SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Arxanda arxa sərnişinlərə kəmər mecburidirmi
Yaşar | 30 Sentyabr 2020 01:32
Arxada əyləşən sərnişinlərə təhlükəsizlik kəməri taxması məcburidir. Əks halda sərnişinlər 30 manat məbləğində cərimə oluna bilərlər.
Avtosfer.az | 30 Sentyabr 2020 11:18
90 liq yolda 112 surətin cəriməsi neca manatdir
Yaşar | 30 Sentyabr 2020 01:30
90 liq yolda 112 surətin cəriməsi 50 manat 2 baldır.
Avtosfer.az | 30 Sentyabr 2020 11:17
Bakı Qazax yolunda, məni saxlayıb radara düşdüyünü söylədilər, protokol yazılmayan çıxıb geda bilərəmmi, protokol sonradan ünvana filan gonderilsin
Yaşar | 30 Sentyabr 2020 01:30
Bəli. Buna görə yolda sizi heç saxlaya bilməzlər.
Avtosfer.az | 30 Sentyabr 2020 11:16
salam , bmw f10 avtomobillerinde Egzoz ses qurasdirmaga dovletden icaze alib istifade etmek olar? olarsa bunun icazesi nece almaq olar?
elvin | 27 Sentyabr 2020 22:50
Salam. Egzoz nədir ki? Aydın şəkildə yazın fikrinizi.
Avtosfer.az | 30 Sentyabr 2020 11:15
salam vaz niva qabag yaylara chevrolet purjunu taxsam icaze var?
Elcan | 27 Sentyabr 2020 02:04
Salam. Xeyr, icazə yoxdur.
Avtosfer.az | 30 Sentyabr 2020 11:14
Salam Men Sentyabr ayinin 19u 211.2ci Maddeyle İnzibati qaydada cerime olunmusam. Sikayet etdim qerarsiz olaraq Qeyd alindi 100 Azn. İdi Cerime sekilde gorunduyu kimi,26.09.2020 Bugun smsradardan mesajgeldiki 200 azn Cerime Qerarli oldu Bu nece ola biler 1) Sikayet ve Arasdirma 10 gun ola ola 1 hefteye Nece qerar vuruldu? 2) 100Azn olan cerime conub 200 azn nece oldu? )) Maraqlidi
İsmayil | 26 Sentyabr 2020 22:18
Bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət edərək məsələni araşdıra bilərsiniz.
Avtosfer.az | 30 Sentyabr 2020 11:14
Salam.Men 2017-ci ilde suruculuk huququndan 6 ayliq Baki seher herbi mehkeme terefinden mehrum olunmusam.6 aydan sonra da vesiqeni gedib imza ederek goturmusem oradan.6 ay erzinde herbi mehkeme suruculuk vesiqesini ozunde saxlamis,BDYP ne gondermemisdir.Indi de suruculuk vesiqesinin vaxti bitib.Asan xidmete muraciet edirem.Onlar da mene bildirir ki,sizin cerimenize xitam verilmeyib.Herbi mehkeme de bunu mene vermir.Men ne edim?DYP i de bildirir ki,herbi mehkemenin xitam akti olmalidi.
Huseynaga | 26 Sentyabr 2020 15:40
Salam. Siz bununla bağlı hərbi məhkəməyə rəsmi müraciət edərək tələb edin.
Avtosfer.az | 30 Sentyabr 2020 11:13
Salam gözəl insanlar, bu sualı çox adama vermişəm ama hərə bir ayrı cavab verib, Hərəkətdə olan zaman qoşa xəttdə vəya düz xəttdə ötmə etdikdə əyər yol polsinin kamerası çəkmirsə vəya elə bir şərait olduki çəkə bilmədi o sizə cərimə yaza bilərmi?
Mehman | 26 Sentyabr 2020 12:36
Salam. Vizual şəkildə özü görübsə cərimə yaza bilər.
Avtosfer.az | 30 Sentyabr 2020 11:12
salam aleykum,mende Nivanin purjunlari kesilmeyib ama arxasi cokub yuk dasimaqdan,buna gore ceza var?
Oruc | 25 Sentyabr 2020 16:57
Salam. Heç bir cəriməsi yoxdur.
Avtosfer.az | 30 Sentyabr 2020 11:10
salam BMW F10 markalı avtomobile əlavə zavod istehsalı ses bogucu qoyub akrapoviç başlıqları quraşdirmaq olar?
Mahir | 25 Sentyabr 2020 14:58
Salam. O nə başlıqdır? Aydın olmadı.
