Banner
SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam. Dövlat qeydiyyatı nişanının çipi sınıbsa carimasi var?
Kamil | 7 İyul 2025 12:15
Salam. Üzərində AZ yazılıbsa bəli var.
Avtosfer.az | 13 İyul 2025 07:21
Salam menim masinimin arxa buferinin ten ortasina elave stop qoydurmuwam ve tormuz verende yanib sonur stop kimi..bunun her hansi bir cermesi var?
Eli | 7 İyul 2025 00:22
Salam. O işıqdan istifadə etmək qadağandır. 150 manat cəriməsi var.
Avtosfer.az | 13 İyul 2025 07:21
Salam. Men 1 ildir tehsille bağlı ölkede deyildim. Dünen gelmişem, sabah maşınımı texniki baxış aparmalıyıq,indi baxıram ki, son 3 ayda mene 99VE632 nömreli maşının 3 cerimesi yazılıb (150 azn). Mende VE-dir. Bunu tecili nece sildire bilerem? Zehmet olmazsa cavablandırardınız.
Səidə Şərifova | 6 İyul 2025 20:16
Salam. Protokolların şəklini bu nömrəyə göndərin və məlumatı yazın köməklik edək. +994 70 335 15 59
Avtosfer.az | 13 İyul 2025 07:19
Salam tekerin arxasinda rezin yoxdu cermesi var varsa ne qederdi?
Ilham | 6 İyul 2025 18:02
Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/palciq-fartuklari-olmayan-masin-duracaga-aparila-biler-i%CC%87zah-221185
Avtosfer.az | 13 İyul 2025 07:17
Salam arxa teker rezin olmadigina gore cerime var? Vaz 06
Ilham | 6 İyul 2025 17:34
Salam. Sualınız aydın olmadı? Aydın şəkildə yazın.
Avtosfer.az | 13 İyul 2025 07:15
Salam aparaturanın cərməsi var ?
Eşqin | 6 İyul 2025 14:49
Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/qaydalar/masina-usilitel-qurasdirmaq-elave-avadanliqdir-ceri%CC%87mesi%CC%87-yoxdur-139532
Avtosfer.az | 13 İyul 2025 07:13
Salam. Ofraid masinin daminda led isiqlari istifade etmesen cərimə var. Uzerini bagli saxlayaq necə ? Qanunla nece nizamlanir ?
Ali | 6 İyul 2025 12:32
Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/qaydalar/avtomobile-bu-faralardan-qurasdirmaq-olar-qanun-bele-deyi%CC%87r-vi%CC%87deo-279847
Avtosfer.az | 6 İyul 2025 14:39
Salam mənim maşınım 2107 di 13 lük diske 215 50 13 razmerinde təkər vurmuşam yp xidmət maşını cərime meydançasına apardı bu qanunidir mi ve ya o təkərin cəriməsi varmı
Fərhad | 5 İyul 2025 22:09
Salam. Təkər ölçüləri zavodun nəzərdə tutduğundan fərqlidirsə düzgün edib polis.
Avtosfer.az | 6 İyul 2025 14:37
Salam, vaz 2104 markalı maşina baqaj qoymuşam ve polis ceri e meydançasısa saldı. Cerimesi ne qederdir?
Orxan | 5 İyul 2025 21:39
Salam. Kustar üsulla hazırlanıbsa 150 manat cəriməsi var.
Avtosfer.az | 6 İyul 2025 14:36
salam maşını almışam kohne sahıbınden cermeler qalıbmış onu nece edmek olar
Aynur | 5 İyul 2025 15:17
Salam. Ödətdirin həmin şəxsə.
Avtosfer.az | 6 İyul 2025 14:35
Polisə yanlış izahat verilmesinin cəzası nədir?
İsmayl | 4 İyul 2025 16:31
Baxır nə ilə bağlı. Onu hüquqşünasla məsləhətləşin.
Avtosfer.az | 6 İyul 2025 14:34
Salam. 1 eded zedelemiş dövlet qeydiyyatı nişanının alınması üçün hansı senedler lazımdır ve rüsumu?
Kamil | 4 İyul 2025 15:09
Salam. Nömrəni verirsiniz, yenisini verirlər. Sənədə ehtiyac yoxdur.
Avtosfer.az | 6 İyul 2025 14:34
902 yə omür boyu xət məşğuldu gedir ancaq kontur yeyilir 1 dq 15 qəpik niyə gündə 30-40 manat kontura verməliyəm və verdiyimnən əlavə niyə hər gün səhər axşam xətt məşğuldu deyərək bizləri aldadırsız indi bu xəttin 1 dq boş vaxdı opmuemu gecə gündüz artıq 2 aydı ki zəng edirəm hər səfərində 15 dq gözləyirəm məyər 1 nəfər işləyir orda
Ruslan | 4 İyul 2025 08:15
Bununla bağlı DYP-yə rəsmi ərizə ilə müraciət edə bilərsiniz.
Avtosfer.az | 6 İyul 2025 14:33
Nomresi ve soyadi lazimdir Masin nomresi 10 Bz 909
Ayla | 4 İyul 2025 00:29
Bizdə belə məlumatlar olmur.
Avtosfer.az | 6 İyul 2025 14:32
11-BA-316 nömrəli maşının texpasportu tapılıb maşını şəkilini tapa bilərsiz?
Məzahir | 3 İyul 2025 15:33
Bizdə şəkil olmur.
Avtosfer.az | 6 İyul 2025 14:32
Salam.isiqfordan saqa dönerken 2metr mete məsafede dayanma durma qadağandır işarəsi qoyulub.Həmin yerde sürücü bilmir birinci piyada zolaqini izləsin,ya ikinci piyada zolaqini ,həmdə işıqforun isiqini.bele vaxtda ağac yarpaqlarının arxasında qoyulmuş idareye baxsın.Gormursen 100 metr sonra cərimə yazırlar ki,qaydanı pozmusan.bu nə qədər doğrudur.? Cavaba görə öncədən təşəkkür
Vəkil | 3 İyul 2025 10:07
Salam. Sürücü nişana da, svetofora da, keçidə də baxmalıdır hər bir halda.
Avtosfer.az | 6 İyul 2025 14:31
Salam maşn sonatadı ( orginal Japonyadan Caliover gətizdirmişəm 4 ədəd markası - markasına uyxun serfikatı natarusda bizim dildə cevirmişəm. Əlave olaraq hyundai servizdə Oxlar üzrə bəraberliyini ceki stendinde Cekisini ölcdürmüşəm sənəd var əlimdə Texniki baxışdan yeni Tarıxla Caliover usdun kecirtmişəm.. buna cərime yazıla Bilərmi? Yazılarsa səbəb?
Elnur | 3 İyul 2025 06:40
Salam. Əgər onu zavod quraşdırmayıbsa qadağandır.
Avtosfer.az | 6 İyul 2025 14:30
Salam.adima cerime var amma masin basqasinin adinadi. Men dyp aformut edikde basqa masini men cerime odemeliyem.
Samir | 2 İyul 2025 23:13
Salam. Hansı maşından söhbət gedirsə o maşının üzərinə olan cərimələri ödətdirirlər.
Avtosfer.az | 6 İyul 2025 14:29
Salam 2 sulaim olacaq bilmek isteyirdimki matora elave avadanliq qurasdirmaq qanunda neyi nezerde tutur yeni ne qurasdirsam elave avadanliq sayilir? Birdeki masinin modelin nin yeni kuzanin istehsali dayanibsa isiq cihazlarinin gorunusun deyise bilerikmi? Meselen(lada010 a bmw style zavod faralar yeni oz farasina yigilma) Neqliyyat uzere expert Rufet Emiraslanov bunun qanuni olduqun bildirir deqiqlesdirmek isteyirdim
Eli | 2 İyul 2025 13:30
Salam. Maşına əlavə bir bolt bağlamaq da əlavə avadanlıqdır. Amma qanun deyir ki, normativ tələblər pozulmasın. Əksər maşınların istehsalı dayanıb. Bu o demək deyil ki, nə gəldi dəyişiklik edəsən. Bazarda zavodun nəzərdə tutduğu faralar hələ də istehsal edilir.
Avtosfer.az | 6 İyul 2025 14:28
Salam. Menim avtomobilim 2012 -ci il toyota pradodur. On fara deyishib 2015 model toyota pradonun farasi qoyulub. Buna icaze varmi? Buna gore masin daynacaga aparila bilermi? Eger cerimesi varsa bu ne qederdir? Onceden teshekkur edirem.
Bulud | 1 İyul 2025 12:30
Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/kohne-masini-yeni-modele-yigdiranda-texpasport-deyismelidirmi-vi%CC%87deo-244510
Avtosfer.az | 6 İyul 2025 14:26
Salam. Volkswagen Passat 2008 ön faralara yumuru ağ reng angel qurlaşdırmışam. Buna göre ypx meni saxlayıb cerime yaza biler? Ypx postdan kenar istediyi yerde saxlayıb aptecka ysb yoxlaya biler? Aptecka ve ysb yoxdursa cerimesi?
Arif | 1 İyul 2025 09:13
Salam. Angel işıq quraşdırmaq olmaz. Əgər tibb çantanız yoxdursa postfan kənarda da saxlayıb cərimə yaza bilər. 10 manatdır cəriməsi.
Avtosfer.az | 6 İyul 2025 14:26
Men pravanin vaxtı bitib deyisdirmek istəyirəm cerimeleri ödəmişəm radarları ancaq Ayna yazan cəriməni yox bu engeldir yoxsa aidiyyəti yoxdu
Turane | 1 İyul 2025 08:19
Əngəldir. Onlar da ödənməlidir.
Avtosfer.az | 6 İyul 2025 14:22
Salam niva markali avtomobilde arxa suse silenin olmadigina gore cerime var mi? Qanun bize arxa podprese perde ortuk ve ya tam qara qorunmez etmeyi qadagan etmediyini nezere alaraq her iki sag sol yan guzguler yerinde olduqu halda ,ve brizqoviklerin olmadigina gore de cerime var mi ?
Xalid | 1 İyul 2025 02:41
Salam. Pərdə olmaz. Palçıq fartukları olmalıdır. Onları çıxarmaq qayda pozuntusudur. Şüşə silgəcləri ilə bağlı ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/masinin-arxa-suse-silgecini-cixaran-surucu-cerimelene-bilermi-vi%CC%87deo-205010
Avtosfer.az | 6 İyul 2025 14:21
Salam 10 KC 321 nomreli maşin kimin adina generalni davernusdur?
Rayet | 30 İyun 2025 04:28
Salam. Bu haqda məlumatımız yoxdur.
Avtosfer.az | 6 İyul 2025 14:18
Salam, tehlukesizlik kamerasi vasitesile bu cur cerimelerin yazilmasi qanunidirmi?
Elmir | 29 İyun 2025 22:31
Salam. Qayda pozmusunuzsa əlbəttə qanunidir.
Avtosfer.az | 6 İyul 2025 14:18
25-BG-403 sahibin nomresi
vasif | 29 İyun 2025 13:47
Bizdə belə məlumatlar olmur.
Avtosfer.az | 29 İyun 2025 20:23
Salam masin arxa qabag buferlerin tuning eletdirsem cermesi var ?
Mirislam | 29 İyun 2025 12:08
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/masina-spoyler-qurasdirib-tuninq-etmeyin-cerimesi-var-vi%CC%87deo-220222
Avtosfer.az | 29 İyun 2025 20:23
Salam. Mən bir başqa sürücünü kobud xətasına görə şikayət etmək istəsəm, videoregistator ilə olan görüntüsünü DYP-nin hansı ünvanına göndərə bilərəm?( email, nömrə və s. kimi). Əvvəllər DYP whatsapp nömrəsi fəaliyyət göstərirdi deyə ora göndərmək olurdu, indi fəaliyyət göstərmir anladığım qədərilə ( və ya bir müddət açıb sonra yenə bağlayırlar whatsapp-ı).
Rafiq | 29 İyun 2025 07:45
Salam. Bu nömrəyə göndərin işıqlandıraq, DYP-də cəriməsini yazsın. +994703351559
Avtosfer.az | 29 İyun 2025 20:22
Salam mende f10dur bmw herbirseyi m5yihilib amma qazanni yoxdur senete qeyd olunmayib m5 cerimesi olur ???
Roman | 29 İyun 2025 02:17
Salam. M5 sözünün yazılması qanunda nəzərdə tutulmayıb.
Avtosfer.az | 29 İyun 2025 20:21
Salam. 20 yaşım var 3 cü qrup elilikem esitmem biraz zeifdi aparatım var sürücülük vesiqe alsam pensiyam kesilmez? Zehmet olmasa tez cavab verersiniz
Revan | 28 İyun 2025 16:50
Salam. Xeyr, kəsilməz.
Avtosfer.az | 29 İyun 2025 20:20