Bu gün "Formula 1"in 75 illik yubileyi münasibəti ilə tədbir keçiriləcək

"Formula 1"in 75 illik yubileyi münasibəti ilə keçiriləcək xüsusi "F1 75 Live" tədbiri bu gün, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Londondakı "The O2 Arena"sında baş tutacaq tədbiri 15000 azarkeş yaxından izləyəcək.
Gecədə "Formula 1"in 10 komandası, sürücüləri və komanda rəhbərləri iştirak edəcək, yeni mövsümdə 2025-ci il avtomobillərinin dizaynları təqdim olunacaq. Tədbirdə yalnız yeni avtomobillər deyil, həm də Lyuis Hemiltonun "Ferrari"yə keçidindən sonra ilk dəfə rəsmi təqdimatı, gənc pilotların debütləri və "Red Bull"un yeni heyəti təqdim ediləcək.
Tədbir musiqi dünyasından da böyük sürprizlərlə zəngindir. Belə ki, Keyn Braun, Take That və MGK kimi sənətçilər səhnəyə çıxacaqlar.
Həmçinin "Formula 1" azarkeşləri üçün bu tədbir F1-in sosial media kanallarında, o cümlədən yutub-da yayımlanacaq.
Qeyd edək ki, Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında təşkil olunacaq.
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB












