Reklam
SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Sual. Yegane---- Salam. Men her gun ishe Heyder Aliyev prospekti ile gelirem. Avtobus suruculerinin ozbashinaliginin heddi-hududu yoxdur. Mesele burasindadir ki, bir az geciken kimi esas yolla hereket edir, yolda dushub-minen sernishinlerin heyati ucun tehluke yaradirlar, danishanda da deyinir, hetta sozunu deyib dushen sernishinleri soyurler... nezere alsaq ki, bezi yerlerde bordurler eyridir, yeni mailidir, tesevvur edin qadinlar, yashlilar, ushaqlar nece tehluke altinda qalir, yolu kechmek meseleye chevrilir. bilmek isterdim, buna yol polisi, hemin marshrutlarin rehberleri ve aidiyyati olan qurumlar niye goz yumur gerek ele 1-2 sernishin mashin altinda qalib helak olsun, sonra bu ishe baxilsin

Yegane | 10 Noyabr 2014 22:55

Cavab. Avtosfer.az -- Salam. Cox agrili bir meseleye toxundunuz. Dogrudan da avtobuslarla bagli mesele her kesi narahat edir. Amma nedense aidiyyati qurumlari narahat elemir. Bu cur kobud qayda pozuntulari ile rastlasdiqda Daxili Ishler Nazirliyinin 102 xidmetine zeng edib melumat verin. Eger size gorulen tedbir barede hec bir melumat vermeseler,yeniden bize yazin,biz sizin qaldirdiginiz meseleye genish shekilde toxunariq. Tesekkurler

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Sual -  Cavid --- Salam. Mən Abşeron qeydiyyatındayam. İki ildir avtomobilimi etibarnamə gendovernost ilə idarə edirəm. İndi avtomobili ailə üzvlərimdən birinin adına keçirmək istəyirəm. Nömrəm 10-la başladığı üçün onu itirmək istəmirəm. Bilmək istərdim - nömrəni itirməmək üçün avtomobili mütləq Bakı qeydiyyatında olan ailə üzvümün adına keçirməliyəm Yoxsa Abşeron qeydiyyatında olan ailə üzvümün adına keçirə bilərəm Bunun üçün nə qədər rüsum ödəməliyəm

Cavid | 10 Noyabr 2014 22:55

Cavab. Avtosfer.az -- Qanun hər iki variantı mümkün sayır. Dövlət rüsumu da sadəcə mülkiyyətçi dəyişdikdə 59 manat olacaq.

 

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Sual. - Nusret. salam size sualim odur eger melumatiniz varsa deye bilersinizmi BSDYP ne musahibe ne zaman olacaqonceden tewekkurler

NUSRET | 10 Noyabr 2014 22:55

Cavab.  Avtosfer.az - Salam. yol polisine ishe qebulla bagli il erzinde 2-3 defe elan olur.elan olacagi teqdirde,bizim saytda melumat verilecek.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Sual. Rovshan --- Salam.Mən kreditdə olan avtomobilimin ödənişini bitirmişəm.Lakin DYP-da avtomibili girovdan çıxarmamışam.Sizdən xahiş olunur,avtomobili Baş DYP-dən girovdan çıxarmaq üçün nə etməli və nə qədər rüsum ödəməliyəm

Rovsan | 10 Noyabr 2014 22:55

Cavab. Avtosfer.az --- Salam. Bankdan borcun qalmaması ilə bağlı arayış alın, onu DYP-nin qeydiyyat-imtahan və texniki baxış şöbəsinə təqdim edin. Siz qeydiyyat şəhadətnaməsinin dəyişdirilməsi üçün 17 manat, qeydiyyat proseduru üçün 10 manat rüsum ödəməlisiniz.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Sual - Salam.Bilmək istəyirəm ki köhnə nömrə nişanlarınıçipsiz dəyişdirmək lazımdırmı və lazımdırsa nə vaxta qədərTəşəkkürlər

zahir | 10 Noyabr 2014 22:55

Cavab - Salam. helelik bununla bagli konkret qerar yoxdur. amma ureyi isteyen adam muraciet edib cipi olan nomre nishani ala biler. kohneni tehvil vermekle/

