Reklam
SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam. Mən avtomobilimin arxa şüşəsinə sənaye usula hazırlanmış DYP işcisinin sözüylə desək girib çıxan jalüz tapa bilmədim. Həmin deşikli jaluz materialından kustar usulla səliqəli hazırlanmış jaluzdən istifadə edirəm və dyp işçisi 150 azn cərimə yazır. Girib cıxanla nə girən nə çıxanın fərqi nədir və dogrudanmı icazə yoxdu Qanunda jalüzün girib cıxmağı şərt qoyubmu

Emil | 10 Noyabr 2014 22:55

Salam.Maraqli meseledir.Amma girib cixan sohbetini birinci defedir esidirik,jaluz siz deyen kimi desik desik olur ve eldeqayirma olmamalidir. Zavod istehsali jaluzdu,alirsiz,pakopdan cixarib vurursuz mashina.DYP saxlayanda pakopkani gosterib basa salirsiz ki, eldeqayirma deyil,istehsal olunur,mende almisham. Bu cox sade usuldur

 

Pərdə-jalüz məsələsində qanunvericilikdə ciddi problemlər var. Ona görə də DYP və sürücülər arasında mübahisələr yaranır. Bu mübahisəni yalnız məkəmədə qaldırmaqla nəyə isə nail ola bilərsiniz. Ona görə də məsləhətdir ki, kustar üsullu pərdə-jalüzdən istifadə edərək özünüzə problem yaratmayasınız.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Son 1 ayda Nəvahi və Atbulaq kəndlərindən kecən maqistralda surət həddini niyə 90 dan 70 ə saliblar.Söhbət Haciqbul rayonundan gedir.

ilqar | 10 Noyabr 2014 22:55

Yollara nişanlar, o cümlədən sürəti məhdudlaşdıran nişanlar Təhlükəsizlik komissiyasının qərarı ilə DYP tərəfindən qoyulur. Həmin nişanların qoyulma səbəbini onlardan soruşmaq lazımdır. Amma məlumat üçün bildirirəm ki, yaşayış məntəqəsində piyada keçidləri, yolayrıcları və s. olduğundan sürət məhdudiyyəti zəruridir.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

CERMEMI BLMEK ISTEYIREM

samir | 10 Noyabr 2014 22:55

Avtosfer.az saytinda sag terefe baxin, CERIMENI OYREN bolmesi var,ora daxil olub suruculuk vesiqesinin seriya ve nomresini yazib oyrenin

Avtosfer.az | 11 Noyabr 2014 00:13

men suruculuk vesıqemı ıtırmısemen qısan zamanda nece ala bılerem

Gunduz Huseyn | 10 Noyabr 2014 22:55

Qeydiyyatda oldugunuz rayon uzre DYP shobesine yaxinlasin.hell edilecek,amma biraz vaxtinizi aparacaq

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam bilmək isdərdimki qəza baş verdikdə prasedur nece olmalıdır.Mənim maşınımı başqa bir maşın vurdu DYP gəldi maşınları kənara çəkdirdi və hər ikimizin sənətlərini aldi dediki müstəntik gələcək bir saatdan çox gözlədikdən sonra müstəntik gəldi sənətləri DYP dən aldı öz nömrəsini verdiki polis saxlasa mənə zəng edərsiz və bizi saat 5 də patamdardakı DYP nə izahat verməyə cagırdi sonra sənətləri verəcəyini dedi biz elede etdik maşını heçbir sənət olmadan idarə etdik saat 5 kimi sonra gedib izahat verib sənətləri geri aldim. Bu əslində nəcə olmalı idi Sığorta gəlmədən maşını çəkmək olarmı və sənətlərimizi alıb oz nömrəsini verməkdə düzgünmü etdi müstəntik

seymur | 10 Noyabr 2014 22:55

Salam. Qanunda sizin dediyiniz məsələnin bütün xırdalıqları təsbit edilməsə də, DYP inspektoru yol-nəqliyyat hadisəsini tam sənədləşdirib, protokollla yekunlaşdırana qədər sürücülərin sənədlərini özündə saxlaya bilər. Belə sənədləşmə maksimum 2 gün davam edə bilər. Amma xüsusi araşdırma (ekspertiza və s.) tələb olunduqda ayrıca qərarla araşdırma başlayaraq 1 ay davam edə bilər. İcbari sığorta üçün sığorta agentinin hadisə yerinə gəlməsinə heç bir ehtiyac yoxdur.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam bilmek isterdim radara gore cerme bildirisi 2 aydan gec gelirse,cerme legv olunurmuEger olursa bu haqda qanun IXM hansi maddesinde yazilib

Emil | 10 Noyabr 2014 22:55

Salam. Tək radarın yox, bütün qayda pozuntularına görə məsuliyyətə cəlb etmənin müddəti 2 aydır. Yalnız qanunda göstərilən konkret əsasla qərardad çıxarılaraq icraat dayandıqda bu müddət 1 ilə qədər uzana bilir. " aylıq (dayandırma olduqda 1 illik) müddət keçəndən sonra heç kəsə cərimə tətbiq oluna bilməz.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

yol polisleri ne vaxta qeder rüshvet alacaqlar

asim | 10 Noyabr 2014 22:55

O barede hec bir melumatimiz yoxdur Asim bey

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam.Əvvəlcə verilən sualları cavablandırdığınız üçün sizə təşəkkürümü bildirirəm.Sual:Mənə 15.06.2014-cü il tarixdə Binəqədi rayonunda DYP əməkdaşları tərəfindən dönmə əməliyyatını düzgün etmədiyim üçün protokol yazılıb.Bu günə kimi mən verimiş protokolla banga cəriməni ödəmək üçün gedirəm bildirirləır ki,protokol sistemə oturmayıb.Mən indi nə etməliyəm.Bu mənim üçün gələcəkdə bir problrm yaratmır ki.

Elşən | 10 Noyabr 2014 22:55

Salam. Bu, sizə problem yarada bilər. Ona görə də həmin DYP şöbəsinə ya məktub yazın, ya da özünüz gedin, deyin ki, bu niyə belədir. Qoy problemi həll etsinlər.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

salam hal hazirda suruculuk vesiqenin qiymeti neciyedi

vahid | 10 Noyabr 2014 22:55

salam. dovlet rusumu 18 manatdir

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam. Men idare etdiyim avtomobille 30 aprel tarixinde MMX radara dusmusem. Menim qeydiyyatda oldugum unvan yasadigim unvanla duz olmadigina gore mektub mene catmayib. Bunu men ozum DYP avtomobilinde yoxlatdirarken bilmisem. Helelik pulu odemirem. Ne vaxtsa o cerime siline bilermi Cox sag olun

Mezahir | 10 Noyabr 2014 22:55

Salam. xeyr.silinmeyecek. Cerimenin ustune faiz gelecek. DYP Shobesine yaxinlasib meseleni hell edin.Protokolu alib bankda odenish edin

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam mawhinin bankda krediti bitib,yeni texpasport almaq ucun asan xidmetden ala bileremmi

Aqil | 10 Noyabr 2014 22:55

Salam. Xeyr. Bankdan senedlerle birlikde DYP-ye gedib meseleni orada hell ede bilersiniz!

Avtosfer.az | 11 Noyabr 2014 00:13

salam men Imisli rayonu erazisinde qeydiyyatdayam ama Baki shereinde yasayiram.. Bakidan suruculuk vesiqesini ala bileremmi.. ve dovler rusumu ne qederdir.. Ugurlu gunler arzu edirem..

Veli | 10 Noyabr 2014 22:55

Salam. Beli,Bakida imtahan vere bilersiniz. Suruculuk vesiqesi ucun dovlet rusumu 18 manatdir

Avtosfer.az | 11 Noyabr 2014 00:13

salam men bir wey oyrenmek isdeyirem atadan oqula etibarname neqeder odemiliyem

rehman | 10 Noyabr 2014 22:55

salam. 10 manat

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam.2008-ci il istehsali olan Mitsubishi markali avtomobil, 2013-cu il oktyabr ayinda texniki baxishdan kecib. Novbeti defe ne zaman kecmelidir

Hikmet | 10 Noyabr 2014 22:55

Salam. Novbeti texniki baxish 2015-ci ilde kecirilmelidir. Lakin gelen il texniki baxisdan kecerken bu ilin yol vergisini de odemelisiniz. Qanunun  bele teleb edir

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam. Forda reklam yapishdirmaq uchun hara muraciet etmeliyem ve onun rusumu ne qederdir..Tewekkurler

Elmir | 10 Noyabr 2014 22:55

Salam. Bash Dovlet Yol Polisi Idaresine muraciet etmek lazimdir. Rusumla bagli orada gorulen ishe gore mebleg deyilecek

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam.Heyder Eliyev prospekti ile uzu hava limani hereket etdikde qosha xetti kesib saga sola kecmek olarmi

Cavid | 10 Noyabr 2014 22:55

dediyiniz yerdə qoşa xətt ola bilməz. Orada qoşa xəttin olması, qanuna ziddir. Həmin yerdə eyni istiqamətli hərəkət zolaqlarını ayıran ayırıcı zolaq ola bilər. Ayırıcı zolağın isə o tərəf-bu tərəfinə keçmək qadağandır.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam. Piyada zolaginda piyadiya yol vermemeyi cerimesi ve maddesi.

Niyazi | 10 Noyabr 2014 22:55

Salam. 50 manat

Avtosfer.az | 11 Noyabr 2014 00:13

mende sovet suruculuk vesiqesi olub itirmisem asan xidmetden yenisini ala bileremmi

sukurzade | 10 Noyabr 2014 22:55

Sovet vəsiqəsini ancaq DYP-də dəyişə bilərsiniz. Belə vəsiqə itməsə də, yenə DYP-yə getmək lazımdır. Ümumiyyətlə, ASAN xidmət itmiş vəsiqə əvəzinə yenisini vermir, bu, DYP-nin işidir.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Məndə mercedes c klaas 180 avtomobilidir 1999ci ildir.Deyilinə görə texniki baxış tarixi deyişdirilmişdir.Zəhmət olmasa mənə nə vaxt getməliyəm onu deyərdiz.

Nicat | 10 Noyabr 2014 22:55

Sizin avtomobilinin bu ayin 31-ne qeder texniki baxishdan kecmelidir

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam dovlet nomre niwanlarina harda baxib sifariw etmek olaryeni qiymetlerine.saqolun.

Sarxan Meherremov | 10 Noyabr 2014 22:55

Salam. Qanunla nomrelerin qiymetleri DYP-nin dyp.gov.az saytinda olmalidir. Amma qanun iki ilden coxdur ki icra olunmadigi ucun hec yerde baxa bilmeyeceksiniz

Avtosfer.az | 11 Noyabr 2014 00:13

salam .sualim var.dyp emekdasi qirmizi ishiqda kecdiyimi bildirdi ve protokol tertib etdi.protokoldada qeyd etdimki yasil isiq yanib sonerken men yol ayiricisina daxil oldum ve herekeeti sonuna qeder davam etdirdim.qanunen hereketi davam etdirmeli olduqumu bilirem.protokol tamamlanmadiqi ucun meni seher qai-sine cagiracaqlarini ve kamerada baxilacaqini dediler,men onlar cagiranda hokmen hemin gun orda olmaliyamqeydiyat unvanima cagirmali deyiller besetrafl melumat vererdiz zehmet olmasa

turgay | 10 Noyabr 2014 22:55

Salam/ Siz mütləq çağırıldığınız gün DYP-yə gedin ki, orada kamera qeydlərinə (videogörüntüyə) baxaraq sizin qırmızı, sarı, yoxsa yanıb-sönən işiqda keçməyinizi sizə göstərsinlər. Əgər stop-xətti yanıb sönən yaşıl işıqda keçmisinizsə, qayda pozulmayıb.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam! Zəhmət olmazsa, izah edin: MMX nədir

Əhməd Quliyev | 10 Noyabr 2014 22:55

Salam. MMX Bas Dovlet Yol Polisi Idaresinin Merkezi Melumat Xidmetidir. Avtomatik rejimde isleyir ve sureti olcerek derhal goruntuleri ve pozulan qaydani qeyd ederek cap olunur

Avtosfer.az | 11 Noyabr 2014 00:13

avtomobil ışıqforun qarşısında topaq yolda dayanır bu zaman yük masını yolun hərəkət hissəsi ilə gəlib ışıqfordan yolun sol tərəfinə donuş edir bu zaman torpaq yolda durmuş avtomobili orta tekeri ile vurur gunah kimdədir

esger | 10 Noyabr 2014 22:55

Heç nə aydın deyil. Sxem göndərin, kim harda dayanıb, gələn hansı tərəfdən gəlib, orta təkər nədir və s....

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam.Mən sürücülük vəsiqəmi dəyişmişəm.2013 noyabr ayında.İndi yeni vəsiqənin nömrəsini cərimə balını öyrənmək üçün daxil edirəm yazır ki vəsiqənin nömrəsi düz deyil

Elşən | 10 Noyabr 2014 22:55

Salam. Belə hallar olur. Mümkündür ki, sizin yeni vəsiqənizin məlumatlarını DYP-nin məlumat sisteminə yerləşdirməyiblər və ya sizə verilən vəsiqədəki məlumatlar sistemə səhvlə yerləşdirilib. Ona görə də vəsiqəni dəyişdiyiniz yerə gedib bunu aydınlaşdırın və ya məktub yazaraq bunu aydınlaşdırın. Bu, sizin üçün problem yarada bilər.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

bal varmi

Anar Əsədli | 10 Noyabr 2014 22:55

Ne bali?

