SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam,vereselik sehadetnamesi ile yük avtomaşının(ZİL özüboşaldan,1991-ci il) adıma resmilesdirilmesi üçün dövlet rüsumu neçe manat teşkil edir.Onceden tesekkur edirem
Namiq | 20 Avqust 2024 23:43
60 manat olacaq.
Avtosfer.az | 27 Avqust 2024 16:57
Coilovere icaze var?
Rasim | 20 Avqust 2024 23:42
Xeyr.
Avtosfer.az | 27 Avqust 2024 16:53
Maşının arxa vurulub və maşının arxa nömrəsini bu səbəbdən bağlaya bilmirəm.YPX buna görə maşını cərimə meydançasına apara bilərmi?
Sərdar | 20 Avqust 2024 12:51
Nömrəsiz sürmüsünüzsə apara bilər.
Avtosfer.az | 27 Avqust 2024 16:53
Arxa stoplara qara plyonka vurmağa icazə var? Neçə faizə kimi ?
Tural | 20 Avqust 2024 10:37
Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/faraya-bu-plyonkadan-vurmaga-qanun-icaze-verir-vi%CC%87deo-221307
Avtosfer.az | 27 Avqust 2024 16:38
Cərimə ilə razı olmadığım halda hara şikəyətimi bildirməliyəm? Avtobus zolağına çəxma ilə cərimə oıunmuşam
Rafiq İbrahimov | 20 Avqust 2024 00:58
DYP-yə rəsmi müraciət edə bilərsiniz.
Avtosfer.az | 27 Avqust 2024 15:56
Salam maşının damı vinil vurulub,maşını duracaga apardılar texpasportda yazılmayıb vinil,duracaga gedmeliydi ve cerime yazılır?
Yusif | 20 Avqust 2024 00:15
Salam. Belə dəyişikliklər edilməmişdən əvvəl DYP-dən icazə almaq lazımdır. Onlar razılıq verdikdən sonra dəyişmək lazımdır.
Avtosfer.az | 27 Avqust 2024 15:50
Salam, Mercedes e220 d 2009 modelinə 2016 cı ilin arxa və ön buferi, eyni ilə arxa və ön faraların qoysam , texpasporta qeyd etməliyəm?
İlkin | 19 Avqust 2024 19:09
Salam. Əgər gedirsə dəyişə bilərsiniz. Buna görə qeydiyyat şəhadətnaməsi dəyişdirilmir.
Avtosfer.az | 27 Avqust 2024 15:49
Qalib mehlenin ortasında yoldu baglayib
Fərahim | 19 Avqust 2024 12:32
Qalib kimdir?
Avtosfer.az | 27 Avqust 2024 15:47
Salam.İşıqforda əlavə sola dönmə bölməsi olub eyni zamanda da geriyə dönməni qadağan edən nişan oldugu halda geriyə dönməyə görə elektron protokol tərtib edilə bilərmi?
Rəşad | 19 Avqust 2024 10:33
Salam. 40 manat cərimə yazıla bilər. Geriyə qadağandırsa, yalnız sola dönə bilərsiniz.
Avtosfer.az | 27 Avqust 2024 15:47
Salam mənim maşınım yararsız haldadır surulmur mən onun sənədlərini və geydiyat nömrə nişanlarını nə etməliyəm necə etməliyəm maşın generalni etibarnaməylə məndədir
Dəyanət | 18 Avqust 2024 21:57
Çıxdaş etmək istəyirsinizsə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinə müraciət edin.
Avtosfer.az | 27 Avqust 2024 15:43
03BB032 sahibin axdariram
Amil | 18 Avqust 2024 20:36
Bizdə belə məlumat olmur.
Avtosfer.az | 27 Avqust 2024 15:42
Salam.avtomobilin on şüşəsinin normadan tünd olmagina görə cərimə ne qədərdi?
Elçin | 18 Avqust 2024 00:30
150 manat.
Avtosfer.az | 27 Avqust 2024 15:42
Salam.nivaya e9 wrangler farasi qoymaq isteyirem bu isiqlarin serimesi var?
Şəhriyar | 17 Avqust 2024 22:20
Salam. Qadağandır.
Avtosfer.az | 27 Avqust 2024 15:40
Salam. Avtomobil almışdım arxa farada vinil var idi (farada çat olduğu üçün vinil vurulmuşdu). Bunun cəriməsi nə qədərdir ?
Hüseyn | 17 Avqust 2024 19:41
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun.
Avtosfer.az | 27 Avqust 2024 15:40
Masin qanunsuz yere duracaga temin olunub ve badamdart rayon seher qayisina yaxinlawmagimi deyibler lakin seher qayisina gelmeyime baxmayaraq menim iwe baxilmir men kime muraciet ede bilerem
Perviz | 17 Avqust 2024 13:11
DİN-ə müraciət edə bilərsiniz.
Avtosfer.az | 27 Avqust 2024 15:37
Bu maşın kime aiddir?
Murad | 16 Avqust 2024 23:48
Bizdə belə məlumatlar olmur.
Avtosfer.az | 27 Avqust 2024 15:13
Salam . Nissan not avtomobilinin 2015- ci il istehsalı olan arxa sernişin oturacaqların her iki terefi zavod istehsalı olaraq renglidirse , DYP bu sebebden cerime yaza biler?
Əfqan | 16 Avqust 2024 21:35
Salam. Oturacağın rənginə görə cərimə yazıla bilməz.
Avtosfer.az | 27 Avqust 2024 15:12
Salam , Ypx emekdawinin terefinden xususi texniki vasitenin komeyi ile qeyde alina biler avtobus zolagi ile hereket etme ve EQ kimi informasiya sistemine qeydiyyata duwub , inspektor hemen saatda xidmetde oldugu halda xususi texniki vasitenin yuxardaki kamera ile nece qeyde alib adinnan protokol yaza biler ?
Elwen | 16 Avqust 2024 12:56
Salam. Sizə kamera vasitəsilə cərimə yazılıbsa nədən narahatsınız? Əsas odur ki, qayda pozduğunuz halda yazılıb.
Avtosfer.az | 27 Avqust 2024 15:12
Mene 1 aylig generalni davernus verilib masini adima kecirleiyem amma rayon prafiskasiham bakida onu nece ede bilerem aftosfer.az da qeyd ede bilmedim
Ali | 16 Avqust 2024 02:21
Ancaq rayona getməlisiniz.
Avtosfer.az | 27 Avqust 2024 15:09
Salam menim davernusmun vaxdi bitib masnin kohne sahibide olkeden xaricdedi hecur elaqe saxalaya bilmirik nece etmeliyem ?
Memmed | 16 Avqust 2024 01:32
Salam. Onlayn etibarnamə ala bilərsiniz yalnız.
Avtosfer.az | 27 Avqust 2024 15:07
Salam 18 yaşdan asaqi masini adima keçirə bileremi?
Elmir | 15 Avqust 2024 23:29
Salam. Vərəsəlik üzrə alınan nəqliyyat vasitələrinin qeydiyyatı istisna olmaqla, nəqliyyat vasitələri 18 yaşına, asma mühərrikli velosipedi, kiçik elektrik nəqliyyat vasitəsi mopedi və motosikletləri isə 16 yaşına çatmış fiziki şəxslərin adına qeydiyyata alınır. Nəqliyyat vasitəsi yetkinlik yaşına çatmamış vərəsənin adına qeydiyyata alınarkən, qeydiyyat sənədində onun valideyninin, övladlığa götürənin və himayəçinin soyadı, adı, atasının adı göstərilir və belə nəqliyyat vasitəsinin qəyyumluq və himayəçilik orqanının icazəsi olmadan qeydiyyatdan çıxarılması qadağan olunur.
Avtosfer.az | 27 Avqust 2024 15:02
Salam lada priora 2013-cü il zavod üstünde disk teker 14-lük gelir men en cox diski necelik qoya bilerem?
Nicat | 15 Avqust 2024 21:50
Salam. Zavod hansı ölçüyə icazə verirsə ondan kənara çıxmaq olmaz.
Avtosfer.az | 27 Avqust 2024 14:59
14.08.2024 tarixinde men telim maşınında oturduğumda, azadlıq prospekti 231a ünvanında yerleşen bravomarketin qarşısında olan avtoparkda yer olmadığı üçün telimçim avtobus zolağında maşını saxlatdırdı. Bravo markete getdi. Mende oturub maşında onu gözledim. Hemen anda yol patrul xidmeti emekdaşı yaxınlaşıb menden senedlerimi teqdim etmeyimi istedi. Men ona telimde olduğumu ve telimçini gözlediyimi bildirdim. O ise polisin vetendaşlarla olan davranış qaydalarını kobudcasına pozdu ve senedlerimi istemeye devam etdi. Daha sonra senedlerimi aldı ve size cerime yaziram dedi. Maşın telim maşını olduğu halda. Qarşımda dayanan diger maşınlara cerime yazmadi. Hemin görüntüler kamera vasitesi ile izlenile biler. Qarşımdaki maşın hereket edib getdi, men sual verdim ki neye göre onlara cerime yazmırsınız mene yazırsınız. O ise mene kobudcasına men seninle danışıram dedi. Telimçim geldiyinde ise veziyeti ona izah etsede o dinlemedi. Ses tonunu qaldırdı. Ve artıq cerimeni yazdığını bildirdi. Sualım beledir, polisin bu tip davranışı qanunen düzgündür mü? İkinci sualım ise cezanın mene yazilmağı düzgündür mü. Ayrica maşınada 40 manat cerime yazdilar.
Lalə | 15 Avqust 2024 13:20
Siz bu barədə DİN-ə müraciət edin.
Avtosfer.az | 27 Avqust 2024 14:57
Günahın kimde olamsı çox maraqlıdır? Dönmə emeliyati ederken Trupchi markalı avtomobil ani sağa dönme emelitatını kobud şekilde ederek qeza töredib ve herkes deyir gunah priusdadı. Zehmet olmasa aydınlıq getirin meseleye xahiş olunur
Adil | 15 Avqust 2024 10:36
Videogörüntüyə baxmadan kimin günahkar olduğunu demək çətindir.
Avtosfer.az | 27 Avqust 2024 14:55
09 BO 678 NÖMRELİ MASİN KİMİN ADİNADİR
Samxal | 15 Avqust 2024 10:36
Bu haqda məlumatımız yoxdur.
Avtosfer.az | 27 Avqust 2024 14:53
Salam hər vaxtınız xeyir. Ford transitlərdə resor sayı deyə bir qayda var ? Dyp resor artırılıb deyir ama qanunan izah edən yoxdu ford servisdən kağız alıb onu göstərir qanuni tərəfdən izah edə bilmir köməklik göstərə bilərsiniz bu haqda zəhmət olmasa.?
Kərim | 15 Avqust 2024 02:41
Salam. Ətraflı məlumat almaq üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/bu-avtomobillerin-ressorunu-artiran-suruculere-cerime-yazila-bilermi-aciqlama-vi%CC%87deo-241685
Avtosfer.az | 27 Avqust 2024 14:53
Salam.Maşının quruntuna görə cərimə var? Və nə qədərdir?
Hamlet | 14 Avqust 2024 22:47
Salam. Baxır qurunt hara vurulub, nə qədərdir.
Avtosfer.az | 27 Avqust 2024 14:15
Salam vaz 2107 avtamabilimin arxa sağ iwigi yanmır buna görə cərimə ne qədərdi ancag 1 i nyanmir sol tərəf yanır, birdəki niva avtobamilinin arxa şüşə silən yoxdursa cərimə yazıla bilərmi?
Coswun | 14 Avqust 2024 20:14
Salam. İşığa görə 50 manat cərimə yazıla bilər. Arxa şüşə silgəcinin olmamasına görə cərimə nəzərdə tutulmayıb.
Avtosfer.az | 27 Avqust 2024 14:15
Vesiqe kontrolü olur? Olursa nece olur teyyaredeki kimi?
Atlas | 14 Avqust 2024 19:37
Sualınız aydın olmadı.
Avtosfer.az | 27 Avqust 2024 14:13
Salam. Zehmet olmasa deyin. Yol nisanini pozdugum ucun mene 40 AZN cerime yazilib.Ancaq menim arxa terefimde olan maşın qaydani pozub. Quba s. H.Eliyev pr.
Pünhan Quliyev | 14 Avqust 2024 00:30
Salam. Deyirsiniz ki, siz qaydanı pozduğum üçün 40 manat cərimə yazılıb. Qaydanı pozmusunuzsa yazılmalıdır da.
Avtosfer.az | 27 Avqust 2024 14:12