olur:
“Lakin sonradan, payızın sonlarından etibarən əksər məhsullarda bahalaşma başlayır. Bu, xüsusilə istixana şəraitində yetişdirilən tərəvəzlərə, bostan məhsullarına və bir sıra meyvələrə aiddir. Eyni zamanda, xaricdən idxal olunan məhsulların həcmi artsa da, onların daşınma və digər xərcləri də qiymətlərə təsir göstərdiyindən bazarda bahalaşma müşahidə olunur”.
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı
Metro ilə bağlı şad xəbər - Bu tarixdə...
Avtobuslarda məsafəyə görə ödəniş: Bakıda necə xidmət göstərəcək?
Bakıda metro ilə bağlı QƏRAR - Sərnişinlərin diqqətinə!
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT












