Skuterlə avtobusa minmək qadağandır? - Hüquqşünas izah etdi

"Skuterlə avtobusa minməyi qadağan edən hər hansı hüquqi norma mövcud deyil". Avtosfer.az xəbər verir ki, bunu "Qaynarinfo"ya açıqlamasında vəkil Səməd Vəkilov deyib.
Hüquqşünas bildirib ki, bu məsələ istehlakçı hüquqlarını və sərnişindaşıma qaydalarını tənzimləyən qanunvericilik çərçivəsində, o cümlədən "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" və "Yol hərəkəti haqqında" qanunların müddəaları əsasında qiymətləndirilməlidir:
"Qanunvericiliyə əsasən, iriölçülü əşyalarla ictimai nəqliyyatdan istifadə zamanı daşınan yükün ölçüsündən asılı olaraq əlavə ödəniş tələb oluna bilər. Lakin konkret olaraq skuterlə avtobusa minməyi qadağan edən hər hansı hüquqi norma yoxdur".
Səməd Vəkilovun sözlərinə görə, əgər hadisədə adı çəkilən uşaq həqiqətən autizm spektr pozuntusu olan şəxsdirsə, məsələyə daha həssas yanaşılmalı idi:
"Əgər doğrudan da uşaq autizm spektr pozuntusu olan şəxsdirsə, sürücünün davranışı konkret hallardan asılı olaraq mülki-hüquqi məsuliyyət, o cümlədən mənəvi zərərin ödənilməsi ilə bağlı iddialara səbəb ola bilər".
Qeyd edək ki, Bakıda 211 nömrəli marşrut avtobusunun sürücüsü ilə sərnişin arasında mübahisə yaşanıb. Sosial şəbəkələrdə yayılan görüntülərdən məlum olur ki, qadın övladı və ona məxsus kiçik skuterlə avtobusa minmək istəyərkən sürücü buna etiraz edərək onların avtobusdan düşməsini tələb edib.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












