Xocavəndə həyat qayıdır: Növbəti köç karvanı şəhərə çatıb - YENİLƏNİB

Sosial 7 İyul 2026 12:44
Xocavəndə həyat qayıdır: Növbəti köç karvanı şəhərə çatıb - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu gün Xocavənd şəhərinə 41 ailə (163 nəfər) daimi qayıdışı təmin edilib.

Doğma ocağına dönən ailələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin nümayəndələri qarşılayıblar.

***11:46

Bu gün Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə şəhərə 41 ailə (163 nəfər) köçürülür.

Doğma yurduna dönən xocavəndlilər respublikanın müxtəlif bölgələrində məskunlaşan ailələrdir.

Oxunub : 122
ŞƏRH YAZ
Ad

E-mail

Şərh