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Sual. Tofiq-- salam menim mashinim jiqulu 07 dir 2004 noyabir ayidir 2013 cu ilde texsmotrdan kecib men birde nevaxt texmoturdak kecirmeliyem Teshekkur

TOFIQ | 10 Noyabr 2014 22:55

Cavab, Avtosfer,az -- Sizin neqliyyat vasiteniz gelen ilden etibaren artiq her il texniki celb olunmalidir.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam qanuna edilen yeni deyiwikliye gore yalniz MMX tipli radarlardan istifade edile biler besYol polisi avtomobillerinde olan stasionar radarlar bu tiplidir Yeni onlar yene de istedikleri yerde radar qurawdirib gozleye bileceklermi

Miran Haciyev | 10 Noyabr 2014 22:55

Salam. Bu mesele qanun quvveye mindikden sonra izah oluna biler. Helelik, nese sherh vermek cetindir.Biraz gozleyek

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Sual- Salam .Masinim 2009cu ilindi.2013de texniki baxisdan kecmisem.MENmasini birde ne vaxt texniki baxisdan kecirtmeliyem.

huseyn | 10 Noyabr 2014 22:55

Cavab. 2015-cii ilde

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Huseyn. Sual --- sabahiniz xeyir. mende 2008 ci il sovet mawinidi. kecen il texniki baxiwn kecmiwem. bu il kecmeliyem yoxsa yox

huseyn | 10 Noyabr 2014 22:55

Avtosfer.az --- cavab --- Salam.sizin neqliyyat vasiteniz novbeti defe gelen il texniki baxisha celb olunacaq.O zaman bu ilin de yol vergisini odemeli olacaqsiniz.Hem de bu ilki sigortani unutmayin!

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Sual-- Huseyn - Salam.Menim masinim gence seriyasidi.Ozumde Terter qeydiyatindayam. N omreni deyismeden masini oz adima kecirde bilerem ve nece

huseyn | 10 Noyabr 2014 22:55

Cavab-- Avtosfer.az -- Reginol imtahan qeydiyyat idaresi,yeni DYP haradadirsa,yasadiginiz yer uzre mehz hemin yere yaxinlasib bu meseleni hell ede bilersiniz. Etibarname ile idare edirsinizse,o masini oz adiniza kecire bilmezsiniz. Aile uzvlerinizden kiminse adina kecirmekle uzerindeki nomreni de saxlaya bilersiniz. Qanunda birmenali sekilde yazilib ki, alan ve satan shexsin naraziligi yoxdursa,nomre avtomobilin uzerinde saxlanila biler.Bu,birmenalidir!

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Sual--- Maarif- Salam ola bilər ki,mənim cəriməm və ya hər hansı bir inzibati xətam olsun ancaq internetdə görünməsin.

Maarif | 10 Noyabr 2014 22:55

Cavab. Avtosfer.az --- Salam. Qanuni quvveye minmish butun inzibati xetalarla bagli cerimeler internetde gorunmelidir. DIN-in resmi saytindan baxmaq olar. Internetde gorunmurse,demeli o qerar hele quvveye minmeyib!

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Sual. Anar- Salam bir neçə gün əvvəl apus hesabıma xəbərdarlıq gəlib ki sizin 18 manat cəriməniz var ödənilməli. Belə başa düşdüm ki yəqin avtomatik radara düşmüşəm ancaq burda düzgün olmayan bir şey var o da mənə dyp tərəfindən heç bir xəbərdarlıq olmayıb əgər apusda qeydiyyatdan keçməsəydim ümumiyyətlə xəbərim olmazdı və faiz gələrdi cəriməmin üzərinə. Sualım budur ki bu nə dərəcədə düzgündür ki mənə heç bir xəbərdarlıq səbəb və sübutlar göstərilmədən cərimə yazılsın

