“Formula 1” üzrə Türkiyə Qran-Prisi 150 milyon dollar gəlir gətirəcək

İstanbul şəhərində keçiriləcək “Formula 1” üzrə Türkiyə Qran-prisi təxminən 150 milyon ABŞ dolları gəlir gətirəcək.
Bunu Türk Otelçilər Dərnəyinin (TÜROB) rəhbəri Müberra Eresin deyib.
"Son illər turizm sektoru olaraq bizi ən çox həyəcənlandıran. motivasiya verən tədbirin “Formula 1" olduğunu deyə bilərəm. Koronavirus (COVID-19) pandemiyasının olduğu 2020-ci ildə də İstanbulda Türkiyə Qran-Prisi keçirilmişdi. Amma həmin yarış tamamaçılarsız baş tutmuşdu. Bu il isə tamaşaçılar da olacaq və bunun ölkəyə, xüsusilə İstanbula turist axınına səbəb olacağını gözləyirik", - deyə Eresin qeyd edib.
Onun sözlərinə görə, bu həftə İstanbuldakı otellər son 2 il üçün ən aktiv dövrünü yaşayır və "Formula-1"ə görə təxminən 35 min xarici turist qəbul etməyə hazırlaşır: "Yarışların keçiriləcəyi müddət ərzində otellərdə doluluq nisbətinin artacağını gözləyirik. Qonaqlara yarışları yerində izləmək üçün məlumat veririk və bir çoxlarından müsbət rəy alırıq. Ancaq rəqəmlərdən daha əhəmiyyətlisi İstanbulun yenidən gündəmə gəlməsi olacaq. Çünki "Formula-1" 2 milyarddan çox izləyicisi olan ən böyük tədbirlərdən biridir”.
Qeyd edək ki, Türkiyə Qran-prisi 8 - 10 oktyabrda keçiriləcək.
fins.az
Formula 1-də hibriddən imtina edilir
Sürücü burada ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü düzgün parklanma edib? - DOĞRU CAVAB
İlin avtomobili müsabiqəsinin finalına yalnız elektromobillər çıxdı – 63 İLDƏ İLK
Hansı sürücü düzgün parklanma edib? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - DOĞRU CAVAB
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO












