"Formula 1": Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına start verilir

2023-cü ildə keçiriləcək Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına start verilib.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Avtosfer.az-a verilən məlumata görə, yarışın təşkilatçılıq işlərinə ümumilikdə 1500 könüllünün cəlb olunması planlaşdırılır.
Proqrama seçilmək istəyən 16 yaşdan yuxarı namizədlərin xarici dil biliyi arzu olunandır.
Müraciət edənlərin sayı çox olduğuna görə seçim zamanı ən yaxşı namizədlərə üstünlük veriləcək. Müsahibə mərhələsindən uğurla keçən hər bir şəxs insan resursları, işçi qüvvəsi, media əməliyyatları, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, ofis əməliyyatları, hava limanı əməliyyatları və digər istiqamətlərdən birinə yönləndiriləcək.
Könüllü olmaq istəyənlər //volunteers.bakucitycircuit.com linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycan Qran Prisi 28 - 30 apreldə gerçəkləşəcək.
Formula 1-də hibriddən imtina edilir
Sürücü burada ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü düzgün parklanma edib? - DOĞRU CAVAB
İlin avtomobili müsabiqəsinin finalına yalnız elektromobillər çıxdı – 63 İLDƏ İLK
Hansı sürücü düzgün parklanma edib? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - DOĞRU CAVAB
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO












