"Martdan başlayan tikinti işləri əsasən pit və komanda binalarında davam etdirilir" - Bakı Şəhər Halqasının rəsmisi

Mart ayından başlayan tikinti işləri əsasən pit və komanda binalarında davam etdirilir. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqasının tikinti şöbəsinin meneceri Sübhan Manafzadə "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində media tur zamanı deyib.
O bir sıra yeniliklər olduğunu vurğulayıb:
"Olduğumuz ərazidə tikinti hissəsinin 80 faizini tamamlamışıq. Avqustda ümumi trekin tikinti işlərinə başlamağı planlaşdırırq. Bu, əvvəlki illərlə müqayisədə 12 həftədən 6 həftəyə endirilib. Nəqliyyatın hərəkətinə maneə yaratmamaq üçün vaxtı maksimum qısaltmağa çalışmışıq. Ümumilikdə 1500-1700 aralığında fərqli sahələr üzrə insan cəlb olunub".
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.
Hansı sürücü düzgün parklanma edib? - DOĞRU CAVAB
İlin avtomobili müsabiqəsinin finalına yalnız elektromobillər çıxdı – 63 İLDƏ İLK
Hansı sürücü düzgün parklanma edib? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - DOĞRU CAVAB
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır












