Pensiyaçılar bu vergilərdən azaddır - Çoxları bilmir

Vergi qanunvericiliyinə əsasən müəyyən kateqoriyadan olan şəxslər üçün əmlak vergisi ilə bağlı güzəşt tətbiq olunur. Avtosfer.az Milli.az-a istinadən xəbər verir ki, qüvvədə olan qaydalara görə, binaların icarəyə və ya kirayəyə verilməsi, həmçinin sahibkarlıq və ya kommersiya məqsədilə istifadə edilməsi halları istisna olmaqla, bəzi şəxslərin ödəməli olduqları əmlak vergisinin məbləği azaldılır.
Güzəşt Vergi Məcəlləsi ilə müəyyən edilir və bu çərçivədə Vergi Məcəlləsinin 4.15.2-ci maddəsi və Vergi Məcəlləsinin 102.2-ci maddəsi nəzərə alınır.
Qeyd edək ki, bu güzəşt pensiyaçılara, müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara, həmçinin onların ailə üzvlərinə şamil edilir. Həmin şəxslər üçün binalara görə hesablanan əmlak vergisi 30 manat məbləğində azaldılır. Güzəşt yalnız qeyd olunan şərtlər daxilində tətbiq olunur və əmlak kommersiya məqsədilə istifadə edildiyi halda bu imkandan yararlanmaq mümkün deyil.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












