Avtomobili geri gaytayrmir, gacir. Ne etmeliyem?
Tərlan | 15 İyun 2025 14:36
Etibarnaməni ləğv edin və DYP-yə rəsmi ərizə ilə müraciət edib həmin nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsini xahiş edin.
Avtosfer.az | 15 İyun 2025 22:38
99TE709 texniki baxisin bitme vaxtdi
Bahadur | 14 İyun 2025 18:36
012 590 71 13 nömrəsinə zəng edərək soruşa bilərsiniz.
Avtosfer.az | 15 İyun 2025 22:37
25BG686 MASININ SEKILI
Azer | 14 İyun 2025 16:28
Bizdə belə şəkillər olmur.
Avtosfer.az | 15 İyun 2025 22:36
Nəqliyyat vasitəsi evakuatrın üzərində hərəkətdə ola ola aftomobilə texniki baxışa görə cərimə gələ bilərmi ?
Cəlal | 14 İyun 2025 16:20
Ətraflı məlumat üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/oyrenek/evakuatorun-uzerindeki-masinda-texniki-baxis-ve-sigorta-olmadiqda-surucu-cerime-oluna-biler-vi%CC%87deo-281929
Avtosfer.az | 15 İyun 2025 22:35
Vaz 2106 avtomobilinin qarşı terefinde olan vaz emblemini başqa emblemle (porsche-bezek) qanun pozuntusudur?Cerimesi var?
Sürücü | 14 İyun 2025 11:37
Bəli, 150 manat cəriməsi var.
Avtosfer.az | 15 İyun 2025 22:34
Salam,sovet maşınında arxa nömre işığına yanıb sönen ağ,diod lampa quraşdırmağ qayda pozuntusudur?
Cerimesi var?
Sürücü | 14 İyun 2025 11:19
Salam. Bəli, 150 manat cəriməsi var.
Avtosfer.az | 15 İyun 2025 22:34
17 yaşda maşın süre bilerem?
Sadiq | 13 İyun 2025 23:24
Xeyr. 18 yaşda sürücülük vəsiqəniz olduqdan sonra sürə bilərsiniz.
Avtosfer.az | 15 İyun 2025 22:33
Salam 77DR348 nömrsi ne maşınına aiddir deye bilersiz???
Eldar | 13 İyun 2025 22:50
Salam. Bu haqda məlumatımız yoxdur.
Avtosfer.az | 15 İyun 2025 22:33
Salam menim aftomobilim bmw f10 dur arxa qazani 2 eded qoyulub tex pasportda m5 e yigilmasi barede qeyd yazilib bu hal qayda pozuntusu sayilir ?
Mirzə | 13 İyun 2025 09:11
Salam. Sənəddə M5 yazılmasının heç bir əhəmiyyəti yoxdur.
Avtosfer.az | 15 İyun 2025 22:32
fayılda şekil qoymuşam qerar zehmet olmasa cavablayardız deyirsiz tehfil verildiyi andan hesablanır sürücülük vesiqesi yol patrul xidmeti haqda telimatın 9.6 cı bendi naxcıvan muxtar respuplikasına aiddir men sürücülük vesiqemi geri tehfil ala bilmirem bakı seherinde hansı bende maddeye esases bu qanun var?
əli əhmədov | 12 İyun 2025 21:37
Sualınız aydın olmadı. Siz vəsiqəni təhvil vermisinizsə və 6 ay keçibsə qaytarılmalıdır.
Avtosfer.az | 15 İyun 2025 22:31
Mən sizə bayrağa aid sual yazmışdim. Lakin siz dəqiq və ətraflı cavab vermədiniz. Mən bilmək istərdim ciftsiz nömrədə bayrağın rəngi solduqda yeni bayraq alıb yapışdırmaq olar ya olmaz. Bundan ötəri mütləq nömrə dəyişilməlidirmi?
YPX-çilər bayrağın rəngi solduqda (cızildiqda yox, məhz solduqda)surucüləri cərimə ilə
qorxudaraq pul alırlar. Bu
qanunidirmi?
Qaməd | 12 İyun 2025 19:22
Bayraq yapışdırmaq olmaz, nömrəni dəyişməlisiniz. Bayraq solanda rəngləri tanınmırsa dəyişməlidir.
Avtosfer.az | 15 İyun 2025 22:27
35BX802 2107 MARKALI MAŞIN SAHİBİ AXTARIRAM XAİŞ TANIYAN BİLEN VARSA ELAQA SAXLASIN ZEHMET OLMASA 0508887963
Raman Hidayetov | 12 İyun 2025 16:50
Bu haqda məlumatımız yoxdur.
Avtosfer.az | 15 İyun 2025 22:23
1 ay evvel olan qayda pozuntusunu nece 1 ay sonra yazila biler hemde goruntu teqdim edilmeden ?
Serxan | 12 İyun 2025 13:38
Əgər vətəndaş çəkibsə 1 il ərzində cərimə yazıla bilər.
Avtosfer.az | 15 İyun 2025 22:22
Zəhmət olmasa 99-MH-743 nomrəli masinin goruntusu var sizdə təqdim edərdiz. Avtomobil mene mexsusdur
Azər | 12 İyun 2025 13:02
Bizdə belə bir görüntü yoxdur.
Avtosfer.az | 15 İyun 2025 22:21
Men cerimeni odemisem lakin mehkeme helede xitam vermeyib pravam itdiyine gore asan xidmete yaxinlasdim dediler xitam verilmeden pravani ala bilmersiz
Kamran | 12 İyun 2025 08:59
Məhkəməyə müraciət etməlisiniz ki, xitam versin.
Avtosfer.az | 15 İyun 2025 22:19
Salam bmw f30 model avtomobilime senetde m yazdırdım sport prujun üzerinde var ve 19 disk qoyulub qayı prujuna göre 150m cerime yazdı. M yazıldığı halda prujuna cerime qanunidirmi?
Nicat | 11 İyun 2025 21:03
Salam. Bəli doğru yazılıb. M sözünün heç bir əhəmiyyəti yoxdur. Qeydiyyat şəhadətnaməsinə belə hərflərin, sözlərin, fikirlərin yazılması özü qanunsuzdur.
Avtosfer.az | 15 İyun 2025 22:19
Salam, Avtomobili restailing etdirmisem lakin qeydiyyata alinmayib dovlet rusumu ne qederdir?
Cavid | 11 İyun 2025 21:00
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/oyrenek/masina-spoyler-qurasdirib-tuninq-etmeyin-cerimesi-var-vi%CC%87deo-220222
Avtosfer.az | 15 İyun 2025 22:17
77 PE 507 sahibinin nomresi
TƏBRİZ | 10 İyun 2025 13:36
Bu haqda məlumatımız yoxdur.
Avtosfer.az | 15 İyun 2025 22:15
90rc448 nomre nisan markali avtomobil hansi rayondadi?
Natiq | 9 İyun 2025 21:35
Bu haqda məlumatımız yoxdur.
Avtosfer.az | 15 İyun 2025 22:14
Salam. Mercedes vianoda arxa salonun suselerine taxma storkaya gore cerime yazilmasi doqrudur?
Bəhruz | 9 İyun 2025 15:52
Salam. Bəli doğrudur.
Avtosfer.az | 15 İyun 2025 22:13
Salam meni cerime meydancasina saliblar purjina gore, ama deyisiklik olmuyub sadece asagidi zavadskoy, led isig var birde , ve qlusitelimde desiy var . Meni buraxmirlarki aparam aradan qaldiram hamsini, deyir yerinde hell ele odaki purjini elemek olmur yerinde gerek servise gede, men nece ede bilerem?
Vezir | 9 İyun 2025 12:44
Salam. Evakuatorla aparın.