Anar | 10 Noyabr 2014 22:55

Cavab – Avtosfer.az - 18 manat miqdarında cərimə ümumiyyətlə yoxdur. Yalnız qaydaları piyada kimi pozduqda və ya dayanma-durma qaydalarını pozduqda 20 manat cərimə var və onu 3 gün müddətində ödəyəndə 10%-lik güzəştlə 18 manat edir. Amma xəbərdarlıq əvvəlcə qayda pozuntusu barədə olmalı idi, yalnız bundan sonra siz deyən yerə getmədikdə sizsiz qərar qəbul oluna bilər. Hər bir halada xəbərdarlığı göndərən DYP orqanı ilə əlaqə saxlayaraq bu məsələni dəqiqləşdirmək lazımdır.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Sual. Seymur--- Salam menim mashinim chevrolet aveo 2010 cu ildir 2012 de texniki baxishdan kecib birde nevaxt texniki baxishdan kecmelidir

Seymur | 10 Noyabr 2014 22:55

Cavab. Avtosfer.az --- Salam. Sizin neqliyyat vasiteniz novbeti defe 2015-ci ilde texniki baxisdan kecmelidir

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Sual. Araz ---- Salam, men suruculuk mektebini bitirmiwem, ancaq rayon qeydiyyatindayam, oyrenmek isteyirem men imtahani Baki seherinde vere bileremmi

Araz | 10 Noyabr 2014 22:55

Cavab. Avtosfer.az ---- Salam. Qaydalara edilmis son deyisikliklere gore siz istediyiniz yerde imtahan verib suruculuk vesiqesi ala bilersiniz.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam avtomobil öz adımadı indi sadəcə istəyirəm nömrəmi dəyişib sadə bir nömrə alam texniki baxışdanda keçib hələ vaxtına 2 il var. bunun üçün nə qədər rüsum ödəməliyəm və nə etməliyəm

ilkin | 10 Noyabr 2014 22:55

Salam. Qeydiyyatda oldugunuz DYP idaresinin imtahan qeydiyyat menteqesine yaxinlasib avtomobilin ustundeki nomreni tehvil verib yeni nomre ala bilersiniz. Nomrenin rusumu 22 manat,texniki pasportun deyismesi ise 17 manatdir.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Arif -- salam.Piyada cermesine evvel 3 ayin faizi gelirdi indi yeni qanuna gore 2 ayin gelir,bu qanun ne vaxtdan quvveye minib

Arif | 10 Noyabr 2014 22:55

avtosfer.az Salam.Bu qanun artiq 10 gundur quvveye minib ve geriye quvvesi de var.Uc aydir odenilmeyen cerimeler indi 2 ayin faizi hesablanmaqla odenilir

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam.Yan pərdələrin icazəsi hansı tarixdən qüvvəyə miir

Vüqar | 10 Noyabr 2014 22:55

Salam. Zavod istehsali ile hazirlanmish jaluzlerin istifadesine,yeni avtomobillerin arxa yan suselerine vurulmasina qanunla may ayinin 1-den noyabr ayinin 15-dek icaze verilir.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Piyada cermesinin mebleqi 56 AZN den yuxari qalxir.cermeni odemedikde ne bas verir

Arif | 10 Noyabr 2014 22:55

Yol hereketi haqqinda qanuna edilen son deyisikliye gore,yol hereketi qaydasini pozmaga gore tetbiq olunan cerimelerin uzerine yalniz 2 ay faiz gele biler. indi siz 20 manatin uzerine 60 gun erzinde her gun 2 faiz gelin ve bileceksiz ne qeder cerimeniz var. Evvel 3 ay hesablanirdi,ama yeni qanunverilikde gosterir ki, bu qanun evvelki cerimelere aid edilir, Sizden 3 ayin faizini alsalar,bunu onlara mutleq xatirladin

