Qadınların pensiya yaşının artırılması nələrə səbəb olacaq? - SOSİOLOQ

Azərbaycanda pensiya yaşı bərabərləşib. Yaşa görə əmək pensiyasına çıxmaq yaşı qanunvericiliyə uyğun olaraq mərhələli şəkildə artırılıb.
Avtosfer.az xəbər verir ki, hazırda kişilər üçün yaşa görə əmək pensiyasına çıxmaq yaşı 65-dir. Qadınlar üçün isə pensiya yaşı mərhələli şəkildə artırılır. Keçid dövrünün başa çatması ilə 1 iyul 2026-cı il tarixindən etibarən qadınlar da 65 yaşında yaşa görə əmək pensiyasına çıxmaq hüququ qazanıblar. Bununla da qadın və kişilər üçün pensiya yaşı bərabərləşıb.
Mövzu ilə bağlı sosioloq Üzeyir Şefiyev Avtosfer.az-a açıqlamasında bildirib ki, bu dəyişiklik əvvəlcədən müəyyən edilmiş mərhələli artımın yekunudur:

''Qadınların pensiya yaşı son illərdə hər altı aydan bir artırılaraq kişilərin pensiya yaşına çatdırılıb. Beynəlxalq təcrübədə pensiya yaşı əsasən ölkədəki orta ömür uzunluğu nəzərə alınmaqla müəyyənləşdirilir. Azərbaycanda orta ömür uzunluğu qadınlarda təxminən 79, kişilərdə isə 74 yaş təşkil edir. Bu göstəricilər fonunda pensiya yaşının daha da artırılması üçün əsas görünmür. Statistik məlumatlar göstərir ki, kişilərin əhəmiyyətli hissəsi pensiya yaşına çatmadan vəfat edir. Bu baxımdan, xüsusilə kişilər üçün mövcud pensiya yaşının kifayət qədər yüksək olduğunu söyləmək mümkündür".
Sosiloq qeyd edib ki, əvvəlki illərdə pensiya yaşının mərhələli artırılması nəticəsində pensiyaçıların sayında müəyyən azalma müşahidə olunub:
''Lakin hazırda ölkədə doğum səviyyəsinin azalması və əhalinin yaşlanması uzunmüddətli perspektivdə pensiya sisteminə əlavə maliyyə yükü yarada bilər. Demoqrafik ləngimə əmək bazarına da təsirsiz ötüşməyəcək. Doğulan uşaqların sayının azalması gələcəkdə məktəblərdə şagird sayının və müəllim ştatlarının azalmasına səbəb ola bilər. Eyni zamanda, işləyən əhalinin payının azalması pensiya sisteminin maliyyələşdirilməsini çətinləşdirə bilər. Demoqrafik azalma tendensiyası davam edərsə, dövlət tərəfindən demoqrafik vəziyyətin yenidən qiymətləndirilməsi və doğumun təşviqinə yönəlmiş stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi zərurəti yarana bilər''.
Fatimə
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












