Yelkənli qayıq üzrə Federasiya Kuboku başa çatıb

Azərbaycan Yelkənli İdman Federasiyasının təşkilatçılığı ilə keçirilən “SFA Federasiyası Kuboku 2021” turniri başa çatıb.
Avtosfer.az-ın məlumatına görə, 3 gün davam edən yarışa Azərbaycan Yelkənli İdman Federasiyasının, “Dənizçi”, “Xəzər Yaxt”, “Windsurfing Baku” klublarının 9 - 42 yaş arası yelkənçiləri və külək sörfçiləri qatılıb.
"Optimist” sinfi üzrə 9-15, "Ilca-4” sinfi üzrə 15-18, "Ilca-7” və "Open Windsurf” sinifləri üzrə isə 18 yaşdan yuxarı idmançılar mübarizə aparıb.
35 idmançının iştirak etdiyi yarışa Yelkənli İdman Federasiyasının meneceri Burcu Algon Giorgian başçılıq edib.
Yarışın son günü qaliblərin 4 qrup üzrə mükafatlandırılma mərasimi keçirilib. Turnirin bütün iştirakçılarına sertifikatlar təqdim olunub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin mətbuat katibi Pərvanə İmanova "Report"a açıqlamasında bildirib ki, 3 gün ərzində iradə, əzmkarlıq və qələbə iştirakçıların əsas amalına çevrilib: "İstər ölkə daxilində və ya ölkədən kənarda idmançıların bu cür yarışlarda iştirakı, böyük nailiyyətlər əldə etməsi, Azərbaycan bayrağının yüksəklərdə dalğalanması dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğının təzahürüdür. Belə tədbirlərin təşkili idmanın daha da inkişafına təkan verməklə yanaşı, peşəkar idmançıların inkişafına da öz töhfəsini verir".
Qeyd edək ki, Azərbaycanda “SFA Federasiyası Kuboku 2021” yarışı 5 ildir təşkil edilir
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












