Media və Yayım Şurası media subyektlərinə çağırış etdi - FOTO

Bir sıra media resurslarında Azərbaycan və Ermənistan arasında transsərhəd çayların idarə olunması üzrə işçi qruplarının yaradılmasına dair xəbərlərin materialın predmetinə aid olmayan fotoşəkillərlə təqdim olunması manipulyativ vizual təqdimat nümunəsidir.
Avtosfer.az xəbər verir ki, bu barədə Media və Yayım Şurasının açıqlamasına qeyd edilib.
Qeyd edilib ki, bu cür təqdimat auditoriyada xəbərin məzmunu, hadisənin coğrafi məkanı və tərəflər arasında aparılan əməkdaşlığın mahiyyəti barədə yanlış təsəvvür formalaşdıra bilər:
"Eyni görüntülərin digər media resurslarında və sosial şəbəkə platformalarında təkrar paylaşılması isə yanlış təsəvvürlərin daha geniş auditoriyaya yayılmasına və mövzu ətrafında əsassız müzakirələrin yaranmasına zəmin yaradır. Azərbaycan Respublikası Media və Yayım Şurası media subyektlərini xəbərlərin vizual tərtibatında istifadə olunan materialların mənbəyini və çəkildiyi yeri dərc etməzdən əvvəl yoxlamağa, vizual materialların xəbərin məzmununa uyğunluğunu təmin etməyə və auditoriyanı yanıltmağa səbəb ola biləcək təqdimatlara yol verməməyə çağırır".

Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