Avtosfer.az | 11 Noyabr 2014 00:13

baki-Haciabul magistralinda Navahi ve Atbulaq kendlerinde suretin maksimum heddi evveller 90 idi,tezelile 70 edibler.Sebebin bilmek olarmi.

ilqar | 10 Noyabr 2014 22:55

belə sualları Baş DYP İdarəsinə ünvanlamaq lazımdır.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

salam aleykum br suzl vermey istiyirem bizim mawinimiz renault espace 2006ilde azerbaycana getirmiwik 2006 2007ilerde texsmoturdan kecirtmiwik 2007den beri mawin nasaz oldugu ucun texsmoturdan kecirmemiwik mawin 2007den garajdadi indi texsmoturdan kecirtmek istiyirik biz degig melumat vere bilersi bizde ne gedr xrc cixacaq mawini texsmoturdan kecitmek ucun mawin 2000matordu ve harda kecirde bilerik texsmoturdan xahiw edirem bir melumat veresiz

SAMIR | 10 Noyabr 2014 22:55

Salam. DYP-nin iİstənilən qeydiyyat-imtahan və texniki baxış məntəqəsində texniki baxışdan keçirə bilərsiniz. bunun üçün 7 illik yol vergisi (cəmi 140 manat) və 20 manat rüsum, yəni cəmi 160 manat ödəməlisiniz.manat

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam.Mən maşını 30 illik etibarnamə ilə sürürəm. İndi həmin maşını yaxın qohumuma hədiyyə etmək istəyirəm.Bunun üçün hansı prosedurlara riayət etməli və rüsumları ödəməliyəmƏvvəlcədən minnətdaram.

Şahin | 10 Noyabr 2014 22:55

Salam/ Bunun üçün adi hallarda olduğu kimi DYP-nin qeydiyyat-imtahan məntəqəsinə gedərək həmin avtomobili yaxın qohumun adına keçirmək lazımdır. Bunun üçün tranzit nömər alınan halda 81 manat, belə nömrəyə ehtiyac olmadıqda isə 59 manat rüsum ödəmək lazımdır. Amma həmin il üçün texniki baxış da olmalıdırsa, yol vergisi və texniki baxış rüsumu da ödəniləcək.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam.Meni DYP emekdashi saxlayib dediki radarin var.Biri binegedi qayisinda biri sheher qayisinda.Binegedi qayisina getdim dedi kameraya dushmusen sentyabr ayinda 2013 ilde balaxani yolunda ancag sheklini gostere bilmerik arxivde. 151.3-1 cerimesi 100 azn 4 bal qeyd edimki men qeydiyyatda oldugum unvanda yashamiram ne etmeliyem

Cavid | 10 Noyabr 2014 22:55

Salam. Tələb edin ki, sizə bildiriş göndərildiyini təsdiq edən sənədlər (qeydiyyat jurnalı, poçtun qeydi və s.) təqdim etsinlər. Əgər icraatı dayandırıblarsa, dayandırma barədə qərardadı təqdim etsinlər. Bu olmasa, 2 ay keçdiyinə görə məsuliyyət istisna olunur və heç bir cərimə ola bilməz.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

salam.menim masinim 2007-ci ilder beri surulmuyub ve tex-pasporta goturmemiwik.mawin nasaz idi.indi tex-pasport goturmek istiyirik.masin 2.0 matordu.zehmet olmasa bize qiymetin deyerdiz!

rafat | 10 Noyabr 2014 22:55

Sual aydın deyil. "Txposportunu götürməmişəm" deyəndə nə demək istəyirsiz? Bu, o demək olardı ki, maşın heç vaxt dövlət qeydiyyatına alınmayıb. Bu isə ağlabatan deyil.

Siz yəqin texniki baxışdan keçməyi nəzərdə tutursunuz. Bunun üçün avtomobilə görə bütün ötən illər üçün yol vergisini ödəməlisiniz. Bu da hər il üçün 20 manat olmaqla 140 manat (7x20=140) edir. Həm də 20 manat rüsum ödəməlisiniz. Deməli, cəmi 160 manat ödəməli olacaqsınız. Avtomobili sürməmisinizsə, cərimə alına bilməız. Həm də nəzərə alın ki, qanun yalnız son 3 ilin vergisini tutmağa imkan verir. Əgər buna nail olsanız, cəmi 80 manat ödəyəcəksiniz. Lakin buna nail olmaq çətin olacaq.

Avtosfer.az | 11 Noyabr 2014 00:13