bu gencede yol polisderinin ozbasinaligina kim yox deyecek
Ne problem var orda?
Salam.DYP əməkdaşlarının bəziləri sürücüləri saxlayan zaman özlərini təqdim etmirlər.Yaxın günlərdə mən belə bir hadisə ilə üzləşmişəm.Məni saxlayan DYP əməkdaşı özünü təqdim etmədən başını pəncərədən içəri soxub içmisən dedi.Bu mənə pis təsir etdi və ondan sənədlərini təqdim etməyini tələb etdim.Onun üstünə getdiyimi görüb özünü itirdi və sənədlərimi yoxlamadan bağışlayın elə bildim içkilisiniz dedi.Hadisə Nizami rayonu Qara Qarayev prospektində olub, onun gənc olmasını nəzərə alıb DYP avtomobilinin nömrəsini yazmıram.Sualım belədir.Vətəndaş DYP əməkdaşından sənədlərini təqdim etməsini tələb edə bilərmiƏvvəlcədən təşəkkürümü bildirirəm
Salam, Beli,teleb ede biler. DYP emekdasi surucunu saxlayirsa,ozunu tam aydin ve etik qaydalara uygun teqdim ederek toredilmis inzibati xeta barede melumat vermelidir
salam men naxcivan qydiyatindayam men afto wkolu 5 il bundan qabax oxumuwam ama bakida yawayiram menim bakida imtahan verib pravami almak isteyirem ama ala bilmirem naxcivana gedin deyiler naxcivana getdiyimde mene orda deyilerki senin orda oxudugun afto wkol meektebinin senetleri gecerli deyil gel burda 3 ay oxu sonra menimde orda qalmaga 3 ay mektebe getmeye imkanim yoxdur menim ailem uwaxlarim bakidadir evim bakidadir iwim burdadi mene nece komeklik ede bilersiniz indiden cavabiniz icin tesekur ederim
Salam. Dediyiniz halda sizə Naxçıvanda deyilənlər tam qanunsuzdur. Siz məktəbi harada oxumağınızdan asılı olmayaraq yaşadığınız yerdə (Naxçıvanda) imtahan verə bilərsiniz. Amma əgər Bakıda yaşayıb-işləyirsinizsə, müvəqqəti Bakıda qeydiyyatda olma barəsində pasportstoldan arayış alaraq gedib Bakıda imtahan verə bilərsiniz.
Salam. Maşını Beyləqan rayonun qeydiyyatına salmaq və dövlət qeydiyyat nişanını almaq üçün hara getməliyəm Beyləqan şəhəri Dövlət Yol Polisi idarəsinə yoxsa birbaşa Ağcabədi rayonunda 6 saylı rayonlararası qeydiyyat-imtahan məntəqəsinə Əvvəlcədən təşəkkürlər.
Salam. Ağcabədiye getmek lazimdir.
Xarici nov minik avtomobillerde atmosfere atilan tustunun miqdari ne qeder olmalidi
Atmosfere atilan zeherli qazlarin miqdarinin normasi minik mashinlarinda eynidir.Ferqli norma yoxdur. Normadan artiq qaz buraxilmasina gore 50 manat cerime nezerde tutulur
Yolda DYP mənim sənədlərimi yoxlayarkən Bütün sənədlərim yerindəydi lakin avtomobilin tex pasportunu təsadüfən özümlə götürməmişdim onun ksrekopyasını təqdim edərəmsə bu qanun pozuntusu sayıla bilərmi sayılarsa cəriməsi nədir.
Beli,qanun pozuntusu sayilir
Salam!avtomobile pnevmosistem qurasdirmaga icaze var
Salam. söhbət pnevmatik asqılardan gedirsə, bu avtomobilin konstruksiyasına uyğun olmalıdır. Əgər bu sistemi quraşdırandan sonra ağırlıq mərkəzi dəyişərsə, yaxud başqa kənaraçıxma olarsa, buna yol verilə bilməz.
Tex pasportda mühərrikinin həcmi 1596 sm yazılıbsa bu 1500 kimi götürülür ya 1600 kimi
1596 elə özü götürülür. Əgər söhbət yol vergisindən gedirsə, fərqi yoxdur, 2000 kub santimetrədək olanlar üçün vergi eynidir - 20 manat.
Salam Yolda DYP mənim sənədlərimi yoxlayarkən Bütün sənədlərim yerindəydi lakin avtomobilin tex pasportunu təsadüfən özümlə götürməmişdim onun ksrekopyasını təqdim edərəmsə bu qanun pozuntusu sayıla bilərmi
Salam. Bəli, bu qanun pozuntusudur. Sürücüdə qeydiyyat şəhadətnaməsinin əsli olmalıdır.
Salam.07 mashindi,qabaq faradaki donme ishiqlarni Amerkanka deyilen formada qurashdirilib,yeni on ishiqlarlabirlikde krilodakilar yox ancaq on faradaki donme ishiqlari yaniq qalir.Dyp saxliyib bunun konstruksia deyishikliyi oldugunu dedi.Bilmek istiyiremki bu konstruksia deyishikliyi sayilirmiVe birde men dedimki yerinde duzelish ede bilerem,eger yerinde onu aradan qaldira bileremse konstruksia deyishikliyi yazilirmi
Salam. Bu hal konstruksiya dəyişikliyi sayıla bilər və bunun yerində aradan qaldırılması məsuliyyəti istisna etmir. Yerində texniki nasazlığı aradan qaldırmaq nasazlığı istisna edir.
xaricden avtomobil Azərbaycana gətirilərsə neçə müddət Azərbaycan da sürmək olar, və birdə depozit qoyanda nə qədər qoymalı və onda neçə müddət olur
Sual tam aydın deyil. Xaricdən gətirilən avtomobilin müvəqqəti və ya daimi gətirilməsindən, habelə xaricdə qeydiyyatdan çıxarılmaqla (alınaraq) və ya qeydiyyatdan çıxarılmadan gətirilməsindən asılı olaraq müddət fərqlidir. Depoziti isə gömrük orqanı gətirilən avtomobilin növünə, istehsal ikinə və s. uyğun olaraq müəyyən edir.
salam.qeza toretmeyen yeni nasaz olan avtomobili oz minik avtomobilimle buksir edib mueyyen mesafe aparmaq olarmietrafli melumat xaiw edirem
Salam. əgər həmin nasaz avtomobilin texniki istismar qaydaları buna imkan verirsə, onu yedəyə almaq olar. Sadəcə olaraq, yedəyə almanın bütün şərtlərinə riayət edilməlidir. Nəzərə almaq lazımdır ki, tormozu və sükanı nasaz olan avtomobili yalnız sərt birləçdirici ilə və ya yarı yüklənmiş vəziyyətdə yedəyə almaq olar. Əsas diqqət yedəyə almanın şərtlərinə riayət etməyə yönəlməlidir(hər iki avtomobildə işıq cihazlarından istifadə, hər iki avtomobildə sürücü olması və s.)
Salam . YPX şəhərdə heç bir səbəb olmadan hər hansı nəqliyyat vasitəsini saxlaya bilərmiYPX bunu intensiv hala gətiribsə nə etmək olar
YPX stasionar postdan kənarda heç bir səbəb olmadan nəqliyyat vasitəsini dayandıra bilməz. Əgər belə hal olarsa, YPX əməkdaşının həmin hərəkətindən onunrəhbərliyinə, o cümlədən DİN-ə şikayət edə bilərsiniz.
Atomilin qabaq nomresinin bayraqi pozulub tek bayraq qalan yerler salamatdi men nomreni deyiwmeliyim birde tek qabaq nomrenin rusumu nedi
20 manata her ikisini deyismek olar
Salam masinimin sahibi hebsdedir. ondan etibarname nece almaliyam
Natariusu hebsxanaya aparib orada etibarname ala bilersiniz,
Salam. Bilmək istərdim avtomobil öz adımadır onu 1 etibarnamədə 2 nəfərin adını göstərməklə idarə etməyə verə bilərəmmi
Salam.xeyr.bir etibarnamede yalniz bir neferin adi qeyd oluna biler.Iki nefere ise ayri ayriliqda etibarname vere bilersiniz
Salam,saytinizin berpa olduguna gore cox sevindim ve tebrik edirem.3sualim var. Ilk sualim 4.4 matorun yol vergisi neqedderdi Ikinci sual xarici olkeden Azerbaycana 1 ayliq getirilen avtomobili icbari sigorta ve yol vergisi odenilmelidimi Ve 3 sual AZ alta xett TR nomresi tranzit hansi halda verilir ve mudeti neqederdi Cox sagolun
Salam. cox tesekkur edirik. 4.4 motorun yol vergisi 86 manatdır.2. xaricdən Azərbaycana 1 aylıq müvəqqəti gələn avtomobillərdən həm yol vergisi alınır, həm də onların sahibləri mütləq avtomobillərini icbari sığorta etdirməlidirlər. 3. Tranzit nömrə müvəqəti olaraq verilir, 10 gün qüvvədə olur. Bu nömrə təzə alınan maşını qeydiyyat yürinə aparmaq, uçotdan çıxıb başqa qeydiyyat yerinə getmək üçün verilir.
Salam. Hər il texniki baxışdan keçməli olan nəqliyyat vasitəsi 2013-cü ildə texniki baxışdan keçməyibsə 2015-ci ildə texniki baxışdan keçərkən keçmədiyi illər üçün cərimə ödəməlidirmi
Salam.Axirinci 1 ilin texniki baxish rusumunu odemek ve yol vergisini vermek lazimdir.
5 yerlik maşında 5nəfər böyük adam və 3 nəfər 8-10 yaşa qədər uşaq minmək olarmı.Bu qayda pozuntusu sayılır. ya yox
Xeyr.qayda pozuntusu sayilmir,
16 yawli hele wexsiyet vesiqesini almamiw ydni yermeye cerime duwur yolu sehv kecmisen deye qeyd edimki 19 ildiki men her gun o yoldan kevirem
Sualiniz aydin deyil axi.Nece cavab verek?Aydin yazin gorek ne meseledir
SALAM.men 2012-ci ilin Sportecini 2013-cu ilda salondan almisham.Men ne vaxt texniki baxishdan kecirmeliyam avtomobilimi Evvvelceden teshekkur ediram
Salam. avtomobil 2017-ci ilde texniki baxisdan kecmelidir. Amma bunu sigirtaya dexli yoxdur.Sigorta her il olmalidir.
salam.harda sola donme nisani varsa bu geriye donme icaze verirmimeselen yol ayiricisinda ve s
Əgər geriyə dönməni qadağan edən başqa nişan və ya başqa səbəb yoxdursa (məsələn, birtərəfli yolda geriyə dönmək olmaz və s.), bəli. Amma bu halda geriyə ən soldakı zolaqla hərəkət edərək dönmək olar.
uzr isteyirem.mashinin disk ve tekeri haqda texpasportda hec ne qeyd olunmayib.ne olcusu ne formasi nede hansi olke istehsali.mene bes ypx emekdasi hansi yoxlama sistemi ile deyishildiyini subut edib cerime yaza biler
Bunun sdandarti var. Avtomobilin uzerinde zavod istehsalindan bashqa deyisiklikler ederken bunun fesadlarini nezere almaq lazimdir.Kim ne isteyir eleye bilmez.
salam.bilmek isterdimki 15luk disk tekeri 18 yada 19 ile deyissem cerime varmivarsa hansi madde ile
Avtomobilin disk və təkəri həmin marka və modelə uyğun olmalıdır. Əgər belə olmasa, bu, avadanlığı dəyişdirmə sayılır və buna görə 155.2.2-ci maddə ilə 150 manat cərimə var.
salam.nece muddetdi melum sebeblerden sayt ishlemirdi.ilk once tebrik edirem sii ve ishlerinizde hemiwe mohkem olmaniz dileyi ile.bir sozde soruwmaq isterdim.tutaqki mashinin qeydiyat nisani ogurlanib.burda meni hansi prosedur gozleyirxaish edirem etrafli melumat veresi
Salam. cox sagolun. Qeydiyyat nisani ogurlanirsa, bu barede yerli polis bolmesine melumat verin. Arasdirma aparilmalidir. Nomre tapilmadigi halda hemin nomre legv edilir ve size yeni qeydiyyat nishani verilir
Zabrat dairesinden kurdexani yol nisani arasinda hereket sureti minik avtomobolleri ucun necedir
Yasayis yerinde hereket sureti 60 km/saat olur. Basqa suret heddi tetbiq olunursa, yeqin ki, orada yol nisani qoyulub, ona baxmaq lazimdir
Salam. Mən Bakı qeydiyyatındayam amma maşını rayon qeydiyyatına salıb rayon qeydiyyat nömrə nişanı taxmaq istəyirəm. Bu məsələ ilə bağlı hansı proseduralar yerinə yetirilir Hansı sənədlər tələb olunur Xidmət haqqları nə qədərdir Əvvəlcədən təşəkkür edirəm...
Əgər Bakı qeydiyyatındasınızsa, maşını öz adınıza keçirərək rayon nömrəsi ala bilməzsiniz. Belə halda gərək maşını həmin rayonda qeydiyytda olan bir adamın adına keçirdəsiniz, sonra ondan etibarnamə alaraq sürəısiniz. Bu işə görə dövlət rüsumu sənədləşmənin vəziyyətinə görə olacaq. Məsələn, maşını tam olaraq başqasının adına keçirib özünüzə etibarnamə alsanız, bunun toplam rüsumu 79 manat olacaq. Əgər bu il texniki baxışdan keçməyibsə, texniki baxış rüsumu (20 m) və yol vergisi də (mühərrikə görə) ödəyəcəksiniz. Üstəlik maşınla bağlı icbari sığorta da olmalıdır.
icbari sigortanin cermesi nece manatdtdirzehmet olmasa cavab verin
Yeni qanuna gore 50 manat olub
BIDE SALAM MEN SIZDEN BIR SEYDE SORUSMAQ ISDIYIREM MENI GENCE SEHERINDE PIYADA KECIDINDEN ISDIFADE ETMEDIYIME GORE CERMELIYIBLER MEN SIZDEN OYRENMEK ISDIYIREM MEN O CERMENI HARDAN OYRENE BILEREM HEQIQETEN YZILIB YOXSA YAZILMAYIB SEXSIYET VESIQESINEN YAZIBLAR ZEHMEDOLMASA MENE CAVAB VERESINIZ TESEKUR EDIREM
Banka gedib size yazilan protokolu ve ya sexsiyyet vesiqesini teqdim edib cerimeni oyrene ve odeye bilersiniz
salam men birde sizi narahat edirem men mashin almaq isdiyirem bu mashinin nomresinin usdunde qalmasi sertiyle masini sahibinin adindan cixarib oz adima kecirmek ucun ne qeder rusum odemeliyem xaishedirem mene cavab veresiz
59 manat