Avtosfer.az | 30 Sentyabr 2020 11:10
Ola bilermi banin qeyri zavod olması,Kuzanin qeyri zavod olmasını gosdersin?
Rahib | 25 Sentyabr 2020 09:52
Sualınız aydın olmadı.
Avtosfer.az | 30 Sentyabr 2020 11:09
salam.menim maşınımın ili 1982 mator 06.texpasport adına olan agcabedidedi.onun generalni verdiyi oğlan gedib rasiyaya.o oğlanda mene davernus verdi 7ay qalmışdı.oktyabrn 2si vaxt bitir.men rayon qeydiyatıyam.iş yoldaşım bakı qeydoyatıdı.o dostumun adına kecirmek ostiyiem maşını.onum xerci ne qederdi?zehmet olmasa.
asəf | 23 Sentyabr 2020 07:20
Salam. 46 manat 80 qəpik rüsumu var.
Avtosfer.az | 30 Sentyabr 2020 11:07
Salam. Lada 012 qezaya düşüb.Pratakol tertib edilib, siğorta baxışı olub. Maşın servise aparılıb. Melum olub ki, sağ bakavina deyişmelidir.Onun da üzerinde nömreler var. Deyesen maşının banına aiddir. Bu barede polise müraciet etmek lazımdırmı? Bu resmleşdirilmelidirse qanuni yol necedir? Teşekkürler.
Sədi | 23 Sentyabr 2020 00:05
Salam. Buunla bağlı DYP-yə rəsmi müraciət edin.
Avtosfer.az | 30 Sentyabr 2020 11:06
57BX660 NÖMRƏLİ MAŞİNİN SAHİBİNİN QEYDİYAT YERİNİ ÖYRƏNMƏK İSDYRƏM DAVERNUS ALACAM
semur | 22 Sentyabr 2020 19:59
Bunu yalnız DYP bilir
Avtosfer.az | 30 Sentyabr 2020 10:58
salam 90manat və 4 bal hansı qayda pozuntusunda nəzərdə tutulub
nurlan | 22 Sentyabr 2020 15:24
Salam. Belə bir cərimə yoxdur. 80 manat 4 bal var.
Avtosfer.az | 30 Sentyabr 2020 10:57
Men oglumun avtomobilini etibafnamesiz zure bilerem? Teshekkurler.
Azat kazımov | 21 Sentyabr 2020 17:08
Xeyr. Mütləq etibarnamə lazımdır.
Avtosfer.az | 30 Sentyabr 2020 10:57
Vaz 2114 yan güzgülərin dəyişmək konstruksiya pozuntusudu?
Elnur | 21 Sentyabr 2020 14:02
Xeyr. Qayda pozuntusu deyil.
Avtosfer.az | 30 Sentyabr 2020 10:56
Salam salon icinde sit-in ustune miqalkani sonlu vezyetde qoyub hereket etmek olar?
Çingiz | 20 Sentyabr 2020 22:51
Salam. Əgər naqilləri varsa və qoşma ehtimalınız olacaqsa qadağandır.
Avtosfer.az | 30 Sentyabr 2020 10:56
Salam sizden cox xaiw eliyirem mene komeklik edesiniz vaz 2107 markali avtomobile led iwiq qoymuwdum yol patrul emekdawi meni saxladi qanunu izah eledi mawinimida apardi cerime meydancasina amma mene yerinde aradan qaldira bilersenmi sualini vermedi men eyer bilseydim yeri de aradan qaldira bilerdim ve buna gore men hemin yol patrul emekdawinnan wikayet eliye bileremmi avtomobilimi cerime meydancasina apardigina gore?cox xaiw eliyirem meni aydin bawa salasiz
Yehya | 20 Sentyabr 2020 21:41
Yerində aradan qaldırmaq mümkündürsə aradan qaldırmalı idiniz və cərimə yazıb buraxmalı idi.
Avtosfer.az | 30 Sentyabr 2020 10:55
Salam menim mawinim vaz 2107 markali avtomobildi led iwiqlara gore yol patrul emekdawi saxladi ve cerime meydancasina apardi lede gore cerime meydancasina aparila biler avtomobil?cavabiniza gore indiden sagolun
Yehya | 20 Sentyabr 2020 21:00
Salam. Əgər nomativ tələblər pozulubsa aparıla bilər.
Avtosfer.az | 30 Sentyabr 2020 10:53
Salam.vaz 2107 markalı maşına 215/50/R13 təkərlərə icazə verilir?
Əsgər | 20 Sentyabr 2020 19:14
Salam. Zavod hansı ölçünü tövsiyə edirsə həmin ölçü olmalıdır.
