Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR - Qiyməti 4000 dollardan...

Qlobal bazarda qızılın qiyməti 4000 dollardan aşağı enib. Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 3986 dollar civarındadır. Qiymətli metal bu ilin ikinci rübündə 14 faiz dəyər itirib və bu, 2013-cü ildən bəri ən pis rüblük göstəricidir.
Ekspertlərin fikrincə, qiymətdəki geriləmə Yaxın Şərqdə davam edən gərginlik, ABŞ-də inflyasiya səviyyəsindəki artımın qarşısını almaq üçün uçot dərəcələrinin artırılacağı ilə bağlı gözləntilər fonunda baş verir. “J.P. Morgan” bankının analitikləri hesab edirlər ki, əsas sektorlardan qızıla tələbat əvvəllər proqnozlaşdırıldığı qədər güclü olmayacaq. Bank cari ilin üçüncü rübündə qızılın qiymətinin 4300 dollar, dördüncü rübdə isə 4500 dollar olacağını proqnozlaşdırır. “J.P. Morgan” mərkəzi bankların alışlarının və fiziki tələbin 2027-ci ildə qızılın qiymətini dəstəkləməyə davam edəcəyini gözləyir. Qızıl ənənəvi olaraq inflyasiyaya qarşı hedcinq kimi qəbul edilsə də, yüksək faiz dərəcəsi mühitində cəlbediciliyini itirir, çünki heç bir gəlir gətirmir.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












