Salam sürücülük vesiqemin mehdudiyetde olub olmadığın bilmek isdeyirem AE051638
Rəfael | 5 Oktyabr 2024 09:40
Salam. Bu linkə daxil olaraq baxa bilərsiniz.
Avtosfer.az | 31 Oktyabr 2024 15:29
Salam menim masinim vaz2107 start stop etmisem salonumda deysiklik cerimesi varmi dyp emekdasi meni saxlatdi dediki 150 manat cerimedir duracaga getmelidir duzdurmu bu
Aqil | 5 Oktyabr 2024 09:30
Salam. Xeyr, heç bir cəriməsi yoxdur.
Avtosfer.az | 31 Oktyabr 2024 15:28
99TG753 qeydiyyat nömrəli avtomobilin texniki baxış müddəti ne zaman bitir?
Çingiz | 4 Oktyabr 2024 21:31
012 590 71 13 nömrəsinə zəng edərək soruşa bilərsiniz.
Avtosfer.az | 31 Oktyabr 2024 15:26
Maşının şüşüələrinə a4 kağızında satılır yazıb yapışdırmağ cərimədirmi ?
Elar | 4 Oktyabr 2024 20:09
Bəli, cərimədir.
Avtosfer.az | 31 Oktyabr 2024 15:22
Salam , bmw 528 i zavod qazana ses yigilib , 65. Desibeli kecmir buna cerme dusur ?
Resad | 4 Oktyabr 2024 00:19
Salam. Əgər normativ tələblər pozulursa cəriməsi olacaq. Yox, pozulmursa olmayacaq.
Avtosfer.az | 31 Oktyabr 2024 15:20
Masinin on ban susəsindəki gunluk xatdinin yəni ki, mavi zolagin 15 smdən cox olmasi halinda cərimə tətbiq oluna bilərmi?
Mail | 3 Oktyabr 2024 19:01
Bəli, cərimə yazıla bilər.
Avtosfer.az | 31 Oktyabr 2024 15:14
Salam. Vaz 2107 marka üçün 15 diskə və ona artırıcı yəni ( speyser ) quraşdırmaga icazə var ? 15 disk qoyulanda çünkü dəyir alt caşqaya döndərəndə məcbur artırıcı qoyulmalıdır.
Aga | 3 Oktyabr 2024 16:46
Salam. İcazə yoxdur.
Avtosfer.az | 31 Oktyabr 2024 15:14
Salam, mənim 2sualım var. bilmək istəyirdimki maşına spoyler quraşdırmaq qadağandır mı? məndə spoyler var dəmirdəndi, hündürlüyü 20sm-dir. Sadəcə rayonda sürürəm deyə heçnə demirlər, sadəcə bilmək istəyirəm ki qadağandır yoxsa spoylerə baxır? 2ci sualım da odurki maşının altına vurulan işıqlar qadağandır? zəhmət olmasa cavablandırarsız. Öncədən təşəkkürlər...
Orxan | 3 Oktyabr 2024 14:48
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun.
1) https://avtosfer.az/az/oyrenek/masina-spoyler-qurasdirib-tuninq-etmeyin-cerimesi-var-vi%CC%87deo-220222
2) https://avtosfer.az/az/oyrenek/masinin-altina-bu-isiqlardan-qurasdirmaq-olar-qanun-bele-deyi%CC%87r-vi%CC%87deo-221038
Avtosfer.az | 31 Oktyabr 2024 15:13
Salam .Arxa stopların qaraldımasına görə cərimə varmı?
Cəlal nəsirli | 3 Oktyabr 2024 13:09
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/oyrenek/faraya-bu-plyonkadan-vurmaga-qanun-icaze-verir-vi%CC%87deo-221307
Avtosfer.az | 31 Oktyabr 2024 15:11
Salam menim masnimin davernus vaxti bitir men masnin texpaspordaki yesnin elaqe nomresni axdariram zehmet olmasa komhelik ede bilerszmi?
Tuqay | 2 Oktyabr 2024 23:28
Salam. Bunu DYP-dən soruşa bilərsiniz.
Avtosfer.az | 31 Oktyabr 2024 15:10
Bortlu yazılıb üstünə tent çəkmək olar
Mirelem | 2 Oktyabr 2024 22:58
Sizdə necədir? Maşının şəklini göndərə bilərsiniz?
Avtosfer.az | 31 Oktyabr 2024 15:09
Salam. Mən maşınımı satmışam və ayrı maşın almışam. Satdığım maşının nömrəsini satmamışam və o yol polisindədir və artıq 2 ildir ki nömrə polisdədir. O nömrənin saxlanılması üçün nə qədər məbləğ istiyəcəklər. Nömrəni çıxardıb yeni maşına qoymaq üçün nə qədər ödəniş edəcəm? Öncədən təşəkkür edirəm
Şükür İsmayılov | 2 Oktyabr 2024 19:39
Salam. Nömrənin bron edilməsi qanunla nəzərdə tutulmadığı üçün, sizin sualın qanuni cavabı yoxdur. İndiki halda bu nömrə sizə verilə bilməz.
Avtosfer.az | 31 Oktyabr 2024 15:08
Salam. Kia optima 2,7 mator ili 2009. Adima kecirmek xerci ne qeder olacaq qanunlu ve qanunsuz qiymeti)))
Ulviyye | 2 Oktyabr 2024 13:03
Salam. Bu linkə daxil olaraq hesablaya bilərsiniz.
https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 31 Oktyabr 2024 15:07
Salam rolun alt hisesi kavdrat olmağının her hansı bir cermesi var
Aydın | 2 Oktyabr 2024 12:01
Salam. Xeyr.
Avtosfer.az | 31 Oktyabr 2024 15:06
Salam biz maşının texniki baxışın vaxtını öyrənmək istəyirik 99CY276
Aveyqa | 2 Oktyabr 2024 11:22
012 590 71 13 nömrəsinə zəng edib soruşa bilərsiniz.
Avtosfer.az | 31 Oktyabr 2024 15:05
Salam bmw 528 m yazdirmagin xerci ne qederdi
Elmar | 2 Oktyabr 2024 10:49
Salam. Belə şeylər yazılmır.
Avtosfer.az | 31 Oktyabr 2024 15:05
Salam bmw f10 2014 texpasportda M qeyd olunub . Masinda coilover qurasdirilib buna gore cerime var ya yox ?
Namized | 1 Oktyabr 2024 23:17
Salam. 150 manat cəriməsi var.
Avtosfer.az | 31 Oktyabr 2024 15:04
Salam maşının davernosu qotarıb köhnə sahibini və onun telefon nömrəsini hardan tapa bilərəm zəhmət olmasa cavab verəsiz
Zamin | 1 Oktyabr 2024 16:31
Salam. Yalnız DYP-dən.
Avtosfer.az | 15 Oktyabr 2024 17:58
Salam, her vaxtınız xeyir. Men pravanı alanda Suraxanıda qeydiyyatdaydım. İndi başqa yerde qalıram. Men indi başqa yere uçota düşsem bunun üçün Xırdalanda Respublikanski qayıya getmeliyem ya yox? Evvelceden teşekkürler
Ayxan | 1 Oktyabr 2024 15:51
Salam. Bəli, gedib dəyişməlisiniz məlumatları.
Avtosfer.az | 15 Oktyabr 2024 17:57
77mq741 kia sportage maşınının kimin adına olduğunu bilmek istiyirem
Mehrba | 30 Sentyabr 2024 20:28
Bizdə bu haqda məlumat yoxdur.
Avtosfer.az | 15 Oktyabr 2024 17:57
Bilmek isteyirem menim verdiyim video etibarname quvvededir?
Fsrhad | 30 Sentyabr 2024 14:56
Bu haqda məlumatımız yoxdur.
Avtosfer.az | 15 Oktyabr 2024 17:55
Mitsubişi l300 1997ci il 2 mator vaqon texniki baxış neçəyədir.
Seymur | 30 Sentyabr 2024 10:49
60 manat
Avtosfer.az | 15 Oktyabr 2024 17:51
Salam, Lada niva ya bu şəkildə sükan qoyulmasına icazə varmı?
Habil | 30 Sentyabr 2024 09:45
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Avtosfer.az | 15 Oktyabr 2024 17:48
Vaz2115 markali avtomobile arxa ve qabaga pnevmaya icaze var?
Miri | 30 Sentyabr 2024 07:57
Xeyr.
Avtosfer.az | 15 Oktyabr 2024 17:47
Salam nivada wrangler stoplar ve və qara rəngdə patfannikler qadağandır.?
Əli | 29 Sentyabr 2024 23:40
Salam. Bəli, qadağandır.
Avtosfer.az | 15 Oktyabr 2024 17:47
YPX emekdaşı inzibati xeta protokolunu hadiseden 2 gün sonra tertib ede biler.
İlkin | 29 Sentyabr 2024 20:46
Baxır hansı vəziyyətdir.
Avtosfer.az | 15 Oktyabr 2024 17:46
Salam.mənim atam aprel ayında dünyasını dəyişib maşında onun adındadır.maşınıda 6 ay ərzində adıma keçirə bilmirəm.etibarnamə ilə idarə edirdim avtomobili heç kimədə etibarnamə verə bilmirəm.oktyabr ayının 3-də texniki baxışın müddəti bitir mən özümdə işimlə əlaqədar olaraq 5-6 aylıq ölkə xaricindəyəm.bütün sənəd işlərimidə görmək üçün dostuma etibarnamə vermişəm o maşını idarə edib texniki baxışdan keçirə bilər?
Əsgər | 29 Sentyabr 2024 19:53
Salam. Allah rəhmət eləsin. Sizin etibarnamə artıq qüvvədən düşmüş hesab edilir. Mülkiyyətçi dünyasını dəyişən zaman etibarnamələr avtomatik qüvvədən düşür.
Avtosfer.az | 15 Oktyabr 2024 17:46
Salam.məndə mercedes c200 motoru dağıldığı ücün yenisi ilə əvəz olundu, yeni motoru tex-posporta yazdırmaq ücün nə qədər ödəniş etməliyəm və hansı sənədlər lazımdı. Əvvəlcədən təşəkkür edirəm
Anar | 29 Sentyabr 2024 19:50
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/senedsiz-muherriki-qeydiyyata-aldirmagin-qanuni-yolu-rusumu-budur-vi%CC%87deo-159658
Avtosfer.az | 15 Oktyabr 2024 17:44
Khazar sd masinin arxasi asagi deyib dayanacag yerlesdirildi tarson oldugu ucun ve hec bir mudaxile olmadigini irad bildirsemde xeyri olmadi ne etmeliyem men kime hara sikayet etmeliyem yoxlanmamis dayanacag qoyuldu dayacanag meydacasinda sekil cekmisem
Cavad | 29 Sentyabr 2024 18:50
DYP-yə müraciət edə bilərsiniz.
Avtosfer.az | 15 Oktyabr 2024 17:43
Salam maşının farasini başqa fara ile evez etmişem. 150 azn cerime yazilib maşın duracaga aparilir ?
Eli | 28 Sentyabr 2024 16:46
Salam. Bəli, duracağa aparılmalıdır.
Avtosfer.az | 15 Oktyabr 2024 17:41





