Çində nəhəng layihə: Dünyanın ən böyük gəmi şlüzü tikilir

Çində Yantszı çayı üzərində yeni su nəqliyyatı layihəsinin icrasına start verilib. Layihə çərçivəsində dünyanın ən böyük gəmi şlüzünün inşası nəzərdə tutulur. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, layihənin həyata keçirilməsi Yantszı çayında yükdaşımaların həcminin artması ilə bağlıdır. Dünyanın uzunluğuna görə üçüncü, Çinin isə ən böyük çayı olan Yantszıda gəmiçilik imkanlarının genişləndirilməsi planlaşdırılır.
Çin Dövlət Şurasının sədr müavini Din Syuesyan Hubey əyalətinin İçan şəhərində keçirilən mərasimdə "San Sya" ("Üç Dərə") adlı yeni su yolunun tikintisinə rəsmi start verib. Dəyəri 77.2 milyard yuan (təxminən 11.3 milyard dollar) olan layihə çərçivəsində mövcud "Üç Dərə" bəndinin şimal hissəsində beşsəviyyəli və iki xəttli gəmi şlüzü tikiləcək. Bundan əlavə, çayın aşağı axarında yerləşən kiçik bənddəki gəmiçilik qurğuları da modernləşdiriləcək.
Layihə başa çatdıqdan sonra "Üç Dərə" sisteminin illik yükötürmə qabiliyyəti demək olar ki, iki dəfə artaraq 336 milyon tona çatacaq.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










