Pensiya artımları bu tarixdən ödəniləcək – Komitə üzvü AÇIQLADI

“2026-cı ilin yanvar ayında pensiya alan vətəndaşların bütün pensiya artımları bu aydan hesablanıb. Lakin pensiyaların həm indeksləşdirilməsi, həm də artımlarının hesablanması Dövlət Statistika Komitəsi tərəfindən 2025-ci ilin orta aylıq əmək haqqı artım faizinin elan olunmasından sonra mümkün olacaq”.
Avtosfer.az xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib
Deputat əlavə edib ki, “Əmək pensiyaları haqqında” qanuna əsasən, pensiyalar əvvəlki ilin orta aylıq əmək haqqı artım faizi üzrə indeksləşdirilir və artırılır:
“Bu baxımdan, 2025-ci ilin ilk 11 ayının yekunlarına əsasən, orta aylıq əmək haqqı 9,3% artıb. Gözlənti ondan ibarətdir ki, ilin yekununda 9,2% orta aylıq əmək haqqı artımı qeydə alınacaq. Pensiyalar da həmin faiz üzrə indeksləşdiriləcək.
Dövlət Statistika Komitəsi rəqəmləri elan etdikdən sonra, cənab Prezident tərəfindən pensiyaların indeksləşdirilməsi ilə bağlı sənəd imzalanır və beləliklə, pensiyalar və pensiya kapitalı artırılır.
Yanvar ayında pensiyasını ala bilməyən vətəndaşlarımız üçün artımlar fevral ayının pensiyası ilə birlikdə ödəniləcək. Məsələn, pensiya məbləği 500 manat olan vətəndaşın pensiyasına 9,2% artım tətbiq olunduqda, artım 46 manat təşkil edəcək. Beləliklə, fevral ayında həmin vətəndaş 546 manat pensiya alacaq. Mart ayından etibarən isə pensiya 546 manat məbləğində ödənilməyə davam edəcək.
Qeyd edirik ki, yanvar ayının artımlarının fevral ayında ödənilməsi, artımların yanvar ayına şamil olunmaması demək deyil. Artımlar yanvar ayından etibarən hesablanıb və yalnız ödənişi fevral ayında həyata keçirilir”.\\BAKU.WS
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA