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Начало переписки: 14 апреляАяз Рамазанов14042014 03:34Аяз РамазановЗдравствуйте!Хотелось бы узнать чем отличаются ммх радары от обычных И допустим у тебя несколько ммх радаров в разное время и срок их давности больше двух месяцев,то по какой причине гаи может требовать с тебя написание протокола или сказать что на твоей машине арест,если никакого уведомления не приходило и никакого протокола не было оформлено и я хочу продать машину, но гаи не разрешает переоформлять так как на ней есть радары.что делать в этом случае Вы не обязаны бежать к ним по первому звонку. Закон обязывает их оформить все на бумаге и передать вам официально на дороге, по почте. Поэтому вы можете просто потребовать представиться того, кто к вам звонит, зачитать ему нижеследующее из Кодекса об Административных Правонарушениях, и попросить больше не звонить вам на телефон, а оформить все как положено и послать документы вам официально, так как в противном случае вы пожалуетсь на данного работника через он-лайн обращение в мвд http:mia.gov.azindex.phpazreferendum2013M a d d ə 410‐1. İnzibati xəta haqqında protokolun inzibati xəta törətmiş şəxsiniştirakı olmadan tərtib edilməsi410‐1.1. Bu Məcəllənin 151.2, 151.3‐1, 151.3‐2, 151‐1.2, 151‐1.3, 151‐1.4, və 158‐1.3‐cü maddələrində nəzərdə tutulmuş xətalar avtomatik rejimdə işləyən foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə,inzibati xəta haqqında protokol həmin xətanı törətmiş şəxsin iştirakı olmadan “Elektronimza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənedilmiş qaydada elektron sənəd formasında xətanın törədildiyi gün tərtib edilir vəelektron imza ilə təsdiqlənir....410‐1.4. Bu Məcəllənin 410‐1.1‐ci maddəsində nəzərdə tutulmuş inzibati xətahaqqında protokolun kağız daşıyıcıda surəti və ona əlavə edilmiş materiallar nəqliyyatvasitəsinin istifadəçisinə xətanın törədildiyi vaxtdan 2 gün müddətində bu Məcəllənin370‐1‐ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Protokolun əlavə edildiyimüşayiət məktubunda şəxsə inzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı,həmçinin bu Məcəllənin 410‐1.6‐cı və 410‐1.7‐ci maddələri barədə məlumat verilir.Взыскать с вас штраф можно только в том случае, если нарушение было совершено не более 2-х месяцев назад36.1. İnzibati tәnbeh inzibati xәtanın törәdildiyi gündәn әn geci iki ay keçәnәdәk verilә bilәr.Более того, если вас официально не уведомили при помощи почты о дате, времени и месте, где будет проходить разбирательство по вашему делу, то самих работников полиции ждет штраф348-1.0.6. inzibati orqan tərəfindən inzibati icraatda iştirak edən şəxslərin, zəruri hallarda isə şahidlərin, ekspertlərin, tərcüməçilərin və digər orqanların nümayəndələrinin inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar edilməməsinə görə - otuz beş manatdan səksən manatadək miqdarda cərimə edilir.

Ayaz | 10 Noyabr 2014 22:55

Sualınızın cavabının xeylisini özünüz vermisiniz. Əlavə olaraq bildirirk ki, MMX radar sürətölçənin ayrıca növü deyil. MMX BDYPİ-nin Mərkəzi Məlumat Xidməti deməkdir. MMX radar dedikdə qeydə aldığı bütün məlumatlar avtomatik olaraq həmin MMX-ya ötürülən radarlar başa düşülür. Bir neçə gün əvvəl qüvvəyə minən dəyişikliyə əsasən, bundan sonra yalnız qeydə aldığı bütün məlumatlar avtomatik olaraq mərkəzə ötürülən radarlardan istifadə oluna bilər İXM-in 36-cı maddəsində göstərilən 2 aylıq müddət yalnız İXM-in 415-ci maddəsində göstərilən konkret əsas olduqda icraat dayandırılaraq uzadıla bilər. İcraatın dayandırılması barədə konkret əsas gösrərilməklə qəradad çıxarılmış olmalıdır. Qanunda ödənilməmiş cərimənin olması avtomobili özgəninkiləşdirmək üçün maneə sayılmır. Amma cərimələri ödəsəniz yaxşıdır, çünki onların qalması yeni sahib üçün problemlər yaradacaq.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Polisler surucuye qarwi ne ede biler

ayxan | 10 Noyabr 2014 22:55

Bu yazini oxusaniz,bilersiz ne ede biler,ne ede bilmez. http://avtosfer.az/news/317

Avtosfer.az | 11 Noyabr 2014 00:13

1. Mmx radara dusende protokol tertib olunmasi ardicilligini bilmek isterdim. Yəni bildiriş gəlmədən cərimə yazıla bilərmi. 2. Saytda mia.gov.az pravanin cərimısi və balinin yoxlanmasi deqiqdirmi Əvvəlcədən təşəkkür edirəm.

Kenan | 10 Noyabr 2014 22:55

MMX protokolu DYP emekdasinin mudaxilesi olmadan avtomatik rejimde cap olunur ve surucunun unvanina gonderilir. Amma surucu aidiyyati uzre DYP idaresine devet olunur ve burada ona qerar teqdim edilir. Surucu qerarla razilasa da biler,razilasmaya da. Daxili Isler Nazirliyinin saytindaki cerimlerin yoxlanmasi meselesine gelince,onun ne derecede deqiq oldugunu deye bilmerik. Yeqinki, resmi dovlet orqanin sayti oldugu ucun deqiq isleyer.

 

Kenan bey,sualiniza hem de bu yazida cavab tapa bilersiz. http://avtosfer.az/news/168

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam deye bilersizki 25-lik xamelyon suselere icaze var yoxsa yox.umimiyyetle masinin suselerin

Nicat | 10 Noyabr 2014 22:55

Salam. Qüvvədə olan qanunvericilik avtomobilin şüşələri üçün minimal şəffaflığı (işıq buraxma dərəcəsini) belə müəyyən edir: alın şüşə - 75%, sürücünün sağ və solundakı yan şüşələr - 70%, arxa yan şüşələr - 60%. Qanunvericilikdə xameleon şüşə barədə xüsusi müddəa yoxdur, amma xameleonun şəffaflığı onun ən tünd olduğu vaxt yoxlanacaq və həmin faizlər olmadıqda belə şüşə qadağandır. Xameleon şüşə həm də güzgü effekti verərsə, bu da istisnasız qadağandır.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

cavabniza gore tewekkur edirem size..bes yol vergisi hardanece odenmelidimeblegi ne qederdir

Elman | 10 Noyabr 2014 22:55

Siz yol vergisini "Kapitalbankın" filiallarında ödəyə bilərsiniz. Amma ödəniş qəbzini özünüzdə saxlayın ki, növbəti dəfə texniki baxışdan keçəndə təqdim edə biləsiniz. Gələn il texniki baxışdan keçərkən iki ilin vergisini birdəfəyə ödəmək də mümkündür.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam.Menim masinim 2107 di. 2013-cu ilde texniki baxisdan kecmisem.ili 2005-ci ildi. Birde necenci ilde kecmeliyem

Nemat | 10 Noyabr 2014 22:55

Sizin neqliyyat vasiteniz gelen il texniki baxisha celb oluna biler.amma bu ilin yol vergisini odemek lazimdir. 

 

Siz yol vergisini "Kapitalbankın" filiallarında ödəyə bilərsiniz. Amma ödəniş qəbzini özünüzdə saxlayın ki, növbəti dəfə texniki baxışdan keçəndə təqdim edə biləsiniz. Gələn il texniki baxışdan keçərkən iki ilin vergisini birdəfəyə ödəmək də mümkündür.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam.2007-ci ilin Priorasidi mende. 2013-de texniki baxiwdan kecmiwem. 10 yawi tamam olmadigina gore men bir de 2015-de kecmeliyem eslinde. Teesuf ki 5 muxtelif YPX emekdawindan bu haqda soruwmuwam..heresinin aqzindan 1 avaz gelir..Bu haqda zehmet olmasa. Onu men qanuni wekilde nece subut ede bilerem onlaraevvelceden tewekkur edirem

Elman | 10 Noyabr 2014 22:55

Salam. Sizin neqliyyat vasiteniz 2015-ci ilde ve 2017-ci ilde texniki baxisdan kecmelidir. Ondan sonra ise her il. Siz sadece bu ilin yol vergisini odemelisiniz,texniki baxishdan kecmek sizin mashina aid deyil. Qanunvericilik bunu teleb edir. Eger her hansi problem yaranarsa,bize muraciet edin,huquqi addimlari da izah ederik. 

Avtosfer.az | 11 Noyabr 2014 00:13

cavaba gore cox sagolun tesekkurler.amma mene yene qaranliq qalan bir mesele var.mene bunun qanuniliyini tesdiq eden kamran eliyevin qazet meqalesini gosterdiler.dedilerki hamisi qanunidi

zaur | 10 Noyabr 2014 22:55

Dostum,size kim ne deyib bilmirik,amma biz size qanuna esaslanib cavab veririk. Mumkun olduqda Inzibati Xetalar Mecellesini, Yol hereketi haqqinda qanunu acib oxuyun. avtosfer.az saytinda Yol qanunlari bolmesinde hamisi var.buyurun,oxuyun

Avtosfer.az | 11 Noyabr 2014 00:13

salam menim masinim 2008ci ilin vaz 2115 dir.axirinci defe 2012 ci ilde texniki baxisdan kecirmisem.dunen texniki baxisdan kecmek ucun getdiyimde,mene dediler ki sen 2013 cu ilin de texniki baxisini kecirmrli idin.sebebini sorusduqda mene dedilerki tenzimlemeye dusmek ucun.bir sozle dedilerki gelen il birde kecmelisenki birde 2017de kecmekden otru xahis edirem mene etrafli basa salasiniz ki bu ne derecede duzdur

zaur | 10 Noyabr 2014 22:55

Salam. Qnunvericilikdə belə bir tələb yoxdur. Avtomobillərin ilinə uyğun heç bir qrafik müəyyən olunmayıb, sadəcə 2 ildə bir dəfə texniki baxışdan keçmək tələb olunur. Ona görə də növbəti dəfə 2016-da texniki baxışdan keçmək lazım olacaq. Amma yol vergisi hər il üçün ödənilməlidir.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam, belə bir sualım var dəniz kənarında heç bir maşın olmayan yerdə sürücülük vəsiqəsi olmayan şəxsə maşın sürməyə icazə varmı və ya maşın sürməyi öyrənməyə

Zaur | 10 Noyabr 2014 22:55

Salam. Yol Hereketi haqqinda Qanunun 37-ci maddəsi sürücünün nəqliyyat vasitəsini sürücülük hüququ olmayan şəxsə verməsini qadağan edir. Yollarda sürmə təlimi isə yalnız xüsusi təlim avtomobilində keçirilə bilər. Amma ümumiyyətlə yol hərəkəti qaydaları yollarda hərəkəti tənzimləyir. Ona görə də yol sayılmayan yerdə, yəni kimsəsiz dəniz kənarında avtomobillə kiməsə təlim keçməyə görə heç kəsi məsuliyyətə cəlb etmək mümkün deyil.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Qarshidan eks istiqametde herketde olan DYP patrul mawininda qurashdirilmish suret olcen foto radarin gelen mawinin suretini hereket halinda ola-ola cekmesi ne derecede qanuna uyqundu .Yevlax DYP postu ile Leki arasinda radari mashina yerleshdirib 40 km suretle idare edirler ve yol boyu butun mashinlari cekirler .Bu ne derecede duzgundu Xahish edirem buna cavab verin.

Musayev Fexreddin | 10 Noyabr 2014 22:55

Qanun həm hərəkətdə olan, həm də konkret yerdə daimi və ya müvəqqəti qoyulmuş radarla sürətin ölçülməsinə yol verir. Bu, texniki cəhətdən də mümkündür. Lakin DYP-nin patrul maşininda quraşdirilmiş radar da sertifikata malik olmalıdir və belə radar da digərləri kimi qabaqcadan müvafiq məsafədə 3.24 və ya 6.14 nişanları qoyulmuş olduqda tətbiq edilməlidir.


Sualiniz ve cavab avtosfer.az saytinda sual-cavab bolmesinde de cixib.buyurun baxin

Avtosfer.az | 11 Noyabr 2014 00:13

salam mende vaz2107 dir 2011 ci il 2012 de texniki baxisdan kecib novbeti ne vaxt kecmeliyem

Nahid | 10 Noyabr 2014 22:55

Suala cavabda yalnisliq olub. Sizin avtomobil 2016-ci ilde texniki baxishdan kece biler. Tesekkurler

Avtosfer.az | 11 Noyabr 2014 00:13