E-poçt istifadə edərkən diqqətli olun – MƏLUMATLARINIZ OĞURLANA BİLƏR

Kibertəhlükəsizlik mütəxəssisləri “Gmail”, “Outlook” və “Apple” e-mail istifadəçilərinə xəbərdarlıq edib.
Avtosfer.az xəbər verir ki, süni intellekt indi saxta e-poçtları tanınmaz hala gətirir.
Süni intellekt texnalogiyası fırıldaqçıların işini asanlaşdırır və onlara “hiper fərdiləşdirilmiş e-poçtlar” yaratmağa imkan verir. Bu mesajlar o qədər inandırıcıdır ki, zərərçəkənlər fırıldaqçılığı görməsini qeyri-mümkün edir. Süni intellekt botları sosial şəbəkə fəaliyyətini təhlil edərək istifadəçilərin maraqlarını və reaksiyalarını proqnozlaşdırır. Bu məlumatlardan istifadə edərək, fırıldaqçılar saxta, lakin inandırıcı e-poçtlar hazırlayır və onları dostları və ya ailələri kimi qurbanlara göndərirlər.

“McAfee”nin araşdırmalarına görə, süni intellekt alətləri sayəsində fırıldaqçılar etibarlı mənbələrdən gəldiyi görünən e-poçt və mesajlar hazırlaya bilərlər. Bu cür hücumların həm sayının, həm də mürəkkəbliyinin artacağı gözlənilir.
ABŞ Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinin məlumatlarına əsasən, uğurlu kiberhücumların 90%-dən çoxu saxta e-poçtlarla üzərindən baş verir. Xüsusilə bank və ya etibarlı qurum kimi görünən bu mesajlar istifadəçiləri tələyə salır. Hətta təhlükəsizlik filtrləri belə qabaqcıl saxtakarlıq üsullarını aşkar etmək üçün yetərli olmaya bilər.
Eltac Zülfüqaroğlu
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...











