Yeni ehsan növü BELƏ OLACAQ - Ənənəvi yas məclislərinə son - VİDEO

Azərbaycanda ehsan ənənələrinə fərqli və faydalı bir baxış bucağı gətirilib.
Avtosfer.az Konkret.az-a istinadən xəbər verir ki, Samux rayonunda yerli sakinlərdən biri atasının vəfatından sonra yubiley ehsanı vermək əvəzinə, yaşadığı kəndin bərbad vəziyyətdə olan yollarını təmir etdirmək qərarına gəlib. Sakin öz şəxsi vəsaiti hesabına kənd küçələrinə asfalt örtüyü çəkdirərək həm valideyninin xatirəsini yad edib, həm də yüzlərlə insanın gündəlik hərəkətini asanlaşdırıb.
Bu qeyri-adi ehsan növü sosial şəbəkələrdə və rayon ictimaiyyəti arasında böyük rəğbətlə qarşılanıb. Layihəni həyata keçirən sakin bildirib ki, adətən insanlar yaxınlarını itirəndə geniş süfrələr açır, israfçılığa yol verən məclislər təşkil edirlər.
Lakin o, bu vəsaiti daha qalıcı və cəmiyyət üçün xeyirli olan bir işə — yol infrastrukturunun yenilənməsinə yönəltməyi daha doğru hesab edib.
Onun sözlərinə görə, atılan bu addım həm atasının ruhuna dua olunmasına vəsilə olacaq, həm də gələcək nəsillər üçün nümunəvi bir təşəbbüs sayılacaq.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












