Banner
SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam.f10-dur.bu gunleri mawinimi wtrafnoya saldilar.sebeb qazan ve sport purjinlere gore texpasportda yazilmiyib diye.bunun cermesi ne qederdi?
Elshad | 21 İyul 2025 22:25
Salam. Onları quraşdırmaq olmaz. 150 manat cəriməsi var.
Avtosfer.az | 21 İyul 2025 22:39
Amerkanka qoşmaq vermedi?
Xəqani Kazimzade | 21 İyul 2025 21:56
150 manat cəriməsi var.
Avtosfer.az | 21 İyul 2025 22:38
Yol hərəkəti qaydalarını öyrənmək
Xəqani Kazimzade | 21 İyul 2025 21:55
Yol hərəkəti haqqında qanunu açın oxuyun.
Avtosfer.az | 21 İyul 2025 22:38
Salam . Mən benson alin şuşəsi vurmag istiyiram ona icazə var DYP ilişmir . Bensonun sertifikati var
Ilkin | 21 İyul 2025 12:06
Salam. Rəngi dəyişən şüşə deyilsə və şəffaflığı standarta cavab verirsə quraşdıra bilərsiniz.
Avtosfer.az | 21 İyul 2025 22:37
Mersedes w202 1998. Sport yay H&R mersedesin hemin markasi ucun nezerde tutulmus yay istafade etsem, cerime tetbiq oluna biler?
Ali | 21 İyul 2025 10:39
150 manat cəriməsi var
Avtosfer.az | 21 İyul 2025 22:36
10NM196 VAZ 2106 VƏZIIYYETI
Musa | 21 İyul 2025 02:30
Bu haqda məlumatımız yoxdur.
Avtosfer.az | 21 İyul 2025 22:35
salam ypx əməkdaşı tabesizlik edən sürücünün arxasıyca sürə bilər ?
Uğur | 21 İyul 2025 00:18
Salam. Sürə bilər.
Avtosfer.az | 21 İyul 2025 22:34
Dyp emekdasi cerime yazirsa goruntunu teqdim etmelidir?
Vasif | 21 İyul 2025 00:08
Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/yol-polisi-qayda-pozan-surucuye-videogoruntu-gosterme-222041
Avtosfer.az | 21 İyul 2025 22:34
addan ada kecirtme rusumu
Elvina | 20 İyul 2025 23:21
Rüsumu hesablamaq üçün bu linkə daxil olun. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 21 İyul 2025 22:33
Salam mənim avtomobilim generalni davernusnan adımadır, və maşının texpasport da, adına olan şəxsi tapa bilmirəm. Mən necə edim ki, maşını öz adıma aformut edim,? Maşınım Toyota Prius 1.5 mator, 2007 ol.+ Nəqədər pulum çıxacaq. İlk öncədən təşəkkürlər
Mətləb | 20 İyul 2025 03:11
Salam. Sənədin arxasında yazılan ünvana gedib həmin şəxsi tapıb xahiş edin. Rüsumu hesablamaq üçün bu linkə daxil olun. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 21 İyul 2025 22:32
salam minik avtomabildə arxada neçe nəfər otura bilər
Elxan | 19 İyul 2025 16:24
Salam. 3 böyük.
Avtosfer.az | 21 İyul 2025 22:30
Salam ayin 18-i cerime olubmuwam lakin 19 u tarixinde cerime gelib bu duzgundurmu?
Ceyhun | 19 İyul 2025 14:10
Salam. 24 saat ərzində gələ bilər.
Avtosfer.az | 21 İyul 2025 22:29
Afdamabiln yan ve on wuwelerin qara perde edilmesin cermesi
Yusif | 19 İyul 2025 13:56
150 manat
Avtosfer.az | 21 İyul 2025 22:23
Maşının sahibinin telefon nömrəsini tapmaq
Ruslan | 18 İyul 2025 19:04
Bizdə belə məlumatlar olmur.
Avtosfer.az | 21 İyul 2025 22:20
Salam. BDYPİ-nə elektron müraciət etmişəm. Elektron müraciətə neçə günə baxılır? Müraciət səbəbi: Kamera başqa avtomobili mənim avtomobilimlə səhv salıb.
Vüqar | 18 İyul 2025 17:42
Salam. Araşdırma tələb olunduqda 30 iş günü, araşdırma tələb olunmadıqda 15 iş gününə baxılmalıdır.
Avtosfer.az | 21 İyul 2025 22:18
Salam Aleykum Yol Hərəkətini Tənzimləməkçün DYPin Əməkdaşi İstiqamətləndirir Aftobuz zolağina ama Mənə Cərimə Gəlib İndi Mən Hara Müraciyət etməliyəm?
Anar | 18 İyul 2025 13:18
Salam. DYP-yə ərizə ilə müraciət edin. Onlayn yazın.
Avtosfer.az | 21 İyul 2025 22:22
Bu maşın haqqinda
Ali | 18 İyul 2025 12:55
Bu maşın haqqında heç bir məlumatımız yoxdur.
Avtosfer.az | 21 İyul 2025 22:27
Dəbilqə taxmamaqın cəzası
Samir | 18 İyul 2025 11:39
Sərnişin 30 manat, sürücü 40 manat manat.
Avtosfer.az | 21 İyul 2025 22:26
Menim Maşınım Var yesini tapa bilmirem Qeydiyyat nişanı 99 TM 476
hidayət | 18 İyul 2025 11:00
Bu haqda sizə heç bir köməklik göstərə bilməyəcəyik.
Avtosfer.az | 21 İyul 2025 22:35
Yaşının Adı ve nömrəsi nedir
hidayət | 18 İyul 2025 10:58
Bizdə belə məlumatlar olmur.
Avtosfer.az | 21 İyul 2025 22:39
Salam.Mən maşını 5 ildirki almışam və ilkin qeydiyyat zamanı texpasportda "müvəqqəti" sözü yazılıb Maşın öz adımadır.Maşını satarkən başqasının adına keçirməyə problem yaratmaz?
Nurlan | 18 İyul 2025 08:16
Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/hansi-halda-texpasporta-muveqqeti-sozu-yazila-biler-i%CC%87zah-194223
Avtosfer.az | 21 İyul 2025 22:44
Salam , size sualim bilmek istiyerdim mehlede heyetde diyanan park halinda sönülü olan maşina , gelib ledden cerime yazila bilermi ? Xaiş edireç cavablandirardiniz.
Elçin | 17 İyul 2025 21:59
Salam. Yandıran zaman görməyiblərsə kim nə bilir sizin maşında led var?
Avtosfer.az | 21 İyul 2025 22:42
Salam hər vaxtınız xeyir avtomobilim bmw 328d (f30) dur. Və mən kapotu m3-ə dəyişmiçəm bu halda qayda poxulmuş sayılırmı? Və texpasportda qeyd olunmayıb.
Murad | 17 İyul 2025 19:38
Salam. Heç bir problem yoxdur. Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/avtoxeber/avtomobili-yeni-modele-yigdiran-suruculer-texpasportu-deyismelidirmi-qanun-bele-deyir-vi%CC%87deo-261366
Avtosfer.az | 21 İyul 2025 22:41
Rəngli patvalnikin cermesi var?
Roma | 17 İyul 2025 17:15
Bəli var. 150 manat.
Avtosfer.az | 21 İyul 2025 22:36
Salam. Mən BMW F10 maşınımı dövlət rüsumu ilə qeydiyyat etmək istəyirəm. Buferlər m-tech qoyulub, aksesuar olaraq sağ tərəfdə qulşitel başlıqları qoyulub. Qeydiyyat zamanı bunlara görə bəhanə gətirə bilərlər ?
Elnur | 17 İyul 2025 16:32
Salam. Qanunla bəhanə gətirməməlidirlər.
Avtosfer.az | 21 İyul 2025 22:31
Dunyasin deyisen adamin cerimeleri odenmelidir ?
Samir | 17 İyul 2025 13:22
Xeyr. Onlar qüvvədən düşmüş sayılır.
Avtosfer.az | 21 İyul 2025 22:30
Salam.Kohne masinimdaki nomreni teze masina kecirtmek isteyirem.Bunu nece ede bilerem ve rusumu ne qederdir?
Ekber | 16 İyul 2025 23:53
Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/avtomobil-nomresinin-qanuni-yolla-perekidka-edilmesi-qaydalar-99820
Avtosfer.az | 21 İyul 2025 22:28
Men 17 yaşında prava imtahanına gire biliremmi
Ömər | 15 İyul 2025 15:24
Səfərbərlik xətti ilə girib ala bilərsiniz. Amma 18 yaşdan tez sürə bilməzsiniz.
Avtosfer.az | 21 İyul 2025 22:27
Mənim maşınımın damında versage yazı var ona cərimə düşürmü və ya ona görə dayanacağa aparıla bilərmi?
Fərid | 15 İyul 2025 12:19
Xeyr buna cərimə düşmür. Amma nəyə lazımdır o yazı?
Avtosfer.az | 21 İyul 2025 22:23
Salam, məndə Ford Tranzit markalı yük avtomobili var, arxasında ölkəyə gələndə üzərində olan qoşqu yeri mövcuddur DYP inspektoru əlavə avadanlıq olduğunu bildirib bir neçə dəfə, sizdən soruşmaq istədiyim mən o qoşqu yerini sokdurməliyəm yoxsa əlavə avadanlıq sayılmır. Həmin hissənin şəklini də yerləşdirdim. Öncədən təşəkkürlər...
Nurlan Yunusov | 15 İyul 2025 12:03
Salam. Buna görə sizə heç nə yaza bilməzlər. Qanunsuz bir şey yoxdur.
Avtosfer.az | 21 İyul 2025 22:17