Avtosfer.az | 15 İyun 2025 22:13
Salam. Masini ada kecirtmeyin rusumu nedi zehmet olmasa deye bilersiz? Vaz 2107 markali masin
Perviz | 8 İyun 2025 23:34
Salam. Bu linkə daxil olaraq hesablaya bilərsiniz.
https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 15 İyun 2025 22:12
Zəhmət olmasa, burada qeyd ediləni oxuyub baxın, six 74 desibel qeyd etdiniz, mənə çox marağlı gəldi)
Texniko baxış məntəqəsində 110 desibel zavod quraşdırılan səsboğucu və 96 desibel sonradan qoyulma səsboğucu sisteminin olmasına icazə olduğu qeyd edilib
Orxan | 8 İyun 2025 23:18
Bu aktda hansı cümlədə yazılıb ki, 96 db-ə icazə var? Harada yazılıb ki, 76.9 qaydalar çərçivəsindədir?
Bu aktda sadəcə yazılıb ki, 76.9 müəyyən edilib.
Avtosfer.az | 15 İyun 2025 22:08
Salam, kapot krılo və buferlər dəyişdirilib, rəsmi elektron məktub yazmışam təkrar lazımdırsa texniki baxış edilsin, downpipe isə ləğv etdim səs desibeli 72-73 dür, əlavə olaraq bir sualım var, siz səs desibelini 74 olaraq qeyd edirsiniz, lakin 76.9 texniki baxışdan keçir, 96 desibelə kimi icazə olduğunu qeyd edirlər, Azərbaycanda desibel norması müəyyən edilməyib, yəni heç harda qeyd olunmayıb ki, bu qədər olmalıdır.
Orxan | 8 İyun 2025 23:14
Salam. Kapot, krılo və buferə görə yenidən qeydiyyat əməliyyatına ehtiyac yoxdur. Bu dəyişiklik qeydiyyat şəhadətnaməsinə yazılmır. Səs desibeli isə 74-dür. 96 deyil.
Avtosfer.az | 15 İyun 2025 22:03
99-TA-024 nömrəli maşının yerini deyə bilərsən
Abdulla | 8 İyun 2025 22:56
Bizdə belə məlumatlar olmur.
Avtosfer.az | 8 İyun 2025 23:12
Salam.menim oglumun 16 yasi var .men ona neqliyyatimi bagislaya bilerem.ve rusumlar ve prosses nece olacaq.
Ruslan | 8 İyun 2025 19:18
Salam. Yalnız 18 yaşdan.
Avtosfer.az | 8 İyun 2025 23:12
Salam tukanda maiş ucun nəzrdə tutulan miqalkalar var onu alib mikalqa kimi yox rəyliyib başqa formada bəzəy kimi başina qoysqa cərməsi var
Qurban | 8 İyun 2025 08:07
Salam. Olmaz.
Avtosfer.az | 8 İyun 2025 23:12
Salam mende Lada vaz Niva markali avtomobildir, menim sualim palçığlığ haqqinda olacag. Eger men palcigliglari cixartsam buna gore mene cerime yazila biler ?
Hamid | 7 İyun 2025 22:43
Ətraflı məlumat üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/oyrenek/palciq-fartuklari-olmayan-masin-duracaga-aparila-biler-i%CC%87zah-221185
Avtosfer.az | 8 İyun 2025 23:11
masin nomresi kimdi 90hd500
sjhdjdjcjc | 7 İyun 2025 22:24
Bilmirik.
Avtosfer.az | 8 İyun 2025 23:10
2024 cü ilde aftoxuliqanlıq videosu paylaşmışam 2025 ci ilde maşınımı duracaqa salıblar aftoxuliqanlıq qetd edə bilermi ? (Tiktok videosuna göre)
Anar | 7 İyun 2025 13:59
1 ili tamam olmayıbsa cəzalana bilərsiniz.
Avtosfer.az | 8 İyun 2025 23:10