Avtosfer.az | 30 Sentyabr 2020 10:52
salam ses bogucunun nece desibel olmasi barede hara muraciet edim bilmek isteyirem kecir kecmir?
Kamil | 20 Sentyabr 2020 18:50
Salam. 96 desibel olmalıdır.
Avtosfer.az | 30 Sentyabr 2020 10:51
Salam zehmet olmasa deyerdiz normal rol neçe derece dönür?
vüqar | 20 Sentyabr 2020 18:26
Salam. Hər avtomobildə fərqli ola bilər. Bu barədə internet üzərindən axtarış edə bilərsiniz.
Avtosfer.az | 30 Sentyabr 2020 10:49
Salam vaz 2107 markali avtomobilde hec bir qayda pozmadan sadece masina yoxlanis meqsedi ile saxlayib her terefli yoxlayiblar hec bir problem tapilmayib sadece avtomobilin sukani deisib hidravlik sukanla evez olunub ve bu haldada avtomobil texniki baxisdan kecib bunu konstruksiya deyiskliyi adi altinda yol polisi emekdasi masini surub cerime meydancasina qoydu 150 azn de cerime ve surerkende qosa xett tapdalayib qayda pozuntusu edib.Hal hazirda sukanin hidravlik sukanla evez olunmasi konstruksiya deyisikliyirmi ?sukan avtomobilin istehsalci zavodundan alinib zavod istehsalidir zehmet olmasa bu barede komekliyinizi gostererdiniz
Dilgam | 19 Sentyabr 2020 16:33
Salam. Bəli konstruksiya dəyişikliyidir. Amma bu dəyişiklik normativ tələbi pozmursa sizə cərimə yazıla bilməz.
Avtosfer.az | 30 Sentyabr 2020 10:48
Size nece video yollamaq olar ki, ictimayewlendiresiz?
Ruslan | 19 Sentyabr 2020 10:54
Avtosfer.az-ın Facebook səhifəsinə göndərə bilərsiniz.
Avtosfer.az | 30 Sentyabr 2020 10:47
Salam men masina ses guclendirici qosdurmusam ade db 79 dan yuxari deyil bide qazani cixarib 2 cixisdi elemisem qrusiteli ona gore meni apardilar cerme meydancasina texpasportada qeyd olunub ona gore mene cerme yaziblar mehkemeye vere bilerem ?
Cefer | 18 Sentyabr 2020 02:21
Salam. Bəli məhkəməyə müraciət edə bilərsiniz.
Avtosfer.az | 30 Sentyabr 2020 10:44
Salam priora ucun sport asqiya icaze var?
Çingiz | 17 Sentyabr 2020 08:11
Salam. Normativ tələbi pozacaqsa qadağandır.
Avtosfer.az | 30 Sentyabr 2020 10:42
Magistral yolun qesebeden keçen hissesinde 3.24 nişanı qurasdirilib, lakin yola radar işaresi qoyulmayib. Ağacların arasina da statik radar quraşdırılıb. Bilmek isteyirdim ki, radar işaresi qoyulmadan cekilen bele radarlar qanunidir mi? Yani, yalnizca 3.24 nişanı olub radar işaresi olmadan cerime edilmesi qanunidir mi?
Ülvi | 16 Sentyabr 2020 00:16
Yol Hərəkəti Haqqında Qanunun 50-ci maddəsinin 7-ci hissəsində qeyd olunub ki, radardan əvvəl ya informasiya stendi, ya da da 3.24 sürəti bildiriən nişamn olmalıdır. Odur ki, sualım=nıza uyğun olaraq radar qanunidir
Avtosfer.az | 16 Sentyabr 2020 15:13
Daxili dəyişikliyə cerme düşür? Meselen 07 diğer fiyat vs rol qoymaq?
İsmət | 14 Sentyabr 2020 08:12
Sırf sükan çəmbərinə görə cərimə düşmür. Rahatlıqla "Fiat"-a aid sükan çəmbərini "Vaz 2107"-yə quraşdıra bilərsiniz.
Avtosfer.az | 30 Sentyabr 2020 10:42
Salam lada 99 17diski qoymag steyirem,qanun pozulmasi sayilacag? Qulagima catib ki lada 99, il buraxilişina iliwmiye bileler nese bununla bagli bilirsiz? Zehmet olmasa cavablandirin cox sagolun.
Andrey | 14 Sentyabr 2020 00:12
Salam. Qadağandır. Onu kim deyibsə yanlış deyib.
Avtosfer.az | 30 Sentyabr 2020 10:41