Zəngilan və Cəbrayıl sakinlərinə dronlardan istifadəyə dair onlayn təlimlər keçirilir - FOTO

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə aqrar sahədə innovasiyaların təbliği və təşviqi istiqamətində növbəti layihə həyata keçirilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Avtosfer.az-a bildirilib ki, layihə çərçivəsində Zəngilan və Cəbrayıl rayonlarının sakinləri üçün aqrar sahədə tətbiq olunan pilotsuz uçuş aparatlarının idarə edilməsinə dair onlayn təlimlərə start verilib.
Türkiyənin “Sapmaz Havacılık və İleri Texnolojiler” şirkətinin mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə kənd təsərrüfatı dronlarının spesifikası və istifadə qaydaları öyrədilir.
Təlim iştirakçıları Zəngilan rayonunda keçiriləcək Aqrar Biznes Festivalı çərçivəsində sahələrə çiləyici dronlar vasitəsilə herbisid və pestisidlərin səpini üzrə praktiki təcrübə keçəcəklər.
Təlimlərdə iştirak etmiş şəxslərə Türkiyə Respublikasının Mülki Aviasiya Baş İdarəsi tərəfindən təsdiqlənmiş sertifikat və dronların idareedilməsi üzrə sürücülük vəsiqəsi veriləcək.


Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












