Pensiya alanlara müjdə: Ödəniş arta bilər

Azərbaycanda pensiya alan şəxslərin yenidən əmək fəaliyyətinə başlaması ilə bağlı suallar tez-tez müzakirə olunur.
Bəs işləməyə davam edən və ya yenidən işə qayıdan şəxsin pensiya məbləği arta bilərmi? Bu halda qanunvericilik hansı imkanları nəzərdə tutur?
Avtosfer.az Globalinfo.az-a istinadla xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli pensiya alan şəxsin yenidən işləməsi məbləğin avtomatik artması demək olmadığını bildirib:
"Lakin əmək fəaliyyətinin davam etdirilməsi gələcəkdə pensiyanın yenidən hesablanmasına əsas yarada bilər. Əsas şərt odur ki, işlədiyi dövrdə həmin şəxs üçün məcburi dövlət sosial sığorta haqları ödənilsin. Çünki pensiya məbləğinin hesablanmasında sosial sığorta ödənişləri mühüm rol oynayır. Əgər vətəndaş rəsmi əmək müqaviləsi ilə çalışırsa və əməkhaqqından sosial sığorta haqları tutulursa, onun fərdi hesabında pensiya kapitalı artmağa davam edir. Bu isə qanunvericilikdə nəzərdə tutulan hallarda pensiyanın yenidən hesablanmasına imkan yaradır. Lakin bu artım hər ay yaxud hər il avtomatik tətbiq edilmir. Yenidən hesablama qanunvericilikdə müəyyən edilmiş qaydalar əsasında aparılır. Pensiyanın nə qədər artacağı işlənilən müddətdən və ödənilən sosial sığorta haqlarının məbləğindən asılıdır".
İqtisadçı bildirib ki, yüksək rəsmi əməkhaqqı alan şəxslərin pensiya kapitalı daha sürətlə artır:
"Əksinə, aşağı əməkhaqqı ilə işləyənlərdə artım da məhdud ola bilər. Buna görə də hər kəs üçün eyni məbləğdə artım gözləmək düzgün deyil. Qeyri-rəsmi məşğulluq isə gələcək pensiya baxımından heç bir üstünlük yaratmır. Əmək müqaviləsi olmadan işləyən şəxslər üçün sosial sığorta ödənişləri həyata keçirilmədiyi halda pensiya kapitalı da artmır. Bu səbəbdən rəsmi məşğulluq gələcək sosial təminat baxımından böyük əhəmiyyət daşıyır".
A.Nəsirlinin sözlərinə görə, pensiya alan şəxslər yenidən işə başlayarkən əmək müqavilələrinin düzgün rəsmiləşdirilməsinə diqqət etməlidirlər:
"İşəgötürənin sosial sığorta haqlarını tam və vaxtında ödəməsi vacibdir. Vətəndaşlar fərdi sığorta hesablarındakı məlumatları mütəmadi yoxlamalıdırlar. Bu, gələcəkdə pensiyanın yenidən hesablanması zamanı yarana biləcək problemlərin qarşısını almağa kömək edir. Nəticə etibarilə, yenidən işləmək pensiyanın artmasına imkan yarada bilər, lakin bunun üçün əsas şərt rəsmi əmək fəaliyyəti və sosial sığorta ödənişlərinin tam şəkildə həyata keçirilməsidir".
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA












