"Formula 1": Avtomobillər üçün keçid vərəqələri paylanılır

Bakı Nəqliyyat Agentliyi (BNA) "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə bağlı yaşayış məntəqəsi bağlanan və məhdudiyyət qoyulan ərazilərə təsadüf edən şəhər sakinlərinə avtomobillər üçün müvəqqəti keçid vərəqələri paylamağa başlayıb.
Bu barədə Avtosfer.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva məlumat verib.
Onun sözlərinə görə, bu vərəqələr üç bağlı zona üzrə təqdim olunacaq: "Vərəqlərin verilməsi iyunun 6-dək davam edəcək. Mənzil İstismar Sahələri, İçəri Şəhər Dövlət Qoruğu üzrə vərəqələr paylanır. Sakinlərə xatırlatmaq istərdim ki, lazımi məlumatları BŞH-nin veb-saytından götürsünlər və aidiyyatı üzrə müraciət edərək, həmin vərəqələri alsınlar. Məhdudiyyətlər keçici xarakter daşıyır və anlayışla qarşıladıqları üçün sakinlərə təşəkkür edirəm".
Ayan Nəcəf-Ağayeva bildirib ki, bulvar ərazisində hərəkət məhdudiyyəti olmayacaq: "Yalnız Hilton oteli yaxınlığındakı keçid yarış məqsədilə istifadə olunduğu üçün həmin ərazidə məhdudiyyət tətbiq olunacaq. Sakinlərin onun yaxınlığındakı Rəşid Behbudov küçəsində yerləşən keçiddən istifadə etmələrini tövsiyə edirəm".
Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda Bakıda keçiriləcək.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












