Xəzər dənizindəki adaların sahəsi iki-üç dəfə artdı - FOTO

Xəzər dənizinin şimal hissəsinin tədqiqi dəniz səviyyəsinin azalmağa davam etdiyini və son illərdə adaların sahəsinin iki-üç dəfə artdığını göstərib.
Avtosfer.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının P.P.Şirşov adına Okeanologiya İnstitutunun mətbuat xidmətindən məlumat verilib.

"Artıq mövcud olan və yeni yaranan adalarda sahil xəttinin artımı aşkar edilib. Belə ki, məsələn, Xəzər dənizinin səviyyəsinin enməsi və onun şərq, qərb və cənub tərəflərində yeni zonaların dayazlaşması səbəbindən Çistaya Banka adasının sahəsi 2019-cu illə müqayisədə iki dəfə artıb. Həmçinin Tbilisi Bankanın yerində yaranan adanın sahəsində də sürətli artım dinamikası müşahidə olunur və ötən illə müqayisədə üç dəfə böyüyüb", - deyə məlumatda bildirilib.
Tədqiqatlar dəniz səviyyəsinin mütərəqqi azalması tendensiyasını təsdiqləyir.
"Hələ ki bir şey aydındır: dəniz səviyyəsi enməyə davam edir", - deyə ekspedisiyanın rəhbəri, Okeanologiya İnstitutunun Xəzər filialının kiçik elmi işçisi İvan Yermakov qeyd edib.